Putinlə Tramp arasında görüşün İstanbulda keçirilməsi təklif edildi...
Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti seçilmiş Donald Tramp arasında mümkün görüş üçün Türkiyənin adı gündəmə gəlib. Rusiya Dumasının deputatı Andrey Kolesnik deyib ki, İstanbul bu cür danışıqlar üçün ideal platforma ola bilər.
"Unutmaq olmaz ki, buna bənzər danışıqlar əvvəllər də Türkiyədə olub. Lakin yekun qərar Putinə məxsusdur", - Kolesnik bildirib.
Kremlin sözçüsü Peskov isə Trampın komandasından hələlik rəsmi tələb alınmadığını və mümkün təmasların andiçmə mərasimindən sonra qiymətləndiriləcəyini bildirib.
Bundan əlavə, Macarıstan, İsveçrə və Serbiya kimi ölkələr də mümkün zirvə görüşünə ev sahibliyi etməyə namizədlər sırasındadır.
TAHİR