KÖHNƏ VERSİYA            

Fransa Əlcəzairə faktiki müharibə elan etdi - 1968 və 1999-cu il müqavilələrinin ləğvi tələb edilir...

Image

Fransanın Əlcəzairlə münasibətlərinin son dövrlərdə daha da kəskinləşməsi müşahidə edilir. Dualemn ləqəbi ilə tanınan bloger Naaman Buale ilə bağlı qalmaqal vəziyyəti daha da gərginləşdirir. Bu günlərdə Fransa tərəfindən Əlcəzairə deportasiya edilən Dualemn dərhal Fransaya qaytarılıb. Bununla da onsuz da gərgin olan Fransa-Əlcəzair diplomatik gərginliyi daha da dərinləşib.

Qeyd edək  ki, son günlər Fransada bir neçə əlcəzairli influenser saxlanılıb. Onlardan birinin – Dualemnin deportasiya edilməsi və dərhal geri qaytarılması isə diplomatik münasibətləri daha da gərginləşdirib. Fransa tərəfindən günortadan sonra təyyarə ilə Əlcəzairə göndərilən influenser elə həmin axşam bu ölkəyə geri göndərilib. Ona Əlcəzair ərazisinə daxil olmaq qadağan edilib. Əlcəzair influenserin kor-koranə qovulmasına etirazını bildirib. Dualemn 15 ildir Fransada yaşamaq icazəsinin olduğu və Fransada doğulmuş 2 uşaq atası olduğu bildirilib. Əlcəzairin bu reaksiyası qarşısında Fransa daxili işlər naziri Bruno Retayo qeyd edib ki, influenseri qəbul etməməklə Əlcəzair Parisi alçaltmağa çalışır. O, Fransanın bu reaksiyaya qarşı bütün vasitələrdən istifadə edərək cavab verməsini istəyib. Bu isə vəziyyəti daha da gərginləşdirib. Yerli radio və televiziya kanallarında aparılan müzakirələrdə Bruno Retayonun səriştəsiz olduğu, öz məsuliyyətini dərk etmədiyi vurğulanıb. Əlcəzairdən qaytarılan influenser Fransada həbs edilib. “Franceinfo”nun məlumatına görə, influenserin vəkilləri bu qərara etirazlarını bildirib və Paris Apellyasiya Məhkəməsinə müraciət edəcəklərini deyiblər. Belə bir vaxtda  Fransanın ədliyyə naziri Jeral Darmanən diplomatik pasportu olan əlcəzairlilərin ölkəsinə vizasız gəlişinə icazə verən müqaviləyə yenidən baxmağa və viza rejimi tətbiq etməyə çağırıb. Paris ilə Əlcəzair arasında diplomatik gərginliyin artması ilə bağlı sualını cavablandıran ədliyyə naziri Darmanən 2013-cü il tarixli Fransa-Əlcəzair hökumətlərarası sazişinin ləğv edilməsini istədiyini bildirib. O qeyd edib ki, daxili işlər nazirinin dediyi kimi, Fransanı alçaltmaq mövqeyi tutan Əlcəzairin qərar qəbul edən bir çox liderlərinə qarşı belə bir tədbir görmək daha səmərəli olar. Əlcəzair Xarici İşlər Nazirliyi Fransanın “eskalasiya” və “alçaldılma" ittihamlarını rədd edərək, bu Dualemnin qovulmasının “özbaşınalıq və təhqiramiz olduğunu” söyləyib. Darmanən bu fonda bildirib: “Onlar haqlıdırlar, biz onlara hörmət etməliyik. Amma onlar da bizə hörmət etməlidirlər. Əlcəzair Fransaya hörmət etməlidir, Fransa da Əlcəzairə hörmət etməlidir. Biz çox kritik bir məqamdayıq və alçaldılmış vəziyyətdəyik. Onların bizi məruz qoymaq istədikləri bu rüsvayçılıq qəbuledilməzdir”. Bir neçə gün əvvəl sabiq baş nazir Qabriel Attal isə əlcəzairlilərə Fransada hərəkət, yaşayış və məşğulluq baxımından xüsusi status verən 1968-ci il müqaviləsinin ləğv olunmasını tələb etmişdi. Darmanən buna da toxunub: “Bu müqaviləni ləğv edə, ona yenidən baxa bilərik. Bu müqavilə dörd dəfə yenidən nəzərdən keçirilib, eləcə də bir az köhnəlib”.

