KÖHNƏ VERSİYA            

Məktəbli qızımız ABŞ və Dubayın müsabiqəsində qızıl medal qazandı...

Image

Nəzrin Hüseynli: “Qazandığım ilk qızıl medalın sevincini, məndə yaratdığı təəssüratı sözlə ifadə edə bilmirəm” 

Bütün uşaqlar eyni cür olmur, elə uşaqlar olur ki, öz istedadları, bilik və bacarıqları ilə öz yaşıdlarınan seçilir, onlardan bir neçə addım irəlidə olurlar. Belə uşaqların düşüncəsi, fənlərə marağı, qavrayışı daha çevik olur. Azərbaycanda kifayət qədər bu cür şagirdlər var ki, onlar nəinki ölkəmizdə, eləcə də beynəlxalq aləmdə tanınırlar. 

Bakı şəhəri 220 saylı məktəb-liseyin XI sinif şagirdi Hüseynli Nəzrin Tərlan qızı riyaziyyat, kimya və digər fənlər üzrə fərqlənən, bu yönlərdə keçirilən yerli və beynəlxalq olimpiadalarda, bilik, intellekt yarışlarında üzümüzü ağ edən balalarımızdandır. 

Nəzrinin uğur hekayəsi olduqca maraqlıdır. Oxumaqdan zövq alan, öyrənməkdən yorulub-usanmayan Nəzrin Hüseynli uşaqlıqdan meylini kitablara, oxuyub-öyrənməyə salıb. Qəhrəmanımız deyir ki, öyrəndikcə özünü daha xoşbəxt sayır və ətrafındakı uşaqların, şagirdlərin də bilikli olmasını istəyir.

Nəzrin 13 yanvar 2008-ci ildə Bakıda müəllim ailəsində dünyaya gəlib, 2014-cü ildə birinci sinifə gedib. Nəzrin deyir ki, bütün fənləri yaxşı oxusa da, amma uşaqlıqdan texniki fənlərə xüsusi sevgisi və marağı olub. “Texniki fənləri daha çox sevirəm və uşaqlıqdan ən çox bu fənlərə maraq göstərmişəm. Texniki fənləri sevməyim mənim üzümə çox qapıları açdı, müxtəlif beynəlxalq olimpiadalara qatılmaq həvəsi yaratdı. Beləliklə olimpiadalara getməyə başladım. İndiyə qədər bir neçə dəfə müxtəlif ölkələrdə keçirilən olimpiadalarda iştirak etmişəm”. 

“...ABŞ tərəfindən təşkil olunan və sertifikatları dünyanın 26 ölkəsində tanınan “Copernicus olympiad”da riyaziyyat fənni üzrə qızıl medal qazandım” 

Nəzrin deyir ki, texniki fənlərə marağı, bu sahədə daha çox öyrənmək, öyrəndiyini bölüşmək istəyini gerçəkləşdirmək üçün  olimpiadalarda iştirak etmək qərarına gəlib və bunu gerçəkləşdirib. Nəzrinin uğur hekayəsinin ilk cümlələri də belə yazılmağa başlayıb. “Global Olympiad Center”in təşkilatçılığı altında keçirilən beynəlxalq olimpiadaların yerli mərhələlərində (seçim mərhələlərində) iştirak etdim və öz yaşıdlarımdan fərqlənməyi bacardım. İlk təcrübəm kimya fənni üzrə Birləşmiş Ərəb Əmirlikləri və ABŞ-ın təşkil etdiyi “Future intelligent student olympiad”da (FİSO) iştirakım oldu və qızıl medala layiq görüldüm. Bu olimpiadada qızıl medal almağım məni çox ruhlandırdı və növbəti olimpiadalarda iştirak etməyə həvəsləndirdi. Qazandığım ilk qızıl medalın sevincini, məndə yaratdığı təəssüratı sözlə ifadə edə bilmirəm. Yəni mənim üçün çox qeyri-adi bir sevinc idi. Növbəti tədris ilində isə İngiltərənin təşkil etdiyi İnternational math exam center (İMEC) riyaziyyat olimpiadasında iştirak etdim və bürünc medal qazandım. 2 ay sonra ABŞ tərəfindən təşkil olunan və sertifikatları dünyanın 26 ölkəsində tanınan “Copernicus olympiad”da riyaziyyat fənni üzrə qızıl medal qazandım”. 

