Lavrov Azərbaycan-Ermənistan sülh danışıqlar barədə - iki həll olunmamış məsələ var, onların üstündən keçmək çətindir
Cənubi Qafqaz dövlətləri bütün problemləri qonşu ölkələrlə həll etməlidir. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov RF diplomatiyasının 2024-cü ildə fəaliyyətinin yekunlarına dair keçirdiyi mətbuat konfransında ifadə edib.
“Region ölkələri bütün problemləri birbaşa qonşuları ilə həll etməlidir. Ərazimizdən, adət-ənənələrimizdən və tarix anlayışımızdan uzaq olan ölkələr müstəmləkəçi olmayan ölçüdə Aİ missiyasının Sünik bölgəsində təhlükəsizliyi təmin edəcəyini bəyan edəndə, mən bunu heç də anlamıram. Ona görə də biz Prezident Əliyevin təşəbbüsünü fəal dəstəklədik, Prezident Ərdoğan da “3+3” mexanizminin yaradılması təşəbbüsünü dəstəklədi”, - deyə nazir vurğulayıb.
Lavrov, həmçinin qeyd edib: “Azərbaycanla Ermənistan arasında sülh sazişində iki həll olunmamış məsələ var. Onların üstündən keçmək çətindir. Ya “bəli”, ya da “xeyr” qərarını verməlisiniz”.
Rusiyalı nazir əlavə edib ki, sülh sazişinin nə vaxt və harada imzalanması Azərbaycan və Ermənistanın suveren qərarıdır.
ZÜMRÜD