KÖHNƏ VERSİYA            

Avrokomissiyanın yeni tərkibi elan olundu, Bakının düşməni Borrel getdi, Ursula qaldı...

Image

Xəyal Bəşirov“Düşünürəm ki, bu yenilik, bu dəyişiklik əslində Azərbayacanla Avropa Komissiyası arasındakı münasibətlərə də müsbət təsir göstərə bilər”

Avropa Parlamentinin deputatları Strasburqda keçirilən plenar sessiyada səs çoxluğu ilə Avropa Komissiyasının yeni tərkibini təsdiqləyiblər. Estoniyanın keçmiş Baş naziri Kaya Kallas Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi vəzifəsinə təsdiq edilib.

Avropa Komissiyasının yeni tərkibini 688 deputatdan 370-i dəstəkləyib, 282 nəfər əleyhinə səs verib, 36 nəfər bitərəf qalıb.

Beləliklə, Ursula fon der Lyayenin rəhbərliyi ilə yeni Avropa Komissiyası dekabrın 1-dən fəaliyyətə başlayacaq. 

Qeyd olunur ki, tarixdə ilk dəfə olaraq beynəlxalq siyasət məsələləri estoniyalı Kaya Kallasa həvalə edilib və Litvanın nümayəndəsi isə Andrius Kubilius Aİ-nin ilk müdafiə komissarı olacaq. 

“Politico” nəşri qeyd edir ki, Ursula fon der Lyayenin rəhbərlik etdiyi yeni komissiya iclasda iştirak edən parlamentarilərin yalnız 54%-nin dəstəyini toplaya bilib - bu, son otuz ilin ən aşağı göstəricisidir. 

Qeyd olunduğu kimi, Avropa Komissiyasının tərkibi tam şəkildə müəyyənləşdi. Avropa Komissiyası Avropa İttifaqının əsas ali qanunvericilik orqanıdır. Demək olar ki, Avropa Komissiyasının tərkibi tamamilə yeniləndi. Bizim üçün Avropa İttifaqı, Avropa Parlamenti ilə Azərbaycanın münasibətləri  xüsusilə maraqlıdır. Avropa təşkilatları Azərbaycana qarşı xüsusən son illər açıq qərəz nümayiş etdirirlər. Avropa Parlamenti neçə dəfə ölkəmizin əleyhinə qətnamə qəbul edib. Ursula fon der Lyayen vəzifəsində qalsa da, amma Avropa Komissiyasının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel vəzifəsini itirib, dekabrın 1-dən onu Estoniyanın keçmiş Baş naziri Kaya Kallas əvəz edəcək. 

Sizcə, bu yeni tərkibin Azərbaycana münasibəti necə olacaq? Borrelin yerinə gələn estoniyalı Kaya Kallasın dövründə bizə münasibət dəyişə bilərmi? Yaxşı mənada nəsə gözləmək olarmı? Ümumiyyətlə, Avropa Komissiyasının yeni rəhbərliyinin Azərbaycanla  münasibətlərində nə gözlənilir və nə etmək lazımdır ki, vəziyyət düzəlsin?

Siyasi Hüquq və Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov “Bakı-Xəbər”ə şərhində bildirdi ki,  məlum olduğu kimi, demək olar, Avropa Komissiyasının bütün tərkibi yenilənib. “Avropa Komissiyasının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi və komissiya prezidentinin müavini Jozep Borrel antiazərbaycan mövqeyi ilə seçilirdi. Antiazərbaycan mövqeli Jozef Borrelin dövründə biz Avropa Komissiyasının xarici siyasətdə atdığı addımların, yürütdüyü siyasətin necə uğursuzluğa düçar olduğunun şahidi olduq. Təkcə Azərbaycanla bağlı deyil, bir sıra məsələlərdə də bu aqibəti yaşadığını gördük. Məsələn, Avropada Borrelin təşəbbüsü ilə Sülh Fondu yaratdılar və o Sülh Fondu faktiki olaraq müharibə edən dövlətlərə silah paylayır. Yarandığı gündən təşəbbüsləri ilə özünü ifşa etmiş oldu. Həmin Jozef Borrel idi ki, Avropanı bağ, dünyanı isə cəngəllik adlandırmışdı. Yəni bu təfəkkürlə Avropa Komissiyasının xarici siyasətinə yanaşmağın özü həmin o təşkilatın imicinə, onun məqsəd və hədəflərinə xələl gətirir. Təbii ki, yeni tərkibdən biz də yeniliklər, sağlam münasibət gözləyirik. Hər bir yenilik, hər bir yeni addım, hər bir dəyişiklik, sözsüz ki, bu və digər təşkilatla, habelə, Avropa Komissiyası ilə bağlı insanlarda, ayrı-ayrı dövlətlərdə ümidlər doğurur. Düşünürəm ki, bu yenilik, bu dəyişiklik əslində Azərbaycanla Avropa Komissiyası arasındakı münasibətlərə də müsbət təsir göstərə bilər. Amma hər bir halda bizim Avropa İttifaqı, Avropa Şurası, Avropa Şurası Parlament Assambleyası, Avropa Komissiyası ilə münasibətlərimiz hər kəsə məlumdur, bizim bu məsələlərdə mövqeyimiz bəllidir. Təsadüfi deyil ki, Azərbaycan İkinci Qarabağ müharibəsində öz ərazi bütövlüyünü təmin edib, işğala son qoyub, müharibədə Ermənistana qalib gələndən sonra Avropa Komissiyasının vəzifədə olan prezidenti Ursula fon der Lyayen Azərbaycana səfər etdi və Azərbaycanla Avropa Komissiyası arasında Azərbaycandan Avropaya idxal edilən qazın həcminin artırılması ilə bağlı saziş imzaladı”. 

