KÖHNƏ VERSİYA            

"Avroittifaq Gürcüstan üçün olsa-olsa, yeni SSRİ ola bilər, biz bunu istəmirik" - gürcülərin etirazı...

Image

Qonşu Gürcüstana münasibətdə Qərb özünün əsl sifətini ortaya qoymaqda, bu ölkəyə vassal kimi yanaşdığını nümayiş etdirməkdədir. Gürcüstanın buna etiraz etməsi isə Qərb tərəfindən təhdidlə qarşılanır, müxtəlif təzyiq alətləri işə salınır. Hazırda görünən odur ki, Tiflisin müstəqil siyasət yürütməsinə Qərb etiraz edir, onu Avropa ailəsinə buraxmamaqla hədələyir.

Bunlar fonunda “Gürcü arzusu” partiyasının yaradıcısı Bidzina İvanişvili bildirib ki, onun partiyası Tiflisin ləyaqətini qoruyaraq, Avropa İttifaqına daxil olması üçün lazım olan hər şeyə malikdir: “Cavab olaraq xarici qüvvələr hələ də müharibə, xaos və yoxsulluq istəyir, bu da ölkənin məhvinə gətirib çıxarır”. Bu arada Brüsseldə keçirilən Avropa İttifaqı sammitində qurumun liderləri Gürcüstan hakimiyyətinin öz ölkələrinin Avropaya inteqrasiyasını təhlükə altına atdığını iddia ediblər. Xatırladaq ki, Tiflis 2023-cü ilin dekabrında Avropa İttifaqına üzv olmaq üçün namizəd statusu alıb, sonra isə xarici agentlərə və cinsi azlıqlara qarşı bir sıra qanunlar qəbul edib. Eyni zamanda, Gürcüstan rəhbərliyi konkret siyasətçilərin və ya onların ölkələrinin adını çəkmədən Qərbin müətyyən qüvvələrini Gürcüstanda Rusiyaya qarşı ikinci cəbhə açmağa çalışmaqda ittiham edir. Bu baxımdan Avropa dövlətlərinin başçıları Tiflisin Moskva ilə yaxınlaşmağa doğru getdiyini bəyan edərək,  oktyabrın 26-na təyin edilmiş parlament seçkilərinə bəri başdan kölgə salmağa çalışırlar. Almaniya xarici işlər nazirinin müavini Anna Luhrmann da Avropa İttifaqında hökm sürən əhval-ruhiyyənin bu yöndə olduğunu təsdiqləyib. Onun sözlərinə görə, Avropa İttifaqı gürcülərin Avropa istəklərini dəstəkləməkdə davam edəcək, lakin onların hazırkı hökumətini yox: “Gürcüstan xalqının öz yolunu sərbəst seçmək hüququna malik olması vacibdir. Ona görə də azad və ədalətli seçkilər həqiqətən vacib məsələdir”. Bu bəyanatın sətirləri arasında müxalifətin qələbəsinə ümid bəsləmək dəqiq sezilir. Ona görə də bir il əvvəl “Gürcü arzusu”nun barışmaz rəqibinə çevrilən Gürcüstan prezidenti Salome Zurabişvili “Financial Times” qəzetinə müsahibəsində hadisələri qabaqcadan görmək qərarına gəlib. Onun fikrincə, hakimiyyətdə olan partiya yalnız seçici saxtakarlığı yolu ilə qalib gələ bilər. Eyni zamanda o, 2012-ci ildən “Gürcü arzusu”nun cəmiyyəti qütbləşdirmək və əhalini qorxutmaq siyasəti yürütdüyünü vurğulayıb: “Rusiyada var-dövlət qazanmış oliqarx Bidzina İvanişvilinin rəhbərlik etdiyi “Gürcü arzusu” hökumət rəsmilərinə ona səs vermələri üçün təzyiq edir, müxalifət fəallarına hücum edir, jurnalistləri hədələyir və xaricdə yaşayan vətəndaşların səs verməsini çətinləşdirir”.

