Çərşənbə günü, 16 iyul 2025
     

ABŞ Qrenlandiyanın ələ keçirilməsinə başladı - Konqresə qanun layihəsi daxil oldu...

Image

İkinci dəfə ABŞ prezidenti seçilən Donald Tramp bir daha Qrenlandiya ilə bağlı iddia səsləndirməklə dünya gündəmində belə demək mümkündürsə, yeni fırtına yaradıb. Konqresdəki respublikaçılar bu fonda Donald Trampa vəzifəyə gəldikdən dərhal sonra Qrenlandiyanın alınması ilə bağlı danışıqlara başlamağa icazə verən qanun layihəsi hazırlayıblar.

Qanun layihəsi Trampın əsas siyasi şüarı olan "Amerikanı yenidən möhtəşəm et" ilə analoji olaraq "Qrenlandiyanı yenidən böyük et" aktı adlandırılıb. Sənəd Nümayəndələr Palatasının üzvləri Endi Oqls və Diana Harşbarger tərəfindən hazırlanıb.  Qanun layihəsində Trampın yanvarın 20-də vəzifəyə başladıqdan dərhal sonra ABŞ-ın Qrenlandiyanı əldə etməsi üçün Danimarka Krallığı ilə danışıqlara başlamasına icazə verən müddəa var. Bundan əlavə, Tramp Danimarka ilə razılığa gələrsə, o, razılaşmanı, eləcə də bütün müşayiət olunan materialları və əlavələri 5 gün ərzində Konqresin müvafiq komitələrinə təqdim etməli olacaq. Qrenlandiya hökuməti də Donald Trampla əməkdaşlıq imkanları axtarır. Nazirlər Kabinetinin sədri Myute Egede bildirib ki, hərbi münaqişənin olmaması vacibdir: "Mineral hasilatı üçün açıq qapılarımız var. Bu, növbəti illərdə də belə davam edəcək. ABŞ-la ticarət aparmalıyıq". O, həmçinin qeyd edib ki, Qrenlandiya dialoqa başlamaq istəyir və Trampla əməkdaşlıq imkanları axtarır. Tramp isə Danimarkanın ərazisi sayılan Qrenlandiyaya nəzarəti ələ keçirmək üçün hərbi gücdən istifadəni istisna etməyib. Bu da var ki, Vaşinqtonun Qrenlandiyanı ələ keçirməklə bağlı marağının tarixi Trampdan xeyli öncəyə gedib çıxır. ABŞ İkinci Dünya savaşının bitməsindən bir qədər sonra Danimarkaya bu buzlu adaya görə qızılla 100 milyon dollar təklif etmişdi. Son illər Rusiya və Çinin Arktikada hərbi və ticarət fəaliyyətlərini genişləndirməsi, birgə hərbi təlimlər keçirməsi və hipersonik raketlər kimi yeni silah sistemlərinə yatırımları ABŞ-ın bu marağını daha da artırıb. Vilson Mərkəzi Qütb İnstitutunun direktoru və ABŞ Müdafiə Departamentinin Arktika strategiyası üzrə keçmiş müşaviri Rebekka Pinkus  bildirir: "Çinlə qlobal rəqabət artdıqca və silah istehsalında yeni texnoloji inqilabla ayaqlaşmaq gərəkincə, Qrenlandiyanın önəmi də artır. Qrenlandiya raket hücumundan müdafiə baxımından, kosmos baxımından, gəmiçilik və dəniz yollarının önəminin get-gedə artdığı qlobal rəqabət baxımından önəmlidir".

