KÖHNƏ VERSİYA            

Səid Nəcəfzadə - 10 yaşdan başlamış atletika karyerası, dünya, olimpiya çempionluğu...

Image

Səid Nəcəfzadə: “Paris Paralimpiya oyunlarında əsas hədəfim himnimizi səsləndirmək idi, bunu bacardım və himnimizi səsləndirdim”

Azərbaycan paralimpiyaçıları sübut edir ki, idmanda uğur qazanmaq, nailiyyətlər əldə etmək çətin deyil, təki zəhmətini, əməyini, enerjini əsirgəmə, iradəli ol, cəsarətini göstər. “Bakı-Xəbər” olaraq istedadlı, bilikdə, idmanda, incənətdə böyük müvəfəqiyyətlərə imza atan uşaq və gənclərin uğurlu həyat hekayəsi, heyrətamiz həyat mübarizəsi barədə silsilə yazılar veririk. 

Təbii ki, bizim bir parçamızı təşkil edən əlilliyi olan uşaq və gənclərimizi də unutmuruq. Onların qazandıqları uğurların mahiyyəti, əhəmiyyəti daha möhtəşəmdir. Onlar bu cəmiyyətin ən sağlam əqidəli, ən sağlam düşüncəli insanlarıdır. Bu insanların ürəkləri o qədər böyükdür ki, o ürəkdən doğulan sevgi də nəhayətsizdir, sonsuzdur. Onlar vətəni təmənnasız sevdikləri üçün vətən də onları qanadları altına alır... 

“Çempionluq hissi qürurverici bir hissdir və bu zirvəni fəth etməyi davam etdirmək istəyirəm”

Uğurlu idman karyerası ilə, böyük-böyük arenalarda göstərdiyi hünərlərlə fərqlənən, qaliblər sırasında yer tutan budəfəki qəhrəmanımız   2024-cü il Paris Yay Paralimpiya Oyunlarında kişilər arasında uzunluğa tullanma T12 kateqoriyasında Paralimpiya çempionu Səid Nəcəfzadədir. 

“Hər yerdə xalqımın dəstəyini gördüm” deyib xalq məhəbbətindən güc aldığını deyən, qələbəsini Vətənimizə həsr edən Səid Əli oğlu  Nəcəfzadə 1999-cu il yanvarın 14-də Sumqayıt şəhərində anadan olub. 2005–2016-cı illərdə Sumqayıt şəhərində F. Piriyev adına 18 nömrəli tam orta məktəbdə təhsil alan Səid Nəcəfzadə, ali təhsilini 2016–2020-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİAA) alıb. 

“İdmana həmişə həvəsim olub, uşaq yaşlarından idman yarışlarını izləməyi çox xoşlayırdım. 10 yaşımdan isə atletika ilə məşğul olmağa başladım”-deyən Səid bildirdi ki, hər zaman ailəsindən və məqçisindən güclü dəstək görüb: “Dəstəyinə görə ailəmə, məşqçim Vladimir Zayetsə, üzvü olduğum “Neftçi” idman klubuna  təşəkkür etmək istəyirəm.

Ailəm mənə həmişə yaxından  dəstək olub”.

Bu idman növü Səid üçün hava-su qədər doğmadır. Deyir ki, məşğul olduğu idman sahəsi artıq onun həyat tərzinə çevrilib: “Onsuz həyatımı heç təsəvvür də edə bilmirəm. İlk öncə hər kəs kimi bu idmana mən də əlavə məşğulliyyət və hobbi kimi başlamışdım. Bununla yanaşı dərslərimi də yaxşı oxuyurdum, kompüter elmlərinə marağım var idi. 15-16 yaşlarımda artıq seçim etməli idim və mən idman sahəsini seçdim. Əgər bu sahə olmasaydı, yəqin ki, IT mütəxəsisi və ya proqramçı olardım”.