Öz növbəsində, Avropa diplomatiyasının rəhbəri Josep Borrell Gürcüstan hakimiyyətini avtoritarizmə doğru getməkdə ittiham edib:  “Hakim partiyanın son hərəkətləri, bəyanatları və seçki vədləri ölkəni Avropa yolundan uzaqlaşdırır və avtoritarizmə doğru gedişi ifadə edir... Bilirsiniz ki, Avropa Komissiyası Avropanın maliyyə vəsaitlərinə çıxışla bağlı qərar qəbul edir. Ona görə də gəlin Gürcüstan demokratiyası və onun Avropaya inteqrasiyası üçün həlledici sınaq olacaq parlament seçkilərini gözləyək”. Lakin “Gürcü arzusu” ümidsizliyə qapılmır. Məsələn, Tiflisin meri Kaxa Kaladze bildirib ki, müasir Avropa İttifaqı SSRİ-dən heç nə ilə fərqlənmir, ona görə də ora inteqrasiyaya ehtiyac yoxdur: “Mədəniyyətimizdən və adət-ənənələrimizdən imtina etməliyiksə, Aİ-yə daxil olmağımızın nə fərqi var?”.  Bundan əlavə, baş nazir İrakli Kobaxidze seçicilərini əmin edib ki, Rusiya-Ukrayna münaqişəsi bitən kimi Avropa İttifaqı və ABŞ onun hökumətinə münasibətini dəyişəcək: “Bizim üçün bir şey vacibdir. Ukraynada döyüşlər bitən kimi – və bu gələn il də olacaq – Aİ və ABŞ ilə münasibətlər bərpa olunacaq... Birinci cəbhə bitən kimi ikinci cəbhənin Gürcüstana marağı dərhal dayandırılacaq”. Eyni zamanda, “Gürcü arzusu”nun nümayəndələri israr edirlər ki, onları seçicilərin təxminən 60%-i dəstəkləyir. Bu baxımdan, hakim elita müxalifətin seçkilərdə qələbə qazanacağına inanmır, lakin xəbərdarlıq edir ki, onların rəqibləri xarici tərəfdaşların dəstəyi ilə iğtişaşlar yarada bilər. Lakin təhlükəsizlik qüvvələri “Gürcü arzusu”nun qələbəsini müdafiə edəcəkləri üçün onların sonu heç nə ilə bitməyəcək. Bundan sonra qaliblər müxalifəti vətənə xəyanətdə ittiham edərək məhkəmə prosesini təşkil etmək arzusundadırlar. Artıq iqtidaryönlü ictimai təşkilatlar müxalifətə səs verməyə hazır olanları təqib etməyə çağırır. Məsələn, “Birləşmiş Neytral Gürcüstan” hərəkatı müxalifətçiləri “övladlarını və ölkənin gələcəyini məhv etməkdə” ittiham edib. Düzdür, gürcülərin əksəriyyəti gələcək dəyişikliklərdən o qədər də narahat deyil. Gürcü analitik Demuri Giorxelidze bildirir: “Əgər siz mediadakı yazılara diqqət yetirməsəniz və siyasi fəallarla ünsiyyət qurmasanız, bir həftədən sonra ümumiyyətlə seçkilərin olmayacağını düşünə bilərsiniz. Bütün bu qütbləşmə və çevrilişə hazırlıq əsasən mediada baş verir. Eyni zamanda, insanların çoxu siyasətlə qətiyyən maraqlanmır”. Bu arada Gürcüstan Milli Statistika Xidmətinin oktyabrın 15-də açıqladığı məlumatlara görə, 2014-cü ildən 2023-cü ilə qədər 815 608 nəfər ölkəni tərk edib. Eyni zamanda, 2022-ci ildə əhalinin xaricə axını 118 min nəfər, 2023-cü ildə isə demək olar ki, 163,5 min nəfər təşkil edib ki, bunun da 70 faizini 30 yaşadək gənclər təşkil edib. Ümumilikdə respublikada 3,7 milyondan az insan yaşayır. Onları isə Qərb öz əsarəti altına almağa çalışır.

Samirə SƏFƏROVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Azərbaycanın Suriya quruculuğunda iştirakına start verildi...

Polisin bu addımı da kütləvi şəkildə dəstəkləndi...

Nazirliklərin "hesabat verməsi" ləğv edildi - yeni qayda necə olacaq?

SON XƏBƏRLƏR

26.12.2024 | 08:41
Minimum pensiya birdən-birə 40 manat artırıldı...

26.12.2024 | 01:13
Yeni Suriya hökumətinin İrana xəbərdarlığından 24 saat sonra ölkə qarışdı – Əsəd tərəfdarları silahlı üsyan qaldırdı...

26.12.2024 | 00:10
Bu gün Azərbaycanda matəm günüdür

25.12.2024 | 23:17
Təyyarə qəzasında həyatını itirənlərin cənazələri yaxın zamanda Azərbaycana gətiriləcək

25.12.2024 | 22:35
Ərdoğan Prezident İlham Əliyevə başsağlığı verdi

25.12.2024 | 22:30
Azərbaycan çempionatı bir günlük təxirə salındı

25.12.2024 | 22:28
Mədəniyyət Nazirliyinin teatr-konsert müəssisələrində bütün mədəni-kütləvi tədbirlər təxirə salınıb

25.12.2024 | 22:26
ABL-ın basketbol görüşü təxirə düşdü

25.12.2024 | 22:22
Matəmə görə güləş üzrə Azərbaycan çempionatı 1 günlük təxirə salındı