Öz növbəsində, Fransanın xarici ərazilər üzrə naziri Manuel Valls Əlcəzairin Fransa ilə gərginliyi artırmağa davam edəcəyi təqdirdə çox şey itirəcəyi ilə hədələyərək, bu yanaşmanın ikitərəfli əlaqələrə zərər verdiyini və həm ölkə daxilində, həm də xaricində əlcəzairlilərə mənfi təsir göstərdiyini bildirib. Fransanın “BFM TV” kanalına verdiyi müsahibədə Valls Əlcəzair hökumətinin bu eskalasiyanı gücləndirməyə davam etməsinin qəbuledilməz olduğunu bildirib və bu davranışın arxasında duran motivi şübhə altına alıb: “Bu davranışın daxili üstünlüklər əldə etmək cəhdi deyilsə, mənası nədir ?”. Valls Fransanın Əlcəzairə təzyiq göstərmək üçün inkişaf yardımını azaltmaq və ya viza məhdudiyyətləri tətbiq etmək kimi addımlar ata biləcəyinə diqqət çəkərək hədələrini davam etdirib. Əlcəzair parlamenti artıq Fransa hakimiyyətini beynəlxalq münasibətlərin prinsiplərinə hörmət etməyə çağırıb.  Bütün bunlara cavab olaraq, keçmiş Əlcəzair diplomatı Əbdüləziz Rahabi Fransa xarici işlər və daxili işlər nazirlərinin Əlcəzairə qarşı qəbul etdiyi hərbi tonu təkəbbürlü olduğunu tənqid edib. O, bunu əsl diplomatik böhrandan daha çox “axmaqların rəqsi”nə daha yaxın adlandırıb və “Əlcəzair fobiyası”ndan əziyyət çəkənlərin səfərbər olunmasına haqq qazandırmaq üçün heç bir ciddi səbəbin olmadığını qeyd edib. Rahabi X platformasındakı bir tvitində izah edib ki, Fransa səlahiyyətliləri, bu yanaşmanın iki ölkə arasında suverenlik mövzusunda təkrarlanan böhranlara və toqquşmalara səbəb olacağını bilmədən Əlcəzairi siyasi gündəmlərində prioritet məsələyə çevirməyə müvəffəq olublar. O əlavə edib ki, Fransa, Almaniya və İtaliya kimi müstəmləkə və ya faşist tarixləri olan ölkələrdə populizmin artması bu ölkələrdəki nüfuzlu siyasi, sosial və media elitaları arasında mənfi xatirələrin artmasına səbəb olub. Burada onu da qeyd edək ki, Parisin keçmiş müstəmləkələrin müstəqil siyasət yürütmək cəhdlərinə isterik reaksiyası bu günə qədər Fransanın müstəmləkə zülmündən əziyyət çəkən Afrika ölkələrinin öz faktiki müstəqilliklərinə doğru irəliləməsinə mane olmur. Fransanın öz qoşunlarını qitənin növbəti ölkəsindən, bu dəfə münasibətləri korlamağı bacardığı Çaddan çıxarmağa məcbur olması da bunun təsdiqidir. Afrika ölkələri öz ərazilərində Fransa qoşunlarının yerləşdirilməsindən kütləvi şəkildə imtina edir. Fransa hərbçiləri dəfələrlə həddindən artıq güc tətbiq etməkdə ittiham olunublar ki, bu da müxtəlif Afrika ölkələrində mülki əhali arasında tələfata səbəb olub. İndi Fransanın bu siyasətini davam etdirmək cəhdi hansısa səmərə vermir. Lakin Paris şantajlarından da əl çəkmir.

