Xaricilərə "fəxri Qərbi azərbaycanlı" statusu - güclü gediş...
Hikmət Babaoğlu: “Beynəlxalq konfranslarda müxtəlif ölkələrin mötəbər nümayəndələri iştirak edir”
Məlum olduğu kimi, Bakıda Qərbi Azərbaycan İcmasının “Qayıdış hüququ – Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfransının açılışı olub. Konfransda Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Qərbi Azərbaycan həqiqətlərinin təbliği sahəsində fərqlənən bir qrup şəxs təltif edilib.
Qərbi Azərbaycan İcmasının Fəxri üzvlük sertifikatları təqdim edilib. Qeyd edək ki, sertifikatlar 10 ölkəni təmsil edən 16 nəfərə verilib.
Qeyd etdiyimiz kimi, konfranda fəxri üzvlərə sertifikat verilib.
“Qərbi Azərbaycan İcmasının fəxri üzvü sertifikatının verilməsi mühum hadisədir, xarici ekspertlərin fəaliyyətinin motivasiya olması və haqlı davamızda bizimlə birlikdə hərəkət etməsi olduqca vacib idi”
Millət vəkili, professor, Qərbi Azərbaycan İcmasının (QAİ) sədr müavini Hikmət Babaoğlu “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Qərbi Azərbaycana qayıdış Azərbaycan xalqının milli vəzifəsi kimi müəyyənləşdirilib. Keçirilən beynəlxalq konfranslar, Qərbi Azərbaycanla bağlı həqiqətlərin dünyaya çatdırılması bu məqsədə xidmət edir: “Ermənistan adlandırılan Qərbi Azərbaycan Azərbaycan xalqının tarixi, etno-mədəni, siyasi coğrafiyasıdır. Bu proses həm də beynəlxalq səylər tələb edir: “Beynəlxalq konfranslarda müxtəlif ölkələrin mötəbər nümayəndələri iştirak edir. Onlar qeyri azərbaycanlı idi və öz ölkələrində beynəlxalq ictimaiyyət tərəfindən insan hüquqlarını qoruyan ekspertlər kimi tanınır. Şühbəsiz ki, bu cür ekspertlər, şəxslər məsələni sadəcə Qərbi azərbaycanlıların öz tarixi torpağına geri qayıtması kimi nəzərdən keçirtmir. Onlar məsələni daha qlobal kontekstdə qoyur və beynəlxalq hüququn pozulması kimi yanaşırlar. Dünyada mövcud olan 125 milyon qaçqının beynəlxalq hüququn təminatından kənarda qalması önə çəkilir. 300 mindən çox azərbaycanlının bu hüquqdan məhrum edilməsi kimi baxılır. Bu olduqca vacib məsələdir. Məlum məsələ ilə bağlı bizimlə birgə hərəkət edəcək, eyni fikirdə olanlara Qərbi Azərbaycan İcmasının fəxri üzvü sertifikatının verilməsi mühum hadisədir. Onların fəaliyyətinin motivasiya olması və haqlı davamızda bizimlə birlikdə hərəkət etməsi olduqca vacib idi”.
Günel CƏLİLOVA