Danimarka Krallığının muxtar ərazisi sayılan Qrenlandiya fiziki olaraq ABŞ-a daha yaxındır və ABŞ-ın Men ştatının sahillərindən cəmi 1900 kilometr aralıdadır. Qrenlandiya Danimarka ərazisi olduğundan NATO-ya daxildir. Ancaq ada Kopenhagendən müstəqillik əldə etməyə çalışır və bəzi ekspertlər bunun Rusiya və Çinin burada möhkəmlənməsinə qapı aça biləcəyindən narahatdır. ABŞ-ın artıq Qrenlandiyada raket hücumundan müdafiə və kosmik izləmə üzrə ixtisaslaşan kosmik bazaları var. Ancaq bütün adaya nəzarət Vaşinqtona bu regiondan gələn dəniz və hava təhdidlərindən və kosmosdan gələn mümkün təhlükələrdən daha yaxşı qorunmaq imkanı verə bilər. Arktikada ABŞ-dan xeyli daha böyük hərbi iştiraka malik Rusiya Ukraynada savaş aparsa da, bu regiondakı müdafiə imkanlarına güclü yatırımını davam etdirir. ABŞ Şimal Komandanlığına rəhbərlik etmiş, istefada olan general Terrens O'Şonessi 2020-ci ilin fevralında Senat dinləməsində deyib ki, Rusiya ABŞ-a hücum edərsə, bunu Arktika istiqamətindən gerçəkləşdirər: "Arktika artıq qala divarı deyil və bizim okeanlarımız da artıq qoruyucu xəndək deyil, Arktikaya yanaşma yoludur". ABŞ Hərbi Dəniz Kollecinin professoru Cahara Matisek deyib ki, ABŞ-nin Şimal Buzlu okeanındakı hərbi infrastrukturu zəifləyib və ora ölkənin müdafiəsinin ən zəif bəndidir: "Güclü bir kosmik dövlətə çevrilmək, hücum və müdafiə xarakterli kosmik silah sistemləri şəklində kosmik gücü proyeksiya etmək iqtidarında olmaq istəyirsinizsə, bütün peyklərinizlə kommunikasiya və nəzarəti əldə saxlamaq üçün Şimal Qütb dairəsində infrastrukturunuz olmalıdır. Hələ Cənub Qütb dairəsindən heç danışmıram". Çin arktik dövlət olmasa da, bu regionda əsas oyunçulardan biri olmaq niyyətindədir. Pekin son illərdə Qrenlandiyada limanlar və digər infrastruktur, habelə mədənçilik haqları almağa çalışsa da, onun bu səyləri uğurlu olmayıb.  Matisek deyir ki, ABŞ Çinin bu layihələrə gerçək marağının Şimal Qütb dairəsinə ikili təyinatlı sensorlar və radarlar yerləşdirməklə bağlı olmasından şübhələnib. Bu, Pekinə öz hərbi peyklərinə nəzarət etməsinə və ABŞ-nin bölgədəki kosmik əməliyyatları barədə kəşfiyyat məlumatı toplamasına imkan verir: "Çin bizim "Kill Chain"imizi – kosmosda yerləşən obyektlərimizi, peyklərimizi sıradan çıxara bilsə, bizim üçün nəyisə vurmaq çətin olacaq. Biz hədəf almaqda, müəyyənləşdirməkdə və hücumda çətinlik çəkəcəyik. Elə bu üzdən, son nəticədə Qrenlandiyanın önəmi çox böyükdür". Pinkus deyir ki, ABŞ-nin Arktikada daha çox kəşfiyyat, izləmə və müşahidə sistemlərinə ehtiyacı var: "Bu bizim doldurmalı olduğumuz ən böyük boşluğumuzdur. O üzdən, dənizin dibini kosmosdan görə bilən daha çox sensora ehtiyacımız var. Bu sensorlardan alınan data və müşahidələri qərar qəbuledicilər üçün yararlı məhsula çevirməkdən ötrü data bütünləşdirmə imkanlarına ehtiyacımız var". Pinkusun sözlərinə görə, Rusiya və Çinin Arktikada birgə hərbi təlimlər keçirməsi anlaşılandır: "Onların Arktikaya fokuslanması təəccüblü deyil, axı ABŞ-nin Şimal Buzlu Okeandakı iştirakı zəifdir".  Pinkus ABŞ-ın həmin okeanda ikidən çox işlək durumda olan buzqıran gəmisinin olmadığını, Çin və Rusiyanınsa, uyğun olaraq, dörd və onlarla belə gəmisinin olduğunu vurğulayıb. Temperatur artdıqca Arktikada buzlar əriyir. Nəticədə gəmilərin, o sıradan hərbi gəmilərin Avropadan Asiyaya Qrenlandiya və Kanada üzərindəki sulardan keçərək getməsi üçün yol açılır və ABŞ Ordusunun Avropadakı qüvvələrinin keçmiş komandanı Ben Hoces  isə "Radio Free Europe"ə bildirir: "Çin ticarət gəmiləri şimal marşrutundan keçidi artıracaqlar, axı bu yol onlar üçün daha qısa olacaq. Ancaq təxmin etmək olar ki, Çin hərbi gəmiləri də bu marşrutdan yararlanacaq". Şimal Buzlu okeanından Atlantik okeanına gələn hərbi gəmilər GIUK bölgəsindən – Qrenlandiya, İslandiya və Şotlandiya arasındakı ərazidən keçirlər. General Hoces deyir ki, "Soyuq müharibə" dövründə NATO qüvvələri bu bölgədən Şimali Atlantikaya daxil olan sovet sualtı qayıqlarını izləyirdi. Buzların əriməsi Qrenlandiyanın nəhəng təbii sərvətlərinin üzə çıxarılmasını da asanlaşdıracaq. Bura yüksək texnologiyalı məhsulların, elektrikli avtomobillərin və külək turbinlərinin istehsalı üçün gərəkən metallar da daxildir. Çin bu metal bazarlarının çoxunda, o cümlədən hasilat, təmizləmə və emalında dominantdır. Pekin Qrenlandiyanın təbii sərvətlərinin hasilatında maraqlı olduğunu dilə gətirib. Bu təbii sərvətlərin monetizasiyası Qrenlandiyanın müstəqillik arzusu üçün ayrıca önəm qazanır, axı ada hələ də Danimarkanın subsidiyalarından asılıdır. ABŞ Hava Qüvvələrinin istefada olan dördulduzlu generalı, 2013-2016-cı illərdə NATO Birləşmiş Qüvvələrinin Baş komandanı olmuş Filip Bridlav isə bildirir: "Qrenlandiya kimi bir dövləti olanın investisiya üçün pula ehtiyacı var. Çin və Rusiya bu problemə pul səpəcək. Qərbə söykənən bir Qrenlandiyanın olmasını təmin etmək son dərəcə önəmlidir. Bu, suveren sahiblik yolu ilə olmaya da bilər".