25.12.2024 | 22:10
"Təyyarənin qəzaya uğramasının səbəbi barədə danışmaq hələ tezdir" - Qazaxıstan Baş nazirin müavini

25.12.2024 | 21:32
Dünya liderləri təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı veriblər - YENİLƏNDİ

25.12.2024 | 21:30
Aktauda qəzaya uğramış təyyarənin “qara qutu”su tapıldı

25.12.2024 | 21:23
"Yaralıların yaxın qohumlarından DNT analizi götürülür" - Baş Prokurorluq

25.12.2024 | 21:14
Azərbaycanın Suriya quruculuğunda iştirakına start verildi...

25.12.2024 | 20:58
Paşinyan yeni seçki kampaniyasına başladı - ilk hədəf sabiq prezidentlərdir...

25.12.2024 | 20:43
Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir...

25.12.2024 | 20:28
SOCAR-ı özəl şirkətlərdən asılı salan kim və nələrdir?..

25.12.2024 | 20:15
Kazan, Minsk, Gəncə - gələn ildən başlanır...

25.12.2024 | 20:01
Fransanın kəşfiyyat şeflərindən biri Bakı haqqında pis danışdı...

25.12.2024 | 19:57
İrakli Kobaxidze Prezident İlham Əliyevə başsağlığı verdi

25.12.2024 | 19:56
Məsud Pezeşkian Prezident İlham Əliyevə başsağlığı verdi

25.12.2024 | 19:56
Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmış dövlət komissiyasının iclası keçirildi - FOTO

25.12.2024 | 19:53
Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyevə başsağlığı ünvanlayıb

25.12.2024 | 19:51
Emoməli Rəhmon Prezident İlham Əliyevə başsağlığı ünvanlayıb

25.12.2024 | 19:50
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevə başsağlığı verib

25.12.2024 | 19:49
Türkiyə memarlığının ŞAH ƏSƏRLƏRİ

25.12.2024 | 19:46
Zurabişvili hökuməti çevrilişlə hədələdi - Hakim partiya ona "psixi xəstə" dedi...

25.12.2024 | 19:38
Təyyarə qəzasında 38 nəfər ölüb, 29 nəfər yaralanıb...

25.12.2024 | 19:33
Hansı müəllimlər güzəştli kartlar ala biləcək?...

25.12.2024 | 19:18
Makron Fransanı "dinozavr iyinə bürüdü" - 5-ci respublika dağılır...

25.12.2024 | 19:04
Uşaq hüquqları ilə bağlı yeni norma - Nazirlər Kabinetinə vaxt verildi...

25.12.2024 | 18:50
Sellofan torba kampaniyasında udan supermarketlər oldu - bəzi nazirliklər isə lobbiçilik etdi...

25.12.2024 | 18:36
Azad rayonlarda idman obyektlərinə qarşı çıxanlar var...

25.12.2024 | 18:22
İranın gizli şəkildə "Suriyaya qayıtmaq planı" - yeni islam birliyi?..

25.12.2024 | 18:08
Polisin bu addımı da kütləvi şəkildə dəstəkləndi...

25.12.2024 | 17:55
Nazirliklərin "hesabat verməsi" ləğv edildi - yeni qayda necə olacaq?

25.12.2024 | 17:41
Faşizm üzərində qələbə vaxtı Şimali Koreya var idi? - Moskvanın 80 illik qərarına ciddi iradlar var...

25.12.2024 | 17:35
Mətbuat Şurasından təyyarə qəzası ilə bağlı media orqanlarına çağırış …

25.12.2024 | 17:30
Rusiya diplomatlarını təyyarə qəzası ilə bağlı Aktauya göndərdi

25.12.2024 | 17:28
“Biz bütün bunları Azərbaycanda heç vaxt görməyəcəyik”...

25.12.2024 | 17:15
Xarici dezinformasiyalarla mübarizədə süni zəkadan geniş istifadə başlayıb

25.12.2024 | 17:03
Yeni Suriya rəhbərliyi beynəlxalq məhkəmələrdə İrana qarşı iddia qaldırmağa hazırlaşır - 300 milyard dollar təzminat istəyirlər...

25.12.2024 | 16:54
"Azərbaycan Hava Yollarının təyyarəsinin dəhşətli qəzası məni çox kədərləndirdi" - İsrail Prezidenti

25.12.2024 | 16:26
Prezident İlham Əliyev təyyarə qəzasının səbəbləri barədə: "Məsələ tam araşdırılmalıdır"

25.12.2024 | 16:23
Rusiya Müdafiə Nazirliyindən şok iddia – ABŞ Afrikanı bioloji müharibə meydanına çevirir...