Nəzrin bundan başqa e-Twinning-də “Edebiyat ve sanat” layihəsi üzrə müxtəlif təqdimatlar hazırlayıb Avropa keyfiyyət nişanı əldə edib. “Həmçinin UNESCO-nun dilçilik üzrə tanıdığı yeganə olimpiada olan İnternational Linguistics Olympiad-ın seçim və yarımfinal mərhələsində iştirak edib beynəlxalq sertifikat qazanmışam. Düzdür, sizə dedim ki, texniki fənnlərə daha çox marağım var, amma humanitar fənnlər sahəsində də özümü sınamışam və uğur əldə etmişəm. Hər qazandığım uğur məni başqa bir uğura, başqa bir nailiyyətə səsləyir”. 

Nəzrin bütün bunlara zəhmətlə, gecə-gündüz çalışmaqla, öz üzərində işləməklə nail olub. Əlbəttə, hər uğurun arxasında istedad, bilik, o biliyi, istedadı almaz kimi cilalayan zəhmət, əmək, bir də düzgün yönləndirmə dayanır. Təbii ki, Nəzrinin valideynləri onun bilik və bacarığının, intellektinin üzə çıxarılmasına dəstək olmasaydı, müəllimləri ona düzgün istiqamət verməsəydi, uğura gedən yolun başlanğıcını göstərməsəydi qəhrəmanımız üçün bütün bunlar əlçatmaz olardı. Nəzrinin uğurlarının  təkrarlanmasına stimul verən amillərdən biri ailəsinin daim olunla qürur duyması, onu dəstəkləməsi olub: “Ailəmin hədsiz sevinməsi və mənlə qürur duyması məni olduqca həvəsləndirirdi. Odur ki, bu nəticələrimi əldə etdiyimə görə, valideynlərimə, həmçinin bu yolda mənə dəstək olan müəllimlərimə borcluyam. Heç şübhəsiz ki, gələcəkdə də öz uğurlarımla onların ürəklərini sevindirəcəyəm”.

Nəzrinin gələcək arzularına gəlincə, o, mühəndislik üzrə təhsil almaq, kimya mühəndisi olmaq istəyir.  Bakalavr təhsilini Bakı Ali Neft Məktəbində, magistraturanı isə Amerikada və ya İngiltərədə oxumaq arzusundadır. Nəzrin kimya mühəndisi kimi yüksək səviyyədə yetişmək və dövlətimizə fayda vermək niyyətindədir. Azərbaycanın işıqlı sabahını düşünən və o sabahı qurub-yaradanlardan biri də Nəzrin olacaq. Buna şübhəmiz yoxdur. 220 saylı məktəb-liseyin XI sinif şagirdi Nəzrin Hüseynli bilik sahəsində daha böyük nailiyyətlər qazanacaq və onun uğur hekayəsi günü-gündən zənginləşəcək.

İstedadlı, bilikli şagirdlərimiz sözün həqiqi mənasında bizim sərvətimizdir və onların uğur hekayəsi, qazandıqları nailiyyətlər başqa uşaqlar, şagirdlər üçün də stimulverici, həvəsləndirici bir vasitədir. Bu gün Nəzrin Hüseynli kimi şagirdlər öz məkəblərində neçə-neçə şagirdə örnək olaraq göstərilir. Bunun isə böyük mənəvi-tərbiyəvi əhəmiyyəti var. Nəzrin tam bir özgüvənli yeniyetmələrdəndir və belə şagirdlər gələcəkdə xalqımızın da güvənini qazanan, ona layiq olan bir şəxsiyyət kimi özünü təsdiqləyə biləcək...

Bu il Nəzrinin həyatında əlamətarlıqları ilə yadda qalacaq, o, orta məktəbi bitirib ali məktəbə imtahan verəcək. İnanırıq ki, o bu imtahanı da uğurla verib Ali Neft Məktəbinin tələbəsi olacaq... Uğurlar Nəzrin, yolun açıq olsun!

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

20.12.2024 | 17:27
Azərbaycanın müttəfiqləri bir superdövlətə qalib gəldi - superdövlət başqa yol tutdu...

20.12.2024 | 17:23
Mətbuat Şurası Qulu Məhərrəmlini təbrik etdi

20.12.2024 | 17:19
Azad edilmiş ərazilərdə neçə nəfərin nəşinin qalıqları tapılıb? - Rəsmi açıqlama...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031