KÖHNƏ VERSİYA            

“DQ” üzrə beynəlxalq sülh konfransı çağırılır - bu da “bitərəf İsveçrənin” nadürüstlüyü...

Image

Faiq Ələkbərli: “İsveçrə parlamentinin ölkə hökumətini belə bir konfrans təşkil etməyə çağırması yolverilməzdir və bu həmin ölkənin antiazərbaycan mövqeyinin göstəricisidir”

Bir sıra Avropa dövlətləri açıq-aşkar şəkildə Azərbaycana qarşı düşmənçilik siyasəti yürüdürlər. Azərbaycanın öz ərazilərini Ermənistanın işğalından azad edib öz torpaqlarında suverenliyini bərpa etməsi Qərb dövlətlərini narahat edir, onlar Azərbaycanın ərazi bütövlüyünü təmin etməsini heç cür həzm edə bilmirlər. 

İşğalçı Ermənistana, erməni separatçılarına daim dəstək olan bu dövlətlərdən bundan artığını gözləmək yersiz olardı. Amma bir halda ki, onlar özlərini “demokratik” dövlətlər kimi qələmə verirlər, dövlətlərin ərazi bütövlüyü məsələsinə qahmar çıxdıqlarını bəyan edirlərsə, onda Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi faktını qəbul etməli və süni şəkildə “Dağlıq Qarabağ problemini” gündəmə gətirməyə çalışmamalı idilər. “Dağlıq Qarabağ” adlı problemin tarixə gömüldüyünü qəbul etmək istəməyən məlum Avropa dövlətləri o problemi yenidən diriltməyə çalışırlar. Belə olmasaydı, dünyaya “demokratiya” dərsi keçməkdə iddialı olan İsveçrə antiazərbaycan mövqeyi sərgiləməzdi.  

Erməni mediası yazır ki, İsveçrə parlamenti ölkə hökumətini “Dağlıq Qarabağla” bağlı beynəlxalq sülh konfransı təşkil etməyə çağırıb. 

Bildirilənə görə, İsveçrə Federal Assambleyasının (parlamentin aşağı palatası) Xarici Əlaqələr Komitəsi müvafiq “qətnamə” qəbul edib və bu “qətnamə” parlamentin yuxarı palatasında müzakirəyə çıxarılacaq.

Bunların keçirmək istədiyi konfransın məqsədi də çox absurddur. Deyirlər ki,  məqsədləri beynəlxalq aktorların nəzarəti və ya iştirakı ilə erməni əhalisinin təhlükəsiz və kollektiv şəkildə qayıtması ilə bağlı Azərbaycan nümayəndələri ilə “Dağlıq Qarabağ erməniləri” arasında dialoqu təşviq etməkdir. 

Əsl işğalçının - Ermənistanın adını çəkməyən İsveçrə qərəzli mövqe tutaraq Azərbaycanı Qarabağı “işğal etməkdə” ittiham edib, 1915-ci ildə guya baş verən “erməni soyqırımı” Qarabağda da “təkrarlanıb”, ermənilər “etnik təmizləməyə məruz qalıb”. 

İsveçrə parlamentinin gözünü Azərbaycan düşmənçiliyi elə tutub ki, gerçəyi görmək istəmir. İsveçrə parlamentinin deputatları etiraf etmək istəmirlər ki,  Azərbaycan ermənilərə qarşı heç bir etnik təmizləmə siyasəti aparmayıb, heç bir erməni deportasiya edilməyib, əksinə, Ermənistan azərbaycanlıları Qərbi Azərbaycandan, öz tarixi yurdlarından deportasiya edib, etnik təmizləməyə məruz qoyub, işğal dövründə 1 milyona yaxın vətəndaşımızı məcburi köçkün, qaçqın vəziyyətinə salıb. Bu Avropa dövləti bu qədər faktı görməzdən gəlir, ermənilərin davasını döyür.  