Nahid SALAYEV







VİDEO

"Çörəyi sahibini tanımayan itin qabağına atanda sonu belə olar"... - VİDEO

Rusiya təyyarə qəzası ilə bağlı Azərbaycanın tələblərindən yayınır - işi bir il gecikdirmək planı... - VİDEO

Rusiya deputatı Putinlə İlham Rəhimovun dostluğunu da heçə saydı... - VİDEO

Təyyarəmizi vurandan 8 dəqiqə sonra "Kovyor" məlumatını yaydılar - Rusiyada plan nə imiş?..

6200 jurnalistin neçəsi USAID-in sifarişi ilə Azərbaycana qarşı yazılar yazıb?..

“İlkin hesabat qəzanın səbəblərini tam ifadə etmir” - təyyarəmizlə bağlı Rusiyadan kədərli reaksiya...

SON XƏBƏRLƏR

09.02.2025 | 21:53
ABŞ 10 min PKK terrorçusunu Suriyadan çıxarır - bu dəfə İraqı terror yuvasına çevirəcəklər…

09.02.2025 | 20:44
Mask “Amerikanın Səsi” və “Azadlıq Radiosu”nu bağlamağa çağırdı

09.02.2025 | 19:26
Trampın Ukraynada atəşkəs planı sızdı - ukraynalılar şokda... Qərb Kiyevi satır…

09.02.2025 | 18:25
İsrailin qəzzalıların sürgünü ilə bağlı yeni planı ortaya çıxdı - ABŞ mediasından qalmaqallı iddia…

09.02.2025 | 17:38
"Çörəyi sahibini tanımayan itin qabağına atanda sonu belə olar"... - VİDEO

09.02.2025 | 17:21
“Telegram”da vətəndaşı aldadaraq onun 2 minini ələ keçirən şəxs yaxalandı

09.02.2025 | 16:58
Misir və BƏƏ Netanyahuya xəbərdarlıq etdi - Səudiyyə bizim üçün qırmızı xəttdir, heç kim ona toxuna bilməz…

09.02.2025 | 16:03
Tramp Putinlə danışdığını açıqladı - ancaq “neçə dəfə” sualına cavab vermədi…

09.02.2025 | 15:16
Rusiyada daha bir müəmmalı ölüm - Putinə müxalif məşhur musiqiçi evinə polis basqını zamanı 10-cu mərtəbədən aşağı düşdü

09.02.2025 | 14:53
QAİ beynəlxalq təşkilatları Azərbaycan abidələrinin bərpası və qorunması üçün Ermənistana təzyiq etməyə çağırdı

09.02.2025 | 00:28
Üç Cənubi Qafqaz ölkəsinin Rusiyaya qarşı İTTİFAQ qurması uzaqda deyil - "Çörəyi sahibini tanımayan itin qabağına atanda sonu belə olar"...

08.02.2025 | 22:30
Orxan Cəfərovdan Türkiyə Açıq Beynəlxalq Turnirində bürünc medal!

08.02.2025 | 21:56
ABŞ rus iş adamlarının pullarının “ovuna” çıxan qrupun fəaliyyətini dayandırır...

08.02.2025 | 21:11
USAID-in maliyyələşdirdiyi nəhəng media qurumları da çökür – BBC həyəcan təbili çalır...

08.02.2025 | 19:28
Rusiya təyyarə qəzası ilə bağlı Azərbaycanın tələblərindən yayınır - işi bir il gecikdirmək planı... - VİDEO

08.02.2025 | 19:15
Rəhimli bələdiyyəsinə seçkilərin protokollarının surətinin saxtalaşdırıldığı ortaya çıxdı - "İşin başında Uzunboyad bələdiyyəsinin sədri dayanır"

08.02.2025 | 17:15
Rusiyada hazırkı antiazərbaycan aqressiyanın 2 səbəbi var...

08.02.2025 | 16:59
Ukrayna müharibəsilə bağlı sülh masası qurulur – Tramp ilk olaraq Zelenski ilə görüşəcək...

08.02.2025 | 15:54
Azərbaycan diasporu ilə bağlı gecikmiş tələb - Rusiyada çoxdan ləğv edilib...

