Avroittifaqdan 10 maddəlik Qəzza planı... Xüsusi müzakirəyə hazırlıq gedir...
Avropa İttifaqının hazırladığı 10 maddəlik plan üzrə razılıq əldə etmək üçün İttifaqın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Sven Kupmans bir sıra ərəb ölkələri ilə danışıqlar aparır. Səudiyyə, Misir, İordaniya və digərləri ilə artıq müzakirələrin aparıldığı deyilir.
Kupmans 10 maddəlik plan üzrə Avroittifaqın ayrıca müzakirələrinin keçirilməsini də təklif edib.
Xatırladaq ki, yanvarın 22-də Avroittifaqın XİN başçıları Qəzzada vəziyyəti müzakirə edəcəklər.
Nahid SALAYEV