Tahir TAĞIYEV



VİDEO

SON XƏBƏRLƏR

16.07.2025 / 10:17
Sabirabadda arvad ərini bıçaqlayıb

16.07.2025 / 10:12
MMA döyüşçüsü Mahaçqalada güllələndi

16.07.2025 / 10:05
Goranboyda kütləvi dava olub

16.07.2025 / 10:00
İran 2 milyon litr neft daşıyan xarici tankeri ələ keçirib

16.07.2025 / 09:51
Qazaxıstanın iki sığorta brokeri Azərbaycan bazarına daxil olub - Mərkəzi Bank

16.07.2025 / 09:46
Evdən çürümüş kişi meyiti tapıldı...

16.07.2025 / 09:39
Qurbanqulu Berdiməhəmmədov Bakıya gəlib

16.07.2025 / 09:22
Azərbaycanlı boksçu erməni rəqibinə qalib gəldi, Avropa çempionu oldu!

16.07.2025 / 09:18
Tramp Avropa İttifaqı barədə danışdı - "irəliləyiş var"

16.07.2025 / 09:11
Xaçmazda "Kamaz" divara çırpılıb, sürücü ölüb

16.07.2025 / 09:04
Rasim Məmmədov – 60

16.07.2025 / 09:00
Azərbaycanla Çin arasında viza rejiminin ləğvi ilə bağlı saziş bu gündən qüvvəyə minib

16.07.2025 / 08:36
5-ci qrup ixtisas universitetləri attestatla qəbulu dayandırdılar...

16.07.2025 / 01:27
Tramp geri addım atdı və Zelenskiyə xəbərdarlıq etdi – Moskvanı vurmayın...

15.07.2025 / 22:43
Yekaterinburqda Azərbaycan diaspor rəhbərinin oğlu saxlandı

15.07.2025 / 21:31
Tramp Putinə qarşı sərt addımlar üçün 50 gün gözləməyəcək...

15.07.2025 / 21:16
Ölkəyə gələn 31 tonun içində ərəb qızılı yoxdur - niyə?..

15.07.2025 / 21:02
AB Ermənistana 2,5 milyard avro dəstək qərarı verdi...

15.07.2025 / 20:47
“60 kənd boşaldılır, 300 min azərbaycanlı qayıdır” - Qərb daha çox şey gözləyirmiş...

15.07.2025 / 20:33
Zəngəzur dəhlizində 3-cü dövlətin nəzarəti ideyası kimə məxsusdur?

15.07.2025 / 20:20
Trampın bu 50 günü əvvəlki “60, 90 günlərə dönməsə yaxşıdır”...