İsveçrə parlamentinin qəbul etdiyi kağız parçasında iddia olunur ki, guya 2023-cü il noyabrın 17-də Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın “Dağlıq Qarabağın erməni əhalisinin” “təhlükəsiz, maneəsiz və tez qayıtmasını” təmin etməyə  borclu olduğu barədə “qərar” çıxarıb. Onlar 2024-cü il martın 12-də Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qərəzli qətnaməni də vurğulayıblar. Təbii ki, bunlar hamısı absurddur və onların irəli sürdükləri məsələlər beynəlxalq hüquq prinsiplərinə ziddir. Bir ovuc erməninin Qarabağa qayıtmasını canfəşanlıqla müdafiə edən İsveçrə də, onun kimi dövlətlər də unutmamalıdır ki, Qarabağdan erməniləri Azərbaycan dövləti çıxarmayıb, onlar könüllü şəkildə bizim torpaqları tərk ediblər. İsveçrə parlamenti belə ədalətlidirsə, iddia etdiyi kimi tərəfsizdirsə, onda nə üçün Qərbi azərbaycanlıların indiki Ermənistan ərazisinə təhlükəsiz və ləyaqətli şəkildə qaytarılması barədə qərar qəbul etmir? Niyə Ermənistanın qarşısına belə bir tələb qoymur? Qoymaz da, çünki onun dərdi başqadır, bölgənin yenidən qarşıdurma meydanına çevrilməsinə və Ermənistanın Azərbaycana yenidən hücum etməsinə nail olmaqdır...

“Azərbaycana düşmən mövqeyi sərgiləyir”

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, siyasi şərhçi Faiq Ələkbərli hesab edir ki, İsveçrə parlamentinin ölkə hökumətini “Dağlıq Qarabağla” bağlı beynəlxalq sülh konfransı təşkil etməyə çağırması absurddur. “Əlbəttə, artıq öz həllini tapmış “Dağlıq Qarabağ” məsələsinə yenidən qayıtmaq və bunu aktullaşdırmaq qəbuledilməzdir. “Dağlıq Qarabağ” deyilən bir termin yoxdur, bu, gündəlikdən çoxdan çıxıb. 

İsveçrə parlamenti belə lazımsız çağırış edirsə, bu onların qərəzliliyindən irəli gəlir. Ümumiyyətlə, istənilən dövlətin parlamenti bu cür əsassız təkliflər irəli sürürsə, o birmənalı olaraq Azərbaycana düşmən mövqeyi sərgiləyir. Bu kimi qərəzli fikirləri ortaya qoyan İsveçrənin, Fransanın və başqa dövlətlərin niyyəti bəllidir. Belə dövlətlər heç zaman bitərəf ola bilməzlər. Onların bitərəfliyinə və insan hüquq və azadlıqları məsələsində mövqelərinə şübhə ilə yanaşmaq lazımdır. İsveçrə parlamentinin bu qərəzli davranışı da sübut edir ki, bu ölkə heç zaman bitərəf mövqe tutmayıb, indi də bu cür siyasət yürüdür”. 

F.Ələkbərli bildirdi ki, bir əsrdən çoxdur İsveçrə özünü  tərəfsiz dövlət kimi qələmə verməyə çalışsa da, onun yürütdüyü siyasət bunun tamamilə əksinədir. “İsveçrə parlamentinin ölkə hökumətini belə bir konfrans təşkil etməyə çağırması yolverilməzdir və bu həmin ölkənin antiazərbaycan mövqeyinin göstəricisidir. Bu ölkə yalnız Azərbaycana deyil, digər türk və müsəlman dövlətlərə qarşı da qərəzli münasibətilə tanınır. 

Qarabağ Azərbaycan dövlətinin beynəlxalq hüquq çərçivəsində tanınan ərazisidir və biz öz torpağımızı, ərazimizi işğaldan azad etmişik, orada suverenliyimizi bərpa etmişik. Bu bizim beynəlxalq hüquqla tanınan hüquqmuzdur. Ermənilərin Qarabağa, Azərbaycan torpaqlarına qayıtmasına gəlincə, bu, dövlətimizin daxili işidir. İsveçrə bitərəf dövlət kimi özünü  sübut etmək istəyirsə niyə tərəf tutur, ermənilərin məsələsini qaldırırsa, onda Qərbi azərbaycanlıların geri qayıdış hüququnu niyə unudur?”