08.02.2025 | 15:00
Sosial şəbəkədə investisiya və yatırım adı altında dələduzluq edən şəxs saxlandı

08.02.2025 | 14:44
Kirayəşin yaşadığı evi soydu - 3000 manatlıq oğurluq...

08.02.2025 | 14:28
"Xarici agentliklər və xaricdən maliyyələşən QHT-lər ölkədə dörd dəfə inqilab etmək istəyiblər" - Kobaxidze

08.02.2025 | 14:12
Xankəndi polisi orta məktəbdə maarifləndirici tədbir keçirdi - FOTO

08.02.2025 | 13:50
Azərbaycanın hərbi dənizçiləri "AMAN-25" çoxmillətli təlimində iştirak edir - FOTO

08.02.2025 | 13:36
Polis Oğuzda əməliyyat keçirdi - 3 nəfər saxlandı, 8 kq narkotik aşkarladı

08.02.2025 | 13:22
Sabah Bakıda qar yağacaq

08.02.2025 | 12:46
Rusiya ilə 2022- ci il Müttəfiqlik sənədinə yenidən baxıla bilər...

08.02.2025 | 11:22
Çağatay Ulusoy bu serialda "mafiya başçısı" olacaq

08.02.2025 | 11:16
"Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub" - MN açıqlama yaydı

08.02.2025 | 10:30
“Kənddən şəhərə” həftəsonu yarmarkası açılıb

08.02.2025 | 10:00
Dünən cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb

08.02.2025 | 09:26
Xoruz banlayan orta məktəb görübsüz?... Sabirabadda deyirlər var...

08.02.2025 | 08:42
Dərs vaxtı ilə bağlı nazirdən düşündürücü rəy - kənd məktəblərində niyə də yox?..

07.02.2025 | 23:45
Rusiya deputatı Putinlə İlham Rəhimovun dostluğunu da heçə saydı... - VİDEO

07.02.2025 | 22:15
Paşinyanı Ceyms Devid Venslə görüşünə görə peşiman etdilər... - VİDEO

07.02.2025 | 21:35
Azərbaycan-Ermənistan sərhədində itkin düşmüş şəxslərlə bağlı görüş keçirildi...

07.02.2025 | 21:28
“Gürcü Arzusu”nun tərəfdarları bölündü" - radikal müxalifət sıradan çıxarılır...

07.02.2025 | 21:19
Sülh və insanlıq əleyhinə, müharibə və digər ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - FOTO

07.02.2025 | 21:15
“Zəngəzur dəhlizi ilə bağlı heç kimlə sövdələşməyə getmərik” - səfir aqressivləşdi...

07.02.2025 | 21:01
Paşinyanın "soyqırım" siyasətindən geri çəkilməsi Zaxarovanı təəccübləndirdi...

07.02.2025 | 20:47
Zəngəzur dəhlizi, ya Araz dəhlizi... İranın qorxusu...

07.02.2025 | 20:34
İnternetdə "əcəl oyunları" uşaqlar üçün çox təhlükəli olmağa başlayır - ilk fakt...

07.02.2025 | 20:20
"ABŞ Azərbaycandan yana olacaq" - bu bir soyuq geosiyasi hesablamadır...

07.02.2025 | 20:07
Rusiya Azərbaycanla müttəfiqlik münasibətlərini zədələyir - faktlar...

07.02.2025 | 20:03
Prezident və Birinci xanım “Gənclik” metrosu yaxınlığında yeni parkın açılışında iştirak ediblər - FOTO

07.02.2025 | 19:53
Yerli uşaq bezi istehsalı bərbad gündədir - idxal bez isə bir uşaq üçün ayda 50 manata başa gəlir...

07.02.2025 | 19:40
Təyyarəmizi vurandan 8 dəqiqə sonra "Kovyor" məlumatını yaydılar - Rusiyada plan nə imiş?..

07.02.2025 | 19:33
6200 jurnalistin neçəsi USAID-in sifarişi ilə Azərbaycana qarşı yazılar yazıb?..

07.02.2025 | 19:26
BDU rektoru BMT-nin illik yığıncağında çıxış etdi

07.02.2025 | 19:19
“Rus Evi” ilə bağlı qərar Azərbaycan-Rusiya münasibətlərinə necə təsir göstərəcək? - Narahatlıq var...

