KÖHNƏ VERSİYA            

Erməni və türk mədəniyyəti günləri bir-birinə qarışdı - bəzi türk dövlətlərinin sayəsində...

Image

Məhərrəm Zülfüqarlı: “Ermənistanın Qazaxıstanda keçirdiyi, Qazaxısanın isə Ermənistanda keçirəcəyi mədəniyyət günləri saxta tədbirlərdir”

Ermənistan mediası yazır ki, bu ölkədə Qazaxıstan Mədəniyyəti Günləri keçiriləcək. Bildirilir ki, Astanaya səfəri çərçivəsində Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan Qazaxıstanın mədəniyyət və informasiya naziri Aida Balaeva ilə mədəni-humanitar sahədə əməkdaşlıq memorandumu imzalayıb. 

Qeyd olunur ki, Andreasyan və Balaeva arasında Qazaxıstan Mədəniyyət və İnformasiya Nazirliyinin binasında keçirilən görüşdə əməkdaşlığın inkişafı üçün yeni imkanlar, mədəniyyət sahəsində müzakirələr aparılıb və 2025-ci ildə Ermənistanda Qazaxıstan Mədəniyyəti Günləri qarşılıqlılıq əsasında keçiriləcək. 

Hətta qeyd olunur ki, Qazaxıstanda aktiv erməni icması da fəaliyyət göstərir. 

Ermənistanda Qazaxıstan mədəniyyət günlərinin keçirilməsi barədə məlumatı birmənalı qarşılamaq olmur. Bir neçə gün əvvəl isə Qazaxıstanda Ermənistanın mədəniyyət günləri keçirildi. İndi də Qazaxıstan Ermənistanda mədəniyyət günləri keçirəcək. 

Bu nə dostluqdu? Mərkəzi Asiya ölkələrində nə baş verir ki, erməni ilə belə mədəniyyət yaxınlığı edirlər? Bu nə prinsipsizlikdi? Ermənistan Türkiyə və Azərbaycanla düşmənçilik edir, türk birliyini sarsıtmaq üçün hər cür məkrli siyasətə əl atır. Bizim bəzi türk dövlətləri isə ermənilərə belə isti yanaşırlar. Türkmənistan da Ermənistanla bəzi yaxınlıqlar sərgiləyir, hətta Türkmənistanda Sayat Novanın heykəli də qoyulub. Yadınızdadırsa,  türkmən şairi  Məhtimqulunun 300 illiyi münasibətilə İrəvanda sərgi də açıldı, bu azmış kimi, dahi türkmən şairi və mütəfəkkiri Məhtimqulu Fəraqinin anadan olmasının 300 illiyi münasibətilə Türkmənistanın paytaxtı Aşqabadda keçirilən foruma Ermənistan prezidenti də dəvət edilmişdi. 

İndi də Qazaxıstan Ermənistanla mədəniyyət sahəsində memorandum imzalayır, qarşılıqlı tədbirlər keçirirlər. 

Bəzi mərkəzi Asiya respublikaları niyə türk birliyini zədələməyə yönələn addım atır?

Bəzi ekspertlərə görə, Ermənistanla bəzi türk dövlətləri arasında bu şəkildə əlaqələrin qurulması Qərbin, xüsusən də ABŞ-ın təsiri ilə baş verir. Yəni bu ölkələr Ermənistanın bu dövlətlərlə yaxınlaşmasına qarşı tərəfi hansısa yollarla məcbur edir? 

“Ermənilərin türk xalqlarına, qazax xalqına böyük nifrəti var, onu gizlətmirlər də”

