Olmaya ermənilər Azərbaycanın Qara dənizdibi elektrik kabelinə qoşulmaq istəyir?...
Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirliyi bu şübhələrə əsas verən məlumat yayıb. Nazirliyin açıqlamasında deyilir ki, layihənin iştirakçısı olan bəzi ölkələrlə, o cümlədən Gürcüstanla bu mövzuda müxtəlif səviyyələrdə müzakirə aparılır. Nazirlik bildirib ki, Ermənistanın böyük potensialları(?) var və Gürcüstanın köməyi ilə Avropaya yaşıl enerji nəql edə bilər.
Olmaya ermənilər Azərbaycanın Gürcüstan - Qara dəniz - Rumıniya - Macarıstan marşrutu boyunca Avropaya dənizin dibi ilə yaşıl enerji ixrac etmək layihəsindən danışır? Bir neçə müddət əvvəl - 2022-ci ilin 17 dekabrında Buxarestdə bununla bağlı Azərbaycanın təşkilatçılığı ilə dövlətlərarası saziş də imzalanıb.
Qara dənizin dibi ilə çəkilməsi planlaşdırılan başqa elektrik kabeli də var?... Ermənilər bu kabeli nəzərdə tutursa, Azərbaycandan izinsiz ona necə qoşula bilər? Ya həmin kabel deyilsə, onun "sahibi" kimdir?...
Mövzunu araşdıracağıq.
Nahid Salayev