Vuçiç “Şimal axını” qaz kəmərinin bir ildən sonra işə salınacağını proqnozlaşdırır
Serbiya Prezidenti Aleksandar Vuçiç “Şimal axını” qaz kəmərinin bir ildən sonra işə salınacağını proqnozlaşdırıb.
“Bir ildən gec olmayaraq “Şimal axını” amerikalı investorlara məxsus olacaq və qaz Rusiyadan Avropaya boru kəməri ilə axacaq”, - deyə Serbiya Prezidenti bildirib.
Qeyd edək ki, 2022-ci il sentyabrın 26-da Rusiyadan Avropaya qaz nəql edən “Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərində partlayışlar qeydə alınıb. Almaniya, Danimarka və İsveç hadisənin təxribat nəticəsində baş verdiyini istisna etməyiblər. Kəmərlərin operatoru olan “Nord Stream AG” kompaniyası təmir vaxtını təxmin etməyin mümkün olmadığını deyib.
Moskvada faktla bağlı cinayət işinə başlanılıb. Rusiya Prezidentin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, “Şimal axını” qaz kəmərlərində baş verən partlayışlarla bağlı dəfələrlə məlumat tələb etsələr də, heç bir informasiya ilə təmin olunmayıblar.
ZÜMRÜD