Siyasi şərhçi, professor Məhərrəm Zülfüqarlı “Bakı-Xəbər”ə bildirdi ki, bu olduqca aktual və narahatedici məsələdir: “Demək olar ki, mədəniyyət günlərinin keçirilməsi məsələsi Sovet dövründən qalma bir ənənədir. Bunu Sovetdənqalma  saxta “xalqlar dostluğu ənənəsi” adlandırmaq olar. Rus imperiyasının yerində yaranmış Sovet imperiyası ruslaşma siyasəti yeritdiyi dövrdə saxta “xalqlar dostluğu”, beynəlmiləlçilik məsələsini ortaya atmışdı. Nəticədə keçən əsrin 70-ci illərində “xalqlar dostluğu” ideyası adı altında “Sovet xalqını” yetişdirməyə çalışırdı. Sovet dövründə yaşamış insanlar bilir ki, tez-tez belə tədbirlər olurdu. Lakin sonradan SSRİ dağıldıqdan, dövlətlərin müstəqilliyi bərpa olunduqdan sonra Rusiya öz imperiya ambisiyalarından əl çəkmədi, Müstəqil Dövlətlər Birliyi (MDB) adı altında əvvəlki SSRİ-ni bərpa etməyə başladı. Rusiya təsirindən çıxmaq istəyən MDB çərçivəsində GUAM qrupu yarandı. Amma Orta Asiya ölkələri elə əvvəlki qaydada qaldı. Bu baxımdan deyə bilərik ki, indiki MDB ölkələri, xüsusilə də Orta Asiya respublikaları keçid dövrünü yaşayırlar. Yəni Rusiyanın təsir dairəsindən çıxıb tam şəkildə türk birliyinə daxil olma mərhələsindədirlər. Ona görə də, bizdə belə bir fikirlər yaranır ki, türk birliyi ilə əlaqədar bu qədər tədbirlər keçirilir, amma birdən-birə Ermənistanla mövcud olan bu əlaqələr nədir? Amma yadda saxlamaq lazımdır ki, türk birliyi ilə bağlı keçirilən tədbirlərlə yanaşı Rusiya rəhbərliyi ilə MDB daxilində də tədbirlər keçirilir, Orta Asiya respublikaları da orda əsas dövlətlər kimi iştirak edirlər. Baxmayaraq ki, Gürcüstan, Ukrayna, Ermənistan artıq orda tamamilə başqa istiqamət götürüblər, Ukrayna iştirak etmir, Ermənistan iştirak etsə də Qərbə meyllidir. Gürcüstan isə 26 oktyabrdan sonra bilinəcək ki, hansı tərəfə meyllənəcək. Orta Asiya respublikaları Rusiyanın təsir dairəsindən tam çıxmadığına görə MDB daxilində belə süni tədbirlər planlaşdırılır.

Əlbəttə, ermənilərin türk xalqlarına, qazax xalqına böyük nifrəti var, onu gizlətmirlər də. Ermənistan  bununla guya həm MDB  daxilindəki prosesləri həyata keçirir, həm də dünyaya özünü “xalqlar dostluğuna” çalışan bir dövlət, xalq kimi göstərməyə çalışır. Bu mədəniyyət günləri süni tədbirlər sırasındadır”. 

M.Zülfüqarlı hesab edir ki, Ermənistan xaricdəki havadarlarının diqtəsi ilə özünü başqa xalqlara “dost” kimi qələmə vermək istəyir, amma onun türk xalqına böyük nifrəti özünü hər an büruzə verir. “Özlərini belə təqdim etməyə çalışsalar da, amma bu alınmır. Xalqlar dostluğu ənənələrini davam etdirmək istəyən bir dövlət bunu ilk olaraq öz qonşularına münasibətdə göstərməli idi. Uzun illər Azərbaycanın torpaqlarını işğal altında saxladı, indi də antisülh mövqeyi göstərir, pozuculuq edir, vəziyyətin düzəlməsini istəmir, Türkiyə ilə düşmənçiliyini davam etdirir. Gürcüstanın Cavaxetiya bölgəsinə ərazi iddiası irəli sürür və bununla da Gürcüstan-Ermənistan münasibətlərinə xələl gətir. Ermənistanın bu məkrli niyyətlərini, qonşularına əsassız ərazi iddiaları sürdüyünü dünya dövlətlərinin əksəriyyəti bilir. “Dünya ölkələri də bilir ki, belə tədbirlər Ermənistanın imitasiyasıdır. Qatı millətçi siyasətini gizlətmək üçün belə imitasiyalar edir. Bunun elə bir güclü təsiri olmayacaq. Qazax xalqı da ermənilərin kim olduğunu bilir. Qazaxısan, keçid dövrünü yaşamasına baxmayaraq, Füzulidə, Qarabağda məktəb tikdi, mədəniyyət mərkəzi açdı və bu proses davam edəcək. Azad ərazilərin bərpası prosesində Özbəkistan da yaxından iştirak edir. Orta Asiya respublikalarının Qarabağda məktəb, müxtəlif mərkəzlər, obyektlər tikməsi onu göstərir ki, artıq MDB daxilində olan proses get-gedə tarixin arxivinə düşəcək”.