07.02.2025 | 19:12
XİN-də kollegiya iclası keçirildi, 2025-ci il üzrə əsas prioritetlər müzakirə olundu

07.02.2025 | 19:04
İran açıq etiraf etdi – “Zəngəzur dəhlizini istəməyən biz və Ermənistandır...”

07.02.2025 | 18:50
“Azərbaycan Rusiya ilə əlaqələri ictimai şəkildə gərginləşdirməyə bəhanə axtarır" - Zatulin...

07.02.2025 | 18:41
Nazir Vilayət Eyvazov Qusarda vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.02.2025 | 18:36
USAİD 10 min terrorçuya yemək alıb, yüzlərlə insanın cinsini dəyişdirib...

07.02.2025 | 18:23
Paşinyan eyni vaxtda ABŞ və İranla strateji tərəfdaşlıq sazişi imzalayır...

07.02.2025 | 18:18
"Rus evi"nə cavab - "İlham Rəhimovun əmlakını müsadirə edin..."

07.02.2025 | 18:13
“Rus Evi”nə cavab - “Azərbaycanlılar həbs edilsin” - VİDEO

07.02.2025 | 18:09
“İlkin hesabat qəzanın səbəblərini tam ifadə etmir” - təyyarəmizlə bağlı Rusiyadan kədərli reaksiya...

07.02.2025 | 17:55
Kollec diplomları getdikcə mənasız kağız parçasına çevrilir...

07.02.2025 | 17:43
Primakov “Rus Evi” gərginliyinin səbəbini Azərbaycanda görür…

07.02.2025 | 17:36
XII Qlobal Bakı Forumunun keçiriləcəyi tarix məlum oldu

07.02.2025 | 17:31
Arıqladır, həm də öldürür - qəbul etdiyimiz "sibutramin" nədir...

07.02.2025 | 17:18
Azərbaycanda plüralizm praktikası - yad cərəyanlar ölkəyə sıza bilmədi...

07.02.2025 | 17:11
Veteran jurnalist Firidun Ağazadənin 75 illik yubileyi qeyd edilib

07.02.2025 | 17:06
Fələstinlilərin Qəzzadan sürgün edilməsilə bağlı hazırlıqlar başladı - Netanyahu Trampın planını əvvəlcədən bilirmiş...

07.02.2025 | 16:55
Bakıda 11 elektromobili soyan şəxs yaxalandı

07.02.2025 | 16:43
Yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev kimdir? - DOSYE

07.02.2025 | 16:37
ABŞ Ukraynanın nüvə silahı istəyinə çox net cavab verdi – bu olmayacaq...

07.02.2025 | 16:26
Uğurla başlayan yeni dövr uğurla davam edir

07.02.2025 | 16:21
Zelenskidən Baltikyanı ölkələrə xəbərdarlıq - Putin Belarusu da müharibəyə sürükləyir...

07.02.2025 | 16:05
Zelenski Putinlə görüşməyə hazır olduğunu açıqladı – ancaq bir problem var...

07.02.2025 | 16:01
ATMU Qarabağ Universiteti ilə əməkdaşlıq edəcək

07.02.2025 | 15:56
Samir Nuriyev yeni maliyyə nazirini kollektivə təqdim etdi - FOTO

07.02.2025 | 15:51
Samir Şərifova yeni vəzifələr verildi - FƏRMAN

07.02.2025 | 15:44
İran Ermənistanı problemlərdən çıxış yolu olaraq görür - “The Jerusalem Post” nəşri...

07.02.2025 | 15:40
Tramp administrasiyası Paşinyan və arvadının təklifini rədd etdi...

07.02.2025 | 15:39
Anar Əliyev əmək və əhalinin sosial müdafiəsi naziri təyin edildi - SƏRƏNCAM

07.02.2025 | 15:36
Anar Əliyev əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsindən azad edildi

07.02.2025 | 15:25
Xankəndi bu gün – MÖHTƏŞƏM GÖRÜNTÜLƏR...

XƏBƏR ARXİVİ

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728