Səidin dediyinə görə, idman elə bir sahədir ki, burada insan özünü daha yaxşı tanıyır, öz bacarığını, potensialını ortaya qoya bilir. “Gənclərə isə məsləhətim odur ki, sevdiyiniz, bezmədən və daima çalışa biləcəyiniz, həvəsiniz olan məşğulliyyət və peşənin ardınca gedin, davam edin”.

Səidin iştirak etdiyi ilk paralimpiya oyunu 2020-ci ildə Tokioda keçirlən Yay Olimpiya Oyunları olub. Azərbaycanı təmsil edən yüngül atletimiz 2020-ci ildə baş tutan XVI Yay Paralimpiya Oyunlarında bürünc medala sahib olub. 

“Tokio 2020 iştirak etdiyim ilk paralimpiya oyunlarım idi. Birinci dəfə idi ki, belə mötəbər yarışda iştirak edirdim.O zaman da əliboş qayıtmadım. Növbəti illərdə isə artıq dünya çempionu oldum. Paris Paralimpiya oyunlarında əsas hədəfim himnimizi səsləndirmək idi, bunu bacardım və himnimizi səsləndirdim”.

Bəs paralimpiya çempionumuzun gələcək arzuları nədir, nələri hədəfləyir? 

“Arzumu demək istəməzdim. Növbəti və gələcək hədəflərim isə, hələ ki, 2028-ci ilə kimi məşqlərimi davam etdirib, yarışlarda uğurlu çıxış etməyi davam etdirməkdir. Çempionluq hissi qürurverici bir hissdir və bu zirvəni fəth etməyi davam etdirmək istəyirəm.

Bu nəticəni əldə etməyimdə ən böyük rolu olan  məşqçimdir. Onunla bu nəticəni əldə etmək üçün uzun yol qət etmişik.

Biz idmançıların da vəzifəsi daima dalğalanacaq olan bayrağımızı və himnimizi idman arenalarında səsləndirməkdi. Vətənim, ölkəm üçün nəsə edə bilmişəmsə və bunun qarşılığında ölkə başçısı tərəfindən “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşamsa, bu, əvəzolunmaz və fəxrediləsi bir hissdir. Cənab Prezidentə məni təltif etdiyinə görə təşəkkürümü bildirirəm.

Bu, nəticəni əldə etmək üçün çəkilən əziyyətlərin  bəhrəsidir deyərdim. Bu cür uğurların arxasında isə böyük hekayələr durur. Parisdə də himnimizi səsləndirməyi bacarmağım sözlə ifadəolunmaz bir hiss idi mənim üçün”. Qəhrəmanımız deyir bütün bunları. 

Şəxsi məşqçisi Vladimir Zayets olan atletimizin uğurlu həyat hekayəsini zəngiləşdirən idman nəticələrini qeyd edərkən bildirək ki, o,  2020-ci ildə baş tutan XVI Yay Paralimpiya Oyunlarında bürünc medala sahib olub. 2024-cü il Paris Yay Paralimpiya Oyunlarında isə kişilər arasında uzunluğa tullanma T12 kateqoriyasında Paralimpiya çempionu adını qazanıb. Səid Nəcəfzadə 2016-cı ilin may ayında uzunluğa tullanma üzrə şəhər çempionatının qalibi, 2019-cu ilin iyul ayında Tunisdə baş tutan beynəlxalq turnirdə 6.80 metr nəticə ilə gümüş medala sahib olub. 2021-ci ilin iyun ayında Səid Nəcəfzadə Polşada baş tutan Avropa Çempionatında 6.96 metr nəticə ilə turnirin qalibi kimi adını tarixə yazdırdı. 

Azərbaycan Prezidenti İlham Əliyevin 6 sentyabr 2021-ci il tarixli Sərəncamına əsasən XVI Yay Paralimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Səid Əli oğlu Nəcəfzadə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.

2024-cü ildə Yaponiyada keçirilmiş dünya çempionatında T12 kateqoriyasında uzunluğa tullanma üzrə yarışda 7,30 metr nəticə ilə qızıl medal qazanıb. Bu uğurlu nəticəni atletimiz avqust-sentyabr aylarında keçirilən 2024 Yay Paralimpiya Oyunlarında T12 kateqoriyasında uzunluğa tullanma üzrə yarışda 7,27 metr nəticə ilə Paralimpiya oyunlarında çempion olmaqla təkrarlayıb. 