15.07.2025 / 20:06
“3 dövlət birləşir” - Bakı-Dəməşq “qaz əməkdaşlığına” erməni mediasından hücum başladı...

15.07.2025 / 19:52
Rusiya Akkuyu AES-lə bağlı Türkiyəyə qəbuledilməz şərt qoydu...

15.07.2025 / 19:39
“Dini qurumlarla bu mövzu ətrafında toplaşmağımız çox əhəmiyyət daşıyır”- Rəşad Məcid

15.07.2025 / 19:37
Ermənistanın ağır müharibə cinayətləri məhkəmədə bir-bir sübuta yetirilir...

15.07.2025 / 19:25
Tərəqqi yolunun başlanğıcı – Əhliman Əmiraslanov yazır...

15.07.2025 / 19:12
Ukrayna öz qaz anbarlarını Azərbaycana təklif etdi...

15.07.2025 / 19:05
Polis Sumqayıtda ikitəkərli nəqliyyat sürücüləri ilə maarifləndirici söhbətlər aparıb - FOTO

15.07.2025 / 18:57
Tanınmış tədqiqatçı Qismət Yunusoğlu Aydın Quliyevi təbrik etdi

15.07.2025 / 18:50
Cəlilabaddakı yanğının söndürülməsinə 2 helikopter cəlb edildi

15.07.2025 / 18:44
Ursula Lyayen Paşinyanın “sülh siyasəti” barədə inanılmaz sözlər dedi...

15.07.2025 / 18:30
Subbakalavrların taleyini kim həll etməlidir - universitetlər, nazirlik, ya DİM?

15.07.2025 / 18:16
Tramp Ukrayna müharibəsinin gedişini dəyişəcək qərar verdi...

15.07.2025 / 18:03
Azərbaycanda 2 yeni qoruq yaradıldı - nə dəyişəcək?..

15.07.2025 / 18:00
“...Harada boşluq varsa, onu ya savadsızlıq, ya da xarici radikal çağırışlar doldurur” - Vüqar Əliyev

15.07.2025 / 17:50
Hansı ixtisasın lazım olub-olmadığına DİM özü qərar verə bilərmi?

15.07.2025 / 17:42
Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənildi

15.07.2025 / 17:35
Ukraynanın baş naziri istefa verdi

15.07.2025 / 17:31
İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu

15.07.2025 / 17:27
Vətəndaşların şəxsi məlumatlarını xarici kiberbunkerlərə ötürən şəxs ifşa edildi - 300 min manatlıq ziyan...

15.07.2025 / 17:15
Trampdan Zelenskiyə Putini şoka salan təlimat - Moskva və Peterburqu vurun…

15.07.2025 / 17:01
Şamaxıdan mesaj - Media dinin siyasiləşdirilməsinə qarşı dayanan böyük qüvvədir...

15.07.2025 / 16:50
Ersin Tatar Kipr danışıqlarında Lefkoşanın şərtlərini açıqladı - heç bir federal quruluşundan söhbət gedə bilməz

15.07.2025 / 16:34
Şamaxıda “Müasir informasiya məkanı və dini etiqad azadlığı” mövzusunda konfrans başlayıb

15.07.2025 / 16:05
"Vaqif Poeziya Günləri" Qazaxda başladı

15.07.2025 / 16:03
BDU İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə əməkdaşlıq haqqında anlaşma memorandumu imzalayıb

15.07.2025 / 15:22
Vətənə sevdalanan ömür...

15.07.2025 / 15:22
ABŞ Rusiyaya qarşı 10 milyardlıq planı işə saldı - Ukraynaya Rusiyanın dərinliklərini vura biləcək raketlər də veriləcək…

15.07.2025 / 14:39
"Ağdamda 8 yaşayış məhəlləsi, 1 qəsəbə, 23 kənd lahiyələndirilir" - Prezidentin xüsusi nümayəndəsi

15.07.2025 / 14:30
"Azərbaycan ilə Türkiyənin birgə layihələri regionun yeni geosiyasi mənzərəsini formalaşdırıb" - Samir Şərifov

15.07.2025 / 14:18
Tramp ATACMS raketləri ilə Rusiyaya zərbə endirməyə icazə verə bilər...

15.07.2025 / 14:02
Evdən 30 min dollar və 12 min manat oğurlayan qadın tutuldu...

15.07.2025 / 13:47
Laçından Ağcabədiyə 120 kq yararsız mal əti aparan şəxs yolda yaxalandı...

