Baydendən İsrailə ŞOK - Bu qanun layihəsinə veto qoyacaq
ABŞ Konqresi İsrailə silah tədarükünün dayandırılmasını qadağan edən qanun layihəsini qəbul etsə, Prezident Cozef Bayden ona veto qoymaq niyyətindədir. Bu barədə "The Hill" qəzeti Ağ Evə istinadən xəbər yayıb. Qəzet qeyd edib ki, Bayden Nümayəndələr Palatasının respublikaçılarının ona İsrailə silah göndərməsi üçün təzyiq göstərmək məqsədilə hazırlanmış qanun layihəsinə veto qoyacaq.
Bayden İsrail ordusu Qəzza zolağında, Rəfahda əməliyyata başlayarsa, bu ölkəyə bəzi növ hücum silahları verməkdən imtina edəcəyi barədə xəbərdarlıq etdikdən sonra respublikaçılar qanun layihəsini təqdim ediblər.
Mətləb Salahov