Prezident İlham Əliyevin 10 sentyabr 2024-cü il tarixli sərəncamı ilə Səid Nəcəfzadəyə XVII Yay Paralimpiya Oyunlarında birinci yeri tutduğuna görə 200 000 manat, məşqçisinə isə 100 000 manat pul mükafatı verilib. Prezidentin eyni tarixli digər sərəncamı ilə o, həmçinin 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

25 yaşlı idmançımızın uğurlu həyat hekayəsi, mübarizə və əzmkarlıq dolu karyera yolu gəncliyə gerçək bir nümunədir. Səid kimi çempionlar cəmiyyətə, gəncliyə çox ciddi mesajlar ötürürlər ki, zəhmətlə, böyük əmək sərf etməklə, məsuliyyətlə, iradə və əzmlə, bir də xalqına, dövlətinə sevgi ilə olimp zirvələrini fəth etmək mümkündür...

İradə SARIYEVA








VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Azərbaycanın Suriya quruculuğunda iştirakına start verildi...

Polisin bu addımı da kütləvi şəkildə dəstəkləndi...

Nazirliklərin "hesabat verməsi" ləğv edildi - yeni qayda necə olacaq?

SON XƏBƏRLƏR

26.12.2024 | 01:13
Yeni Suriya hökumətinin İrana xəbərdarlığından 24 saat sonra ölkə qarışdı – Əsəd tərəfdarları silahlı üsyan qaldırdı...

26.12.2024 | 00:10
Bu gün Azərbaycanda matəm günüdür

25.12.2024 | 23:17
Təyyarə qəzasında həyatını itirənlərin cənazələri yaxın zamanda Azərbaycana gətiriləcək

25.12.2024 | 22:35
Ərdoğan Prezident İlham Əliyevə başsağlığı verdi

25.12.2024 | 22:30
Azərbaycan çempionatı bir günlük təxirə salındı

25.12.2024 | 22:28
Mədəniyyət Nazirliyinin teatr-konsert müəssisələrində bütün mədəni-kütləvi tədbirlər təxirə salınıb

25.12.2024 | 22:26
ABL-ın basketbol görüşü təxirə düşdü

25.12.2024 | 22:22
Matəmə görə güləş üzrə Azərbaycan çempionatı 1 günlük təxirə salındı

25.12.2024 | 22:10
"Təyyarənin qəzaya uğramasının səbəbi barədə danışmaq hələ tezdir" - Qazaxıstan Baş nazirin müavini

25.12.2024 | 21:32
Dünya liderləri təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı veriblər - YENİLƏNDİ

25.12.2024 | 21:30
Aktauda qəzaya uğramış təyyarənin “qara qutu”su tapıldı

25.12.2024 | 21:23
"Yaralıların yaxın qohumlarından DNT analizi götürülür" - Baş Prokurorluq

25.12.2024 | 21:14
Azərbaycanın Suriya quruculuğunda iştirakına start verildi...

25.12.2024 | 20:58
Paşinyan yeni seçki kampaniyasına başladı - ilk hədəf sabiq prezidentlərdir...

25.12.2024 | 20:43
Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir...

25.12.2024 | 20:28
SOCAR-ı özəl şirkətlərdən asılı salan kim və nələrdir?..

25.12.2024 | 20:15
Kazan, Minsk, Gəncə - gələn ildən başlanır...

25.12.2024 | 20:01
Fransanın kəşfiyyat şeflərindən biri Bakı haqqında pis danışdı...