15.07.2025 / 13:34
"Azərbaycan ilə Türkiyənin qanunvericilik aktlarını bir-birinə uyğunlaşdırmağa çalışırıq" - Əhliman Əmiraslanov

15.07.2025 / 13:19
"Xain çevrilişə cəhd zamanı can Azərbaycanın ölkəmizə güclü dəstəyini xatırlayırıq" - Türkiyə səfiri

15.07.2025 / 13:10
Дмитрий Киселев! Совет Прессы Азербайджана в отличии от вас, никогда не врёт - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

15.07.2025 / 12:53
Azərbaycandan qardaş Türkiyəyə 15 iyul mesajı - "dərin ehtiram və minnətdarlıqla anırıq”

15.07.2025 / 12:38
Baku Network Parisdə ilk dəfə olaraq erməni təcavüzü nəticəsində həlak olmuş azərbaycanlı jurnalistlərlə bağlı məsələ qaldırıb

15.07.2025 / 12:32
III MDB Oyunlarına 8 ölkədən 1846 idmançı qatılacaq

15.07.2025 / 12:20
"Bu gün Azərbaycanla Türkiyə gələcəyə doğru çiyin-çiyinə irəliləyir" - İlham Əliyev

15.07.2025 / 12:13
Slovakiya Azərbaycanda fəxri konsulluq açacaq

15.07.2025 / 12:10
"Bu layihələrin dünyada analoqu yoxdur" - Prezidentin xüsusi nümayəndəsi

15.07.2025 / 12:05
"Barselona" bu futbolçu üçün "pivəçilər"ə elçi düşdü...

15.07.2025 / 12:00
Hollivud ulduzunun bu fotosu 21 min dollara satıldı...

15.07.2025 / 11:51
2025-ci ilin ilk 6 ayı ərzində 44 milyondan çox tibbi xidmət göstərilib

15.07.2025 / 11:44
Xameneinin müşaviri yenə Azərbaycan əleyhinə danışdı - bu dəfə pakistanlı nazirlə görüşündə...

15.07.2025 / 11:40
Harmancı yenə xəbərdarlıq edir - COVID-19 davam edir

15.07.2025 / 11:35
6 min 300 ədəd çətənə kolu məhv edilib - polis

15.07.2025 / 11:11
Bu gündən tələbələrin köçürülməsi prosesinə başlanılıb

15.07.2025 / 11:03
ABŞ-ın Zəngəzurla bağlı mövqeyi çox təhlükəlidir - CANLI

15.07.2025 / 09:15
Samuxda zəlzələ olub - TƏCİLİ

15.07.2025 / 08:36
Azərbaycanda turistlər hotellərdən imtina edir - kirayə kənd evlərinə kütləvi axın başlayıb...

14.07.2025 / 23:48
Tramp Putini sərt tənqid etdi - Onu qatil adlandırmaq istəmirəm, amma o…

14.07.2025 / 23:40
Tramp Putinə 50 gün vaxt verdi - Ukrayna ilə bağlı razılaşma olmasa...

14.07.2025 / 21:32
Ermənilərin azərbaycanlıları əsir götürərkən işgəncə vermələrini əks etdirən videokadrlar məhkəmədə nümayiş etdirildi - FOTO

14.07.2025 / 21:19
Kilsə Paşinyana əks-hücuma keçdi - "katolikosa hücum Allaha hücumdur"...

14.07.2025 / 21:05
Bir neçə ərəb biznesmenə görə tariximizdən üz döndərməliyik? - Babək ərəblərlə vuruşub, ancaq tarix tarixdir...

14.07.2025 / 20:50
Əbu-Dabidə Əliyev-Paşinyan görüşünün ardınca Gorus görüşü başlayıb...

14.07.2025 / 20:35
Azərbaycanın "yaratdığı" Yeni Kaledoniya Dövləti müstəqil xarici siyasət aparacaq... Konstitusiyada ayrıca maddə...

14.07.2025 / 20:21
Azərbaycan qazının Suriyaya nəqlinin bir neçə marşrutu gözdən keçirilir...

14.07.2025 / 20:07
Supermarketlərimiz yerli bostan məhsullarına bağlıdır - Çindən qarpız idxalı 300 dəfə artır...

Ermənistanın ağır müharibə cinayətləri məhkəmədə bir-bir sübuta yetirilir...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910