Makronun nümayəndəsindən şok Afrika etirafı - bizi əməlli-başlı qovdular...
Fransa prezidenti Makronun Afrika üzrə xüsusi nümayəndəsi Jan-Mari Bokel Fransanın qitədəki hərbi mövcudluğunu əhəmiyyətli dərəcədə azaltmağı planlaşdırdığını açıqlayıb.
Bəzi Afrika ölkələrində fransız qoşunlarının gələcəyi ilə bağlı danışan Bokel bildirib ki, Parisin yeni strategiyasına qitədəki hərbi bazaların yenidən təşkilini nəzərdə tutur.
Qabon, Seneqal, Fil Dişi Sahili və Çada səfərlərindən sonra açıqlama verən Bokel deyib ki, məqsəd bo ölkələrdə daha az əsgərin saxlanmasıdır.:“Lakin mən bu məsələ ilə bağlı bir rəqəm deyə bilmərəm, çünki müvafiq dövlət başçıları ilə hələ tam razılıq əldə olunmayıb”.
Fransanın Afrikadakı təsirinin getdikcə azaldığına diqqət çəkən Bokel, bəzi ölkələrin Fransanın varlığına mənfi münasibət bəslədiyini deyib: “Qabon kimi ölkələr bizi əməlli-başlı qovdu”.
Fransanın qitədəki keçmiş müstəmləkə ölkələrində uzun müddətdir hərbi bazaları olduğunu xatırladan Bokel, dəyişən siyasi dinamikanın bu vəziyyəti çətinləşdirdiyini deyib.
Qərbi Afrikadakı son çevrilişlər və anti-Fransa ritorikasının artması Fransanın qitədəki varlığını yenidən nəzərdən keçirməsinə səbəb olub. Bokel vurğulayıb ki, Fransa bu prosesdə Afrika ilə əməkdaşlığı tamamilə kəsməkdənsə, yeni çıxış yolları axtarır.
Onu da qeyd edək ki, hazırda rəsmi Parisin dil tapmağa çalışdığı bir çox ölkə müstəmləkəçi fransız ordusunun ölkələrindən çıxarılmasını tələb edirlər.
TAHİR