"Embraer" nümayəndələri təyyarə qəzasını araşdırmaq üçün Aktauya gəliblər...
Braziliyadan Aktau şəhərinə “Embraer” təyyarəsinin zavod-istehsalçısının təyin edilmiş nümayəndələri gəliblər.
Qazaxıstan Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, istintaq komissiyası aviasiya hadisəsi yerində növbəti işləri müəyyənləşdirib.
Yaxın günlərdə CENIPA-nın nümayəndələrinin (Aviasiya Hadisələrinin Araşdırılması və Qarşısının Alınması Mərkəzi, Braziliya) gəlişi də gözlənilir.