Qəzzada 10 günlük ərzaq ehiyatı qalıb - BMT-dən həyəcan təbili
BMT-nin Dünya Ərzaq Proqramının Fələstin üzrə direktoru Antuan Renar Qəzzanın şimalında ərzaq ehtiyatlarının 10 günə qədər çatacağı xəbərdarlığını edib. Bu barədə “Financial Times” yazıb. Bildirilib ki, ərzaq tədarükü ilə bağlı çətinlik humanitar yardımın çatdırılmasında 2 həftəlik məhdudlaşdırıcı tədbirlərlə əlaqəlidir.
O bildirib ki, təxminən 400 min Qəzza sakini sərt ərzaq qıtlığı ilə üzləşib.
Mətləb