Türk Dövlətləri Təşkilatı ilə Macarıstan arasında “Birgə fəaliyyət planı” imzalanıb
Türk Dövlətləri Təşkilatı (TDT) ilə Macarıstanın Xarici İşlər və Beynəlxalq Ticarət Nazirliyi arasında “Birgə fəaliyyət planı” imzalanıb. Sənəd TDT-Avropa İttifaqı (Aİ) əlaqələrinin inkişafına dəstək məqsədi daşıyır. Bu barədə təşkilatın yazılı açıqlamasında bildirilir. Məlumata əsasən, sənəd TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev ilə Macarıstanın xarici işlər və beynəlxalq ticarət naziri Peter Siyartonun görüşü zamanı təsdiqlənib.
Görüşdə “Birgə fəaliyyət planı”, o cümlədən Macarıstanın Avropa İttifaqına iyul ayında başlayacaq sədrliyi dövründə TDT-Aİ əlaqələrinin inkişafı istiqamətində atılacaq addımlar və Macarıstanda keçirilməsi planlaşdırılan tədbirlər müzakirə olunub.
Mətləb