O bildirdi ki, artıq Türkiyədə dərsliklərə dəyişiklik edilib, Orta Asiya termini Türküstanla əvəzlənib, bu da türk birliyi istiqamətində keçirilən tədbirlərin nəticəsidir. Professor hesab edir ki, bu proses yüksələn xətt üzrə gedir, amma MDB tarixin arxivinə getmək mərhələsindədir. “Bu, Ukrayna və Rusiya müharibəsindən, eləcə də Gürcüstanda keçiriləcək 26 oktyabr parlament seçkilərindən, Ermənistandakı Paşinyan hakimiyyətindən asılıdır.   

Hətta Rusiya burda bir irəliləyiş əldə etsə də, bu həmin prosesin qarşısını müvəqqəti ala bilər. Amma dediyim kimi, süni təşkilat olan MDB dağılıb parçalanacaq, Rusiya impersiyası özü də parçalanmağa məhkumdur. Bunu impersiyaların tarixi göstərir. Dediyimiz kimi, gələcək türk birliyindədir. Ona görə də, Türküstan ölkələri daha çox türk birliyinə meyl edir, nəinki Rusiyanın yaratdığı o süni, qarşıdurmalarla dolu bir quruma. Siz fikir verin, Azərbaycan və Ermənistan bu birlik daxilində olsalar da, indiyə qədər müharibə vəziyyətindədir. Rusiya ən yaxın slavyan dövləti olan Ukrayna ilə uzun müddətdir dağıdıcı müharibə aparır. Belə qurumun yaşaması mümkün deyil. Qısaca desək, Ermənistanın Qazaxıstanda keçirdiyi, Qazaxısanın isə Ermənistanda keçirəcəyi mədəniyyət günləri saxta tədbirlərdir. Ermənistanın Qazaxıstana münasibətində heç bir səmimiyyət, dostluq məqsədi yoxdur. 

Yaxın gələcəkdə proses tamamilə əksinə gedəcək və həmin süni şəkildə keçirilən tədbirlərə ehtiyac olmayacaq, türk birliyi inkişaf edəcək, Türk Dövlətləri Təşkilatına üzv olan dövlətlər arasında mədəni, siyasi-iqtisadi əlaqələr daha da güclənəcək”-deyə M.Zülfüqarlı qeyd etdi.

M.Zülfüqarlı əlavə etdi ki, Ermənistanla Qazaxıstan arasında mövcud olan əlaqələr heç zaman səmimi ola bilməz. 

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Azərbaycanın Suriya quruculuğunda iştirakına start verildi...

Polisin bu addımı da kütləvi şəkildə dəstəkləndi...

Nazirliklərin "hesabat verməsi" ləğv edildi - yeni qayda necə olacaq?

SON XƏBƏRLƏR

26.12.2024 | 01:13
Yeni Suriya hökumətinin İrana xəbərdarlığından 24 saat sonra ölkə qarışdı – Əsəd tərəfdarları silahlı üsyan qaldırdı...

26.12.2024 | 00:10
Bu gün Azərbaycanda matəm günüdür

25.12.2024 | 23:17
Təyyarə qəzasında həyatını itirənlərin cənazələri yaxın zamanda Azərbaycana gətiriləcək

25.12.2024 | 22:35
Ərdoğan Prezident İlham Əliyevə başsağlığı verdi

25.12.2024 | 22:30
Azərbaycan çempionatı bir günlük təxirə salındı

25.12.2024 | 22:28
Mədəniyyət Nazirliyinin teatr-konsert müəssisələrində bütün mədəni-kütləvi tədbirlər təxirə salınıb

25.12.2024 | 22:26
ABL-ın basketbol görüşü təxirə düşdü

25.12.2024 | 22:22
Matəmə görə güləş üzrə Azərbaycan çempionatı 1 günlük təxirə salındı

25.12.2024 | 22:10
"Təyyarənin qəzaya uğramasının səbəbi barədə danışmaq hələ tezdir" - Qazaxıstan Baş nazirin müavini

25.12.2024 | 21:32
Dünya liderləri təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı veriblər - YENİLƏNDİ

25.12.2024 | 21:30
Aktauda qəzaya uğramış təyyarənin “qara qutu”su tapıldı

25.12.2024 | 21:23
"Yaralıların yaxın qohumlarından DNT analizi götürülür" - Baş Prokurorluq

25.12.2024 | 21:14
Azərbaycanın Suriya quruculuğunda iştirakına start verildi...

