Avropada terror həyəcanı artır - "Bild" nəşri
Bir sıra Avropa dövlətlərinin kəşfiyyat xidmətləri Köhnə Dünyanın əhalinin sıx məskunlaşdığı şəhərlərində terror aktlarının baş verməsi ehtimalı barədə xəbərdarlıq edib. Almaniyanın “Bild” nəşri bu barədə xəbərdarlıq edib. Nəşrin Avropanın güc strukturlarındakı mənbələri bu cür aktların başvermə riskinin artdığını bildiriblər. Almaniyaya qaçqın adı altında gələn İŞİD tərəfdaşlarının ölkədə vəhşiliklər törədə biləcəkləri barədə məlumatlar var. Şengen zonasında sərhədlərin şəffaflığını nəzərə alaraq, hücumlar qonşu ölkələrdə də baş verə bilər.
Mətləb Salahov