Bakıya külli miqdarda narkotik gətirən Siyəzən sakini Biləsuvarda yaxalandı...
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının Nərimankənd kəndi ərazisində keçirdikləri əməliyyat tədbirləri zamanı narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Siyəzən rayon sakini Sədrəddin Musayev saxlanılıb. Ona məxsus idman çantasından 5 kiloqram tiryək, 1 kiloqram metamfetamin və 1 kiloqramdan artıq heroin aşkarlanaraq götürülüb.
Araşdırma zamanı S.Musayevin aşkarlanan narkotik vasitələri xaricdə yaşayan narkotacir vasitəsilə əldə etdiyi və satışının təşkil olunmasından ötrü Bakı şəhəri ərazisində sonradan deyiləcək yerlərə çatdırmalı olduğu müəyyən edilib. Həmin şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı Biləsuvar RPŞ-də araşdırma aparılır.