25.12.2024 | 20:58
Paşinyan yeni seçki kampaniyasına başladı - ilk hədəf sabiq prezidentlərdir...

25.12.2024 | 20:43
Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir...

25.12.2024 | 20:28
SOCAR-ı özəl şirkətlərdən asılı salan kim və nələrdir?..

25.12.2024 | 20:15
Kazan, Minsk, Gəncə - gələn ildən başlanır...

25.12.2024 | 20:01
Fransanın kəşfiyyat şeflərindən biri Bakı haqqında pis danışdı...

25.12.2024 | 19:57
İrakli Kobaxidze Prezident İlham Əliyevə başsağlığı verdi

25.12.2024 | 19:56
Məsud Pezeşkian Prezident İlham Əliyevə başsağlığı verdi

25.12.2024 | 19:56
Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmış dövlət komissiyasının iclası keçirildi - FOTO

25.12.2024 | 19:53
Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyevə başsağlığı ünvanlayıb

25.12.2024 | 19:51
Emoməli Rəhmon Prezident İlham Əliyevə başsağlığı ünvanlayıb

25.12.2024 | 19:50
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevə başsağlığı verib

25.12.2024 | 19:49
Türkiyə memarlığının ŞAH ƏSƏRLƏRİ

25.12.2024 | 19:46
Zurabişvili hökuməti çevrilişlə hədələdi - Hakim partiya ona "psixi xəstə" dedi...

25.12.2024 | 19:38
Təyyarə qəzasında 38 nəfər ölüb, 29 nəfər yaralanıb...

25.12.2024 | 19:33
Hansı müəllimlər güzəştli kartlar ala biləcək?...

25.12.2024 | 19:18
Makron Fransanı "dinozavr iyinə bürüdü" - 5-ci respublika dağılır...

25.12.2024 | 19:04
Uşaq hüquqları ilə bağlı yeni norma - Nazirlər Kabinetinə vaxt verildi...

25.12.2024 | 18:50
Sellofan torba kampaniyasında udan supermarketlər oldu - bəzi nazirliklər isə lobbiçilik etdi...

25.12.2024 | 18:36
Azad rayonlarda idman obyektlərinə qarşı çıxanlar var...

25.12.2024 | 18:22
İranın gizli şəkildə "Suriyaya qayıtmaq planı" - yeni islam birliyi?..

25.12.2024 | 18:08
Polisin bu addımı da kütləvi şəkildə dəstəkləndi...

25.12.2024 | 17:55
Nazirliklərin "hesabat verməsi" ləğv edildi - yeni qayda necə olacaq?

25.12.2024 | 17:41
Faşizm üzərində qələbə vaxtı Şimali Koreya var idi? - Moskvanın 80 illik qərarına ciddi iradlar var...

25.12.2024 | 17:35
Mətbuat Şurasından təyyarə qəzası ilə bağlı media orqanlarına çağırış …

25.12.2024 | 17:30
Rusiya diplomatlarını təyyarə qəzası ilə bağlı Aktauya göndərdi

25.12.2024 | 17:28
“Biz bütün bunları Azərbaycanda heç vaxt görməyəcəyik”...

25.12.2024 | 17:15
Xarici dezinformasiyalarla mübarizədə süni zəkadan geniş istifadə başlayıb

25.12.2024 | 17:03
Yeni Suriya rəhbərliyi beynəlxalq məhkəmələrdə İrana qarşı iddia qaldırmağa hazırlaşır - 300 milyard dollar təzminat istəyirlər...

25.12.2024 | 16:54
"Azərbaycan Hava Yollarının təyyarəsinin dəhşətli qəzası məni çox kədərləndirdi" - İsrail Prezidenti

25.12.2024 | 16:26
Prezident İlham Əliyev təyyarə qəzasının səbəbləri barədə: "Məsələ tam araşdırılmalıdır"

25.12.2024 | 16:23
Rusiya Müdafiə Nazirliyindən şok iddia – ABŞ Afrikanı bioloji müharibə meydanına çevirir...

25.12.2024 | 16:21
"Komissiya qəzanın səbəblərini və bütün təfərrüatlarını araşdırıb həm mənə, həm də Azərbaycan ictimaiyyətinə məlumat verməlidir" - Prezident

25.12.2024 | 16:10
İran Azərbaycana başsağlığı verdi

25.12.2024 | 16:05
Zelenski ilə Slovakiya baş naziri arasında “söz atışması” – Kiyev bizə dondurulmuş Rusiya aktivlərindən 500 milyon təklif etdi...

