"XI Qlobal Bakı forumunda iqlim dəyişikliklərini və texnologiyaları müzakirə edəcəyik" - İsmail Serageldin
XI Qlobal Bakı forumunda siyasi məsələlərlə yanaşı, iqlim dəyişiklikləri, yenilənən dünya, texnologiyaları müzakirə edəcəyik. Trend xəbər verir ki, bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin XI Qlobal Bakı Forumunun təşkilatçıları və iştirakçılarının keçirdiyi mətbuat konfransı zamanı çıxışında deyib.
O qeyd edib ki, dünyanın müxtəlif ölkələrindən dövlət və hökumət başçıları bir araya gələrək, öz təcrübələrini bölüşəcək.
Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) tərəfindən təşkil olunan XI Qlobal Bakı Forumu 14-16 mart 2024-cü il tarixlərində keçiriləcək.
Tədbirdə 400-ə yaxın dünyaca məşhur peşəkar, eləcə də, keçmiş və hazırkı dünya liderləri, nazirlər və Nobel mükafatı laureatları iştirak edəcəklər.