F.Ələkbərli bildirdi ki, İsveçrə parlamentinin bu çağırışına rəsmi Bakı mövqe bildirəcək, İsveçrə hölumətinə və parlamentinə lazımı tutarlı cavabı verəcək, bu cavab mütləq verilməlidir də. “İsveçrə parlamentinin də, bəzi Qərb dövlətlərinin parlamentlərinin də belə davranışları o ölkələrin əsl simasını və niyyətlərini ifşa edir. Görürük ki, təkcə Fransa deyil, bu cür qərəzli yol tutan ölkələr arasında İsveçrə də, başqa dövlətlər də var. Hesab edirəm ki, rəsmi Bakı İsveçrə parlamentinə layiqli cavabı verəcək və məsələyə aydınlıq gətirəcək”-deyə F.Ələkbərli vurğuladı. 

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Azərbaycanın Suriya quruculuğunda iştirakına start verildi...

Polisin bu addımı da kütləvi şəkildə dəstəkləndi...

Nazirliklərin "hesabat verməsi" ləğv edildi - yeni qayda necə olacaq?

SON XƏBƏRLƏR

26.12.2024 | 01:13
Yeni Suriya hökumətinin İrana xəbərdarlığından 24 saat sonra ölkə qarışdı – Əsəd tərəfdarları silahlı üsyan qaldırdı...

26.12.2024 | 00:10
Bu gün Azərbaycanda matəm günüdür

25.12.2024 | 23:17
Təyyarə qəzasında həyatını itirənlərin cənazələri yaxın zamanda Azərbaycana gətiriləcək

25.12.2024 | 22:35
Ərdoğan Prezident İlham Əliyevə başsağlığı verdi

25.12.2024 | 22:30
Azərbaycan çempionatı bir günlük təxirə salındı

25.12.2024 | 22:28
Mədəniyyət Nazirliyinin teatr-konsert müəssisələrində bütün mədəni-kütləvi tədbirlər təxirə salınıb

25.12.2024 | 22:26
ABL-ın basketbol görüşü təxirə düşdü

25.12.2024 | 22:22
Matəmə görə güləş üzrə Azərbaycan çempionatı 1 günlük təxirə salındı

25.12.2024 | 22:10
"Təyyarənin qəzaya uğramasının səbəbi barədə danışmaq hələ tezdir" - Qazaxıstan Baş nazirin müavini

25.12.2024 | 21:32
Dünya liderləri təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı veriblər - YENİLƏNDİ

25.12.2024 | 21:30
Aktauda qəzaya uğramış təyyarənin “qara qutu”su tapıldı

25.12.2024 | 21:23
"Yaralıların yaxın qohumlarından DNT analizi götürülür" - Baş Prokurorluq

25.12.2024 | 21:14
Azərbaycanın Suriya quruculuğunda iştirakına start verildi...

25.12.2024 | 20:58
Paşinyan yeni seçki kampaniyasına başladı - ilk hədəf sabiq prezidentlərdir...

25.12.2024 | 20:43
Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir...

25.12.2024 | 20:28
SOCAR-ı özəl şirkətlərdən asılı salan kim və nələrdir?..

25.12.2024 | 20:15
Kazan, Minsk, Gəncə - gələn ildən başlanır...

25.12.2024 | 20:01
Fransanın kəşfiyyat şeflərindən biri Bakı haqqında pis danışdı...