25.12.2024 | 15:51
Ərdoğan Prezident İlham Əliyevə zəng edib

25.12.2024 | 15:51
Təyyarə qəzası ilə bağlı yaradılan dövlət komissiyasının üzvləri hadisə yerində...

25.12.2024 | 15:33
Dekabrın 26-da Azərbaycanda matəm elan edildi

25.12.2024 | 15:30
Putin AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı başsağlığı verib

25.12.2024 | 15:23
"AZAL-a məxsus təyyarinin qəzaya uğraması ilə bağlı dərin kədər hissi keçiririk" - Moldova Prezidenti

25.12.2024 | 15:18
Sahibə Qafarova təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verdi

25.12.2024 | 15:10
Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradıldı - Prezident sərəncam imzaladı

25.12.2024 | 14:53
XİN AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı məlumat yaydı

25.12.2024 | 14:46
32 nəfər təyyarə qəzasından sağ çıxıb - Baş Prokurorluq açıqladı...

25.12.2024 | 14:43
Azərbaycan Prezidenti Rusiya səfərindən yarımçıq qayıtdı - təyyarə limanında operativ müşavirə, tapşırıqlar verildi...

25.12.2024 | 14:36
Bakıdan Aktauya xüsusi həkim heyəti və lazımi tibbi avadanlıqlar göndərildi

25.12.2024 | 14:30
Ərdoğan təyyarə qəzası ilə bağlı başsağlığı verdi

25.12.2024 | 14:23
Prezident İlham Əliyevin olduğu təyyarə Heydər Əliyev Beynəlxalq hava limanına eniş etdi

25.12.2024 | 14:23
"AZAL-ın təyyarəsinin qəza enişi etməsi ilə əlaqədar cinayət işi açılıb" - Baş Prokurorluq

25.12.2024 | 14:06
MEDİA Agentliyi təyyarə qəzası ilə bağlı jurnalistlərə çağırış etdi

25.12.2024 | 13:59
Bakıda narkotik satışı təşkil edən ata və iki övladı saxlandı - FOTO

25.12.2024 | 13:43
Qazaxıstan da təyyarə qəzası ilə bağlı araşdırmalara başladı

25.12.2024 | 13:42
Paşinyan onları debata çağırdı, onlar da Paşinyanın bəyanatlarını "dəlilik" adlandırıb rədd cavabı verdilər...

25.12.2024 | 13:36
"Azərbaycanlı və qazax qardaşlarımıza hər cür dəstəyi verməyə hazırıq" - Türkiyə XİN

25.12.2024 | 13:35
Dekabrın 11- də Yerevandan Bakıya uçmuş təyyarədə nə olub?- həm də bu ilk deyilmiş....

25.12.2024 | 13:33
"Təyyarə qəzası ilə bağlı hər cür yardımı göstərməyə hazırıq" - İsrail səfiri

25.12.2024 | 13:23
ABŞ səfirliyindən təyyarə qəzası ilə bağlı paylaşım - kömək etməyə hazırıq...

25.12.2024 | 13:20
Sərnişin təyyarəsinin qəzaya uğraması faktı ilə bağlı cinayət işi başlandı

25.12.2024 | 13:17
Tokayev tapşırıq verdi - Qazaxıstanda təyyarə qəzası ilə bağlı komissiya yaradıldı

25.12.2024 | 13:15
Prezident İlham Əliyev Vladimir Putinə zəng edib

25.12.2024 | 13:06
AZAL-dan təyyarə qəzası ilə bağlı yeni açıqlama - 62 sərnişin...

25.12.2024 | 13:02
AZAL-ın Bakı-Qroznı reysində olan sərnişinlərin siyahısı açıqlandı

25.12.2024 | 12:55
Prezidentin tapşırığına uyğun olaraq, təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradıldı

25.12.2024 | 12:52
Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzası ilə bağlı Bakıya geri döndü

25.12.2024 | 12:48
Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verdi - FOTO

25.12.2024 | 12:44
Aktauda təyyarə qəzasında 25 nəfərin sağ qaldığı açıqlandı

25.12.2024 | 12:31
Prezidentin tapşırığı ilə dövlət orqanlarının nümayəndələri Qazaxıstana yola düşüblər

25.12.2024 | 12:22
Qəzaya uğrayan təyyarədə 37 Azərbaycan vətəndaşı olub...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031