AZAL qəzaya uğrayan təyyarəyə kənar müdaxilə olduğunu təsdiqlədi - Rusiyanın 10 aeroportuna uçuşlar dayandırıldı
"Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin ilkin araşdırma nəticələrinə görə, “Embraer 190” təyyarəsinin qəzası fiziki və texniki kənar müdaxilə səbəbindən baş vermiş ola bilər.
Bu barədə AZAL-ın bəzi Rusiya şəhərlərinə uçuşların dayandırılması ilə bağlı açıqlamasında bildirilib.
Bildirilib ki, bu səbəbdən araşdırmanın yekun nəticələri açıqlanana qədər Rusiyanın 10 hava limanına uçuşlar dayandırılıb.
Qeyd edək ki, dekabrın 25-i Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.
Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.
ZÜMRÜD