“Bakı və İrəvan Əliyev və Paşinyanın görüşünün təşkili üzərində işləyir” - Qriqoryan
Azərbaycan və Ermənistan hər iki ölkə liderlərinin görüşünün təşkili üzərində işləyir. Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
Qriqoryan bildirib ki, dövlət başçılarının görüşünün keçirilməsi ilə bağlı müzakirələr aparılır.
"Yekun qərar yoxdur. Bunun üzərində işləyirik və yekun razılıq əldə edildikdə məlumat verəcəyik”, - deyə o, bildirib.
TAHİR