25.12.2024 | 19:57
İrakli Kobaxidze Prezident İlham Əliyevə başsağlığı verdi

25.12.2024 | 19:56
Məsud Pezeşkian Prezident İlham Əliyevə başsağlığı verdi

25.12.2024 | 19:56
Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmış dövlət komissiyasının iclası keçirildi - FOTO

25.12.2024 | 19:53
Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyevə başsağlığı ünvanlayıb

25.12.2024 | 19:51
Emoməli Rəhmon Prezident İlham Əliyevə başsağlığı ünvanlayıb

25.12.2024 | 19:50
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevə başsağlığı verib

25.12.2024 | 19:49
Türkiyə memarlığının ŞAH ƏSƏRLƏRİ

25.12.2024 | 19:46
Zurabişvili hökuməti çevrilişlə hədələdi - Hakim partiya ona "psixi xəstə" dedi...

25.12.2024 | 19:38
Təyyarə qəzasında 38 nəfər ölüb, 29 nəfər yaralanıb...

25.12.2024 | 19:33
Hansı müəllimlər güzəştli kartlar ala biləcək?...

25.12.2024 | 19:18
Makron Fransanı "dinozavr iyinə bürüdü" - 5-ci respublika dağılır...

25.12.2024 | 19:04
Uşaq hüquqları ilə bağlı yeni norma - Nazirlər Kabinetinə vaxt verildi...

25.12.2024 | 18:50
Sellofan torba kampaniyasında udan supermarketlər oldu - bəzi nazirliklər isə lobbiçilik etdi...

25.12.2024 | 18:36
Azad rayonlarda idman obyektlərinə qarşı çıxanlar var...

25.12.2024 | 18:22
İranın gizli şəkildə "Suriyaya qayıtmaq planı" - yeni islam birliyi?..

25.12.2024 | 18:08
Polisin bu addımı da kütləvi şəkildə dəstəkləndi...

25.12.2024 | 17:55
Nazirliklərin "hesabat verməsi" ləğv edildi - yeni qayda necə olacaq?

25.12.2024 | 17:41
Faşizm üzərində qələbə vaxtı Şimali Koreya var idi? - Moskvanın 80 illik qərarına ciddi iradlar var...

25.12.2024 | 17:35
Mətbuat Şurasından təyyarə qəzası ilə bağlı media orqanlarına çağırış …

25.12.2024 | 17:30
Rusiya diplomatlarını təyyarə qəzası ilə bağlı Aktauya göndərdi

25.12.2024 | 17:28
“Biz bütün bunları Azərbaycanda heç vaxt görməyəcəyik”...

25.12.2024 | 17:15
Xarici dezinformasiyalarla mübarizədə süni zəkadan geniş istifadə başlayıb

25.12.2024 | 17:03
Yeni Suriya rəhbərliyi beynəlxalq məhkəmələrdə İrana qarşı iddia qaldırmağa hazırlaşır - 300 milyard dollar təzminat istəyirlər...

25.12.2024 | 16:54
"Azərbaycan Hava Yollarının təyyarəsinin dəhşətli qəzası məni çox kədərləndirdi" - İsrail Prezidenti

25.12.2024 | 16:26
Prezident İlham Əliyev təyyarə qəzasının səbəbləri barədə: "Məsələ tam araşdırılmalıdır"

25.12.2024 | 16:23
Rusiya Müdafiə Nazirliyindən şok iddia – ABŞ Afrikanı bioloji müharibə meydanına çevirir...

25.12.2024 | 16:21
"Komissiya qəzanın səbəblərini və bütün təfərrüatlarını araşdırıb həm mənə, həm də Azərbaycan ictimaiyyətinə məlumat verməlidir" - Prezident

25.12.2024 | 16:10
İran Azərbaycana başsağlığı verdi

25.12.2024 | 16:05
Zelenski ilə Slovakiya baş naziri arasında “söz atışması” – Kiyev bizə dondurulmuş Rusiya aktivlərindən 500 milyon təklif etdi...

25.12.2024 | 15:51
Ərdoğan Prezident İlham Əliyevə zəng edib

25.12.2024 | 15:51
Təyyarə qəzası ilə bağlı yaradılan dövlət komissiyasının üzvləri hadisə yerində...