25.12.2024 | 19:57
İrakli Kobaxidze Prezident İlham Əliyevə başsağlığı verdi

25.12.2024 | 19:56
Məsud Pezeşkian Prezident İlham Əliyevə başsağlığı verdi

25.12.2024 | 19:56
Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmış dövlət komissiyasının iclası keçirildi - FOTO

25.12.2024 | 19:53
Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyevə başsağlığı ünvanlayıb

25.12.2024 | 19:51
Emoməli Rəhmon Prezident İlham Əliyevə başsağlığı ünvanlayıb

25.12.2024 | 19:50
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevə başsağlığı verib

25.12.2024 | 19:49
Türkiyə memarlığının ŞAH ƏSƏRLƏRİ

25.12.2024 | 19:46
Zurabişvili hökuməti çevrilişlə hədələdi - Hakim partiya ona "psixi xəstə" dedi...

25.12.2024 | 19:38
Təyyarə qəzasında 38 nəfər ölüb, 29 nəfər yaralanıb...

25.12.2024 | 19:33
Hansı müəllimlər güzəştli kartlar ala biləcək?...

25.12.2024 | 19:18
Makron Fransanı "dinozavr iyinə bürüdü" - 5-ci respublika dağılır...

25.12.2024 | 19:04
Uşaq hüquqları ilə bağlı yeni norma - Nazirlər Kabinetinə vaxt verildi...

25.12.2024 | 18:50
Sellofan torba kampaniyasında udan supermarketlər oldu - bəzi nazirliklər isə lobbiçilik etdi...

25.12.2024 | 18:36
Azad rayonlarda idman obyektlərinə qarşı çıxanlar var...

25.12.2024 | 18:22
İranın gizli şəkildə "Suriyaya qayıtmaq planı" - yeni islam birliyi?..

25.12.2024 | 18:08
Polisin bu addımı da kütləvi şəkildə dəstəkləndi...

25.12.2024 | 17:55
Nazirliklərin "hesabat verməsi" ləğv edildi - yeni qayda necə olacaq?

25.12.2024 | 17:41
Faşizm üzərində qələbə vaxtı Şimali Koreya var idi? - Moskvanın 80 illik qərarına ciddi iradlar var...

25.12.2024 | 17:35
Mətbuat Şurasından təyyarə qəzası ilə bağlı media orqanlarına çağırış …

25.12.2024 | 17:30
Rusiya diplomatlarını təyyarə qəzası ilə bağlı Aktauya göndərdi

25.12.2024 | 17:28
“Biz bütün bunları Azərbaycanda heç vaxt görməyəcəyik”...

25.12.2024 | 17:15
Xarici dezinformasiyalarla mübarizədə süni zəkadan geniş istifadə başlayıb

25.12.2024 | 17:03
Yeni Suriya rəhbərliyi beynəlxalq məhkəmələrdə İrana qarşı iddia qaldırmağa hazırlaşır - 300 milyard dollar təzminat istəyirlər...

25.12.2024 | 16:54
"Azərbaycan Hava Yollarının təyyarəsinin dəhşətli qəzası məni çox kədərləndirdi" - İsrail Prezidenti

25.12.2024 | 16:26
Prezident İlham Əliyev təyyarə qəzasının səbəbləri barədə: "Məsələ tam araşdırılmalıdır"

25.12.2024 | 16:23
Rusiya Müdafiə Nazirliyindən şok iddia – ABŞ Afrikanı bioloji müharibə meydanına çevirir...

25.12.2024 | 16:21
"Komissiya qəzanın səbəblərini və bütün təfərrüatlarını araşdırıb həm mənə, həm də Azərbaycan ictimaiyyətinə məlumat verməlidir" - Prezident

25.12.2024 | 16:10
İran Azərbaycana başsağlığı verdi

25.12.2024 | 16:05
Zelenski ilə Slovakiya baş naziri arasında “söz atışması” – Kiyev bizə dondurulmuş Rusiya aktivlərindən 500 milyon təklif etdi...

25.12.2024 | 15:51
Ərdoğan Prezident İlham Əliyevə zəng edib

25.12.2024 | 15:51
Təyyarə qəzası ilə bağlı yaradılan dövlət komissiyasının üzvləri hadisə yerində...