25.12.2024 | 16:21
"Komissiya qəzanın səbəblərini və bütün təfərrüatlarını araşdırıb həm mənə, həm də Azərbaycan ictimaiyyətinə məlumat verməlidir" - Prezident

25.12.2024 | 16:10
İran Azərbaycana başsağlığı verdi

25.12.2024 | 16:05
Zelenski ilə Slovakiya baş naziri arasında “söz atışması” – Kiyev bizə dondurulmuş Rusiya aktivlərindən 500 milyon təklif etdi...

25.12.2024 | 15:51
Ərdoğan Prezident İlham Əliyevə zəng edib

25.12.2024 | 15:51
Təyyarə qəzası ilə bağlı yaradılan dövlət komissiyasının üzvləri hadisə yerində...

25.12.2024 | 15:33
Dekabrın 26-da Azərbaycanda matəm elan edildi

25.12.2024 | 15:30
Putin AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı başsağlığı verib

25.12.2024 | 15:23
"AZAL-a məxsus təyyarinin qəzaya uğraması ilə bağlı dərin kədər hissi keçiririk" - Moldova Prezidenti

25.12.2024 | 15:18
Sahibə Qafarova təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verdi

25.12.2024 | 15:10
Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradıldı - Prezident sərəncam imzaladı

25.12.2024 | 14:53
XİN AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı məlumat yaydı

25.12.2024 | 14:46
32 nəfər təyyarə qəzasından sağ çıxıb - Baş Prokurorluq açıqladı...

25.12.2024 | 14:43
Azərbaycan Prezidenti Rusiya səfərindən yarımçıq qayıtdı - təyyarə limanında operativ müşavirə, tapşırıqlar verildi...

25.12.2024 | 14:36
Bakıdan Aktauya xüsusi həkim heyəti və lazımi tibbi avadanlıqlar göndərildi

25.12.2024 | 14:30
Ərdoğan təyyarə qəzası ilə bağlı başsağlığı verdi

25.12.2024 | 14:23
Prezident İlham Əliyevin olduğu təyyarə Heydər Əliyev Beynəlxalq hava limanına eniş etdi

25.12.2024 | 14:23
"AZAL-ın təyyarəsinin qəza enişi etməsi ilə əlaqədar cinayət işi açılıb" - Baş Prokurorluq

25.12.2024 | 14:06
MEDİA Agentliyi təyyarə qəzası ilə bağlı jurnalistlərə çağırış etdi

25.12.2024 | 13:59
Bakıda narkotik satışı təşkil edən ata və iki övladı saxlandı - FOTO

25.12.2024 | 13:43
Qazaxıstan da təyyarə qəzası ilə bağlı araşdırmalara başladı

25.12.2024 | 13:42
Paşinyan onları debata çağırdı, onlar da Paşinyanın bəyanatlarını "dəlilik" adlandırıb rədd cavabı verdilər...

25.12.2024 | 13:36
"Azərbaycanlı və qazax qardaşlarımıza hər cür dəstəyi verməyə hazırıq" - Türkiyə XİN

25.12.2024 | 13:35
Dekabrın 11- də Yerevandan Bakıya uçmuş təyyarədə nə olub?- həm də bu ilk deyilmiş....

25.12.2024 | 13:33
"Təyyarə qəzası ilə bağlı hər cür yardımı göstərməyə hazırıq" - İsrail səfiri

25.12.2024 | 13:23
ABŞ səfirliyindən təyyarə qəzası ilə bağlı paylaşım - kömək etməyə hazırıq...

25.12.2024 | 13:20
Sərnişin təyyarəsinin qəzaya uğraması faktı ilə bağlı cinayət işi başlandı

25.12.2024 | 13:17
Tokayev tapşırıq verdi - Qazaxıstanda təyyarə qəzası ilə bağlı komissiya yaradıldı

25.12.2024 | 13:15
Prezident İlham Əliyev Vladimir Putinə zəng edib

25.12.2024 | 13:06
AZAL-dan təyyarə qəzası ilə bağlı yeni açıqlama - 62 sərnişin...

25.12.2024 | 13:02
AZAL-ın Bakı-Qroznı reysində olan sərnişinlərin siyahısı açıqlandı

25.12.2024 | 12:55
Prezidentin tapşırığına uyğun olaraq, təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradıldı

25.12.2024 | 12:52
Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzası ilə bağlı Bakıya geri döndü

25.12.2024 | 12:48
Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verdi - FOTO

25.12.2024 | 12:44
Aktauda təyyarə qəzasında 25 nəfərin sağ qaldığı açıqlandı

25.12.2024 | 12:31
Prezidentin tapşırığı ilə dövlət orqanlarının nümayəndələri Qazaxıstana yola düşüblər

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031