25.12.2024 | 15:33
Dekabrın 26-da Azərbaycanda matəm elan edildi

25.12.2024 | 15:30
Putin AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı başsağlığı verib

25.12.2024 | 15:23
"AZAL-a məxsus təyyarinin qəzaya uğraması ilə bağlı dərin kədər hissi keçiririk" - Moldova Prezidenti

25.12.2024 | 15:18
Sahibə Qafarova təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verdi

25.12.2024 | 15:10
Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradıldı - Prezident sərəncam imzaladı

25.12.2024 | 14:53
XİN AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı məlumat yaydı

25.12.2024 | 14:46
32 nəfər təyyarə qəzasından sağ çıxıb - Baş Prokurorluq açıqladı...

25.12.2024 | 14:43
Azərbaycan Prezidenti Rusiya səfərindən yarımçıq qayıtdı - təyyarə limanında operativ müşavirə, tapşırıqlar verildi...

25.12.2024 | 14:36
Bakıdan Aktauya xüsusi həkim heyəti və lazımi tibbi avadanlıqlar göndərildi

25.12.2024 | 14:30
Ərdoğan təyyarə qəzası ilə bağlı başsağlığı verdi

25.12.2024 | 14:23
Prezident İlham Əliyevin olduğu təyyarə Heydər Əliyev Beynəlxalq hava limanına eniş etdi

25.12.2024 | 14:23
"AZAL-ın təyyarəsinin qəza enişi etməsi ilə əlaqədar cinayət işi açılıb" - Baş Prokurorluq

25.12.2024 | 14:06
MEDİA Agentliyi təyyarə qəzası ilə bağlı jurnalistlərə çağırış etdi

25.12.2024 | 13:59
Bakıda narkotik satışı təşkil edən ata və iki övladı saxlandı - FOTO

25.12.2024 | 13:43
Qazaxıstan da təyyarə qəzası ilə bağlı araşdırmalara başladı

25.12.2024 | 13:42
Paşinyan onları debata çağırdı, onlar da Paşinyanın bəyanatlarını "dəlilik" adlandırıb rədd cavabı verdilər...

25.12.2024 | 13:36
"Azərbaycanlı və qazax qardaşlarımıza hər cür dəstəyi verməyə hazırıq" - Türkiyə XİN

25.12.2024 | 13:35
Dekabrın 11- də Yerevandan Bakıya uçmuş təyyarədə nə olub?- həm də bu ilk deyilmiş....

25.12.2024 | 13:33
"Təyyarə qəzası ilə bağlı hər cür yardımı göstərməyə hazırıq" - İsrail səfiri

25.12.2024 | 13:23
ABŞ səfirliyindən təyyarə qəzası ilə bağlı paylaşım - kömək etməyə hazırıq...

25.12.2024 | 13:20
Sərnişin təyyarəsinin qəzaya uğraması faktı ilə bağlı cinayət işi başlandı

25.12.2024 | 13:17
Tokayev tapşırıq verdi - Qazaxıstanda təyyarə qəzası ilə bağlı komissiya yaradıldı

25.12.2024 | 13:15
Prezident İlham Əliyev Vladimir Putinə zəng edib

25.12.2024 | 13:06
AZAL-dan təyyarə qəzası ilə bağlı yeni açıqlama - 62 sərnişin...

25.12.2024 | 13:02
AZAL-ın Bakı-Qroznı reysində olan sərnişinlərin siyahısı açıqlandı

25.12.2024 | 12:55
Prezidentin tapşırığına uyğun olaraq, təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradıldı

25.12.2024 | 12:52
Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzası ilə bağlı Bakıya geri döndü

25.12.2024 | 12:48
Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verdi - FOTO

25.12.2024 | 12:44
Aktauda təyyarə qəzasında 25 nəfərin sağ qaldığı açıqlandı

25.12.2024 | 12:31
Prezidentin tapşırığı ilə dövlət orqanlarının nümayəndələri Qazaxıstana yola düşüblər

25.12.2024 | 12:22
Qəzaya uğrayan təyyarədə 37 Azərbaycan vətəndaşı olub...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031