Paşinyan: "Azərbaycanla sülh müqaviləsi imzalamağın vaxtı çatıb"
Azərbaycanla əldə olunmuş razılaşmaları sülh müqaviləsinə daxil etməyin və müqaviləni imzalamağın vaxtı çatıb. Trend xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Kopenhagen Demokratiya Sammitində çıxışında deyib.
"Bu yaxında Azərbaycanla dövlətlərarası sərhədlərimizin 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında delimitasiyasının başlaması barədə razılaşma əldə etdik. Sərhədlərin delimitasiyasının başlaması 2022-ci il oktyabrın 6-da Praqada keçirilən tarixli dördtərəfli görüşdə əldə edilmiş razılaşmaların icrasıdır. Artıq bu razılaşmaları sülh sazişinə daxil edərək onu imzalamağın vaxtı çatıb", - o deyib.