"Səs verən insanların çoxluğu bizi heyrətə gətirir" - ATƏT PA missiyasının rəhbəri
Azərbaycanda keçirilən prezident seçkilərində nə qədər insanın səs verməyə gəlməsi bizi heyrətə gətirir.
Bu sözləri Trend-ə çərşənbə günü ATƏT PA missiyasının rəhbəri Daniela de Ridder Azərbaycan Dillər Universitetində təşkil olunmuş 23 saylı seçki dairəsinin 26 saylı seçki məntəqəsində jurnalistlərə deyib.
"Bu gün biz digər parlamentarilərlə birlikdə seçkinin başlanmasını diqqətlə izləyirik. Biz seçicilərin səsvermədə fəal iştirakını qeyd edirik və prosesi gün ərzində davam etdirmək niyyətindəyik. İndiyə qədər hər şey rəvan gedirdi. Bəzi seçki məntəqələrinin onsuz da izdihamlı olmasına heyran qaldıq” , o vurğulayıb.