Seçkiləri işıqlandırmaq üçün 63 beynəlxalq media qurumu, 119 jurnalist qeydiyyatdan keçib
Fevralın 7-nə təyin olunan növbədənkənar prezident seçkiləri üzrə 86 min 490 müşahidəçi qeydiyyatdan keçib. Secki-2024.az saytı xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.
MSK sədri bildirib ki, onlardan 790 nəfər beynəlxalq müşahidəçilərdir.
Növbədənkənar prezident seçkilərinə xarici medianın marağının böyük olduğunu deyən MSK sədri qeyd edib ki, indiyədək Yaponiya, İtaliya, Almaniya, Türkiyə, Rusiya və digər ölkələrdən 63 media qurumunun 119 əməkdaşı seçki prosesinin işıqlandırılması üçün müraciət edib.