25.12.2024 | 15:33
Dekabrın 26-da Azərbaycanda matəm elan edildi

25.12.2024 | 15:30
Putin AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı başsağlığı verib

25.12.2024 | 15:23
"AZAL-a məxsus təyyarinin qəzaya uğraması ilə bağlı dərin kədər hissi keçiririk" - Moldova Prezidenti

25.12.2024 | 15:18
Sahibə Qafarova təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verdi

25.12.2024 | 15:10
Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradıldı - Prezident sərəncam imzaladı

25.12.2024 | 14:53
XİN AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı məlumat yaydı

25.12.2024 | 14:46
32 nəfər təyyarə qəzasından sağ çıxıb - Baş Prokurorluq açıqladı...

25.12.2024 | 14:43
Azərbaycan Prezidenti Rusiya səfərindən yarımçıq qayıtdı - təyyarə limanında operativ müşavirə, tapşırıqlar verildi...

25.12.2024 | 14:36
Bakıdan Aktauya xüsusi həkim heyəti və lazımi tibbi avadanlıqlar göndərildi

25.12.2024 | 14:30
Ərdoğan təyyarə qəzası ilə bağlı başsağlığı verdi

25.12.2024 | 14:23
Prezident İlham Əliyevin olduğu təyyarə Heydər Əliyev Beynəlxalq hava limanına eniş etdi

25.12.2024 | 14:23
"AZAL-ın təyyarəsinin qəza enişi etməsi ilə əlaqədar cinayət işi açılıb" - Baş Prokurorluq

25.12.2024 | 14:06
MEDİA Agentliyi təyyarə qəzası ilə bağlı jurnalistlərə çağırış etdi

25.12.2024 | 13:59
Bakıda narkotik satışı təşkil edən ata və iki övladı saxlandı - FOTO

25.12.2024 | 13:43
Qazaxıstan da təyyarə qəzası ilə bağlı araşdırmalara başladı

25.12.2024 | 13:42
Paşinyan onları debata çağırdı, onlar da Paşinyanın bəyanatlarını "dəlilik" adlandırıb rədd cavabı verdilər...

25.12.2024 | 13:36
"Azərbaycanlı və qazax qardaşlarımıza hər cür dəstəyi verməyə hazırıq" - Türkiyə XİN

25.12.2024 | 13:35
Dekabrın 11- də Yerevandan Bakıya uçmuş təyyarədə nə olub?- həm də bu ilk deyilmiş....

25.12.2024 | 13:33
"Təyyarə qəzası ilə bağlı hər cür yardımı göstərməyə hazırıq" - İsrail səfiri

25.12.2024 | 13:23
ABŞ səfirliyindən təyyarə qəzası ilə bağlı paylaşım - kömək etməyə hazırıq...

25.12.2024 | 13:20
Sərnişin təyyarəsinin qəzaya uğraması faktı ilə bağlı cinayət işi başlandı

25.12.2024 | 13:17
Tokayev tapşırıq verdi - Qazaxıstanda təyyarə qəzası ilə bağlı komissiya yaradıldı

25.12.2024 | 13:15
Prezident İlham Əliyev Vladimir Putinə zəng edib

25.12.2024 | 13:06
AZAL-dan təyyarə qəzası ilə bağlı yeni açıqlama - 62 sərnişin...

25.12.2024 | 13:02
AZAL-ın Bakı-Qroznı reysində olan sərnişinlərin siyahısı açıqlandı

25.12.2024 | 12:55
Prezidentin tapşırığına uyğun olaraq, təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradıldı

25.12.2024 | 12:52
Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzası ilə bağlı Bakıya geri döndü

25.12.2024 | 12:48
Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verdi - FOTO

25.12.2024 | 12:44
Aktauda təyyarə qəzasında 25 nəfərin sağ qaldığı açıqlandı

25.12.2024 | 12:31
Prezidentin tapşırığı ilə dövlət orqanlarının nümayəndələri Qazaxıstana yola düşüblər

25.12.2024 | 12:22
Qəzaya uğrayan təyyarədə 37 Azərbaycan vətəndaşı olub...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031