Aİİ sammitində Lukaşenko ilə Paşinyan arasında gərginlik - Sizi Minskə gətirə biləcək kimsə yoxdur?...
Avrasiya İqtisadi İttifaqının (Aİİ) sammitində Ermənistanın baş naziri Paşinyanla Belarus Prezidenti Lukaşenko arasında mübahisə yaranıb.
Paşinyan Covid-19-a tutulması səbəbilə görüşə onlayn şəkildə qoşulub. Rusiya televiziyası ilə canlı yayımlanan görüşdə Lukaşenko və Paşinyan mübahisə edib. Lukaşenko görüşdə çıxış edərək, Paşinyanın saqqalını kəsdiyini və cavanlaşdığını deyib. O, bildirib ki, Paşinyan belə görüşlərdə iştirak etməli və onlayn formada yox.
Paşinyan isə Ermənistan nümayəndələrinin Belarusun paytaxtı Minskdə keçiriləcək növbəti görüşə də onlayn şəkildə qatılacağını bildirib.
Lukaşenko isə cavabında "problem var? Minsk çox uzaqdır, yoxsa sizi Minskə gətirəcək kimsə yoxdur? Lazım gələrsə, sizin nümayəndə heyətinizin gəlişini biz təşkil edə bilərik" deyib.
Bu məsələ ilə bağlı əvvəllər də açıqlama verdiyini deyən Paşinyan görüşdə belə məsələlərin müzakirə olunmasının düzgün olmadığını bildirib. Lukaşenko isə Paşinyanın bu açıqlamasını dəyərləndirəcəklərini deyib.
TAHİR