X.Bəşirov qeyd etdi ki, əgər Azərbaycanın enerji resursları, hansısa addımları  Avropa Komissiyasına lazımdırsa, onda xahiş-minnət edirlər. X.Bəşirov bildirdi ki, Azərbaycanın onlara münasibəti bəllidir. “Düşünürəm ki, burda Avropa Komissiyasının siyasi yanaşmasında dəyişiklik olmalıdır. Cənubi Qafqazda dominant qüvvə, söz sahibi olan, eyni zamanda bu regionda yeni reallıqlar formalaşdıran, habelə, Cənubi Qafqazı sülh regionuna, o cümlədən də Orta Dəhlizin əsas həlqələrindən birinə çevirməyi qarşısına məqsəd qoyan Azərbaycanın mövqeyi əslində Avropa Komissiyası və ona rəhbərlik edən şəxslər tərəfindən təqdir edilməli, dəstəklənməlidir.    Təbii ki, biz   Avropa Komissiyasından və onun yeni tərkibindən proseslərə ədalətli yanaşma gözləyirik. Ermənistanın revanşit müharibə ilə alışıb-yanması fonunda Azərbaycanın sülh proseslərini reallaşdırmaq, Cənubi Qafqazda nəqliyyat və iqtisadi kommunikasiyaları istifadəyə vermək və bu yolla da Orta Dəhlizin təhlükəsiz şəraitində işləməsinə şərait yaradan addımlar atmaq istəyinin qarşısında Ermənistanın revanşist hissləri, müharibə arzuları, təbii ki, layiqli dəyərləndirilməlidir. Bu olduğu kimi yanaşma tərzi tələb edir. Əgər yeni tərkibdən obyektiv yanaşmanı görəcəyiksə, düşünürəm ki, Azərbaycan həmişə olduğu kimi indi də proseslərə ədalətli yanaşan, Azərbaycanla bərabərhüquqlu əməkdaşlığa üstünlük verən, dövlətimizlə dövlətimizin və xalqımızın maraqlarına hörmət fonunda üstünlük verən bütün beynəlxalq hüquqi subyektlərlə, o cümlədən də Avropa Komissiyası, Avropa regionunda olan digər təşkilatlarla münasibətlərinin normallaşdırılmasında maraqlı olub. Bu gün də o maraq bizdə qalıb. Düşünürəm ki, qarşı tərəf kimi Avropa Komissiyasından addım atmasını gözləyirik. Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen müharibədən sonra Azərbaycana gəldi, qaz sazişini imzaladı, amma Avropa kimi bir regiona rəhbərlik edən və dünyanın iqlim dəyişikliyinin  ən ciddi səbəbkarlarından biri olan Avropa Komissiyasına üzv olan dövlətlərin toplaşdığı bu təşkilatın rəhbəri COP29 tədbirində iştirak etməkdən imtina etdi. Bu onu göstərir ki, burada söhbət maraqlardan, ədalətsiz yanaşmadan gedir. Əgər eyni siyasət davam etdiriləcəksə, hansısa nəticə gözləmək çətin məsələdir. Amma düşünmürəm ki, eyni siyasət davam etdirilsin. Çünki Avropa Komissiyası, Avropa regionu, orda olan digər təşkilatlar və onları birləşdirən dövlətlər üçün Azərbaycan və Cənubi Qafqaz çox əhəmiyyətlidir. Sadəcə, bunu qəbul etmək və olduğu kimi dəyərləndirmək, bu prizmadan proseslərə yanaşmaq lazımdır”-deyə X.Bəşirov qeyd etdi.

İradə SARIYEVA







VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Yeni dünya düzəni - Azərbaycan balansı saxlayacaq, ya blok seçəcək?...

Ermənilər Naxçıvanla sərhəddə yeni istehkamları nə məqsədlə tikir?..

Fransa Azərbaycanla təmaslara yalnız bir şərtlə başlaya bilər - Prezident dedi...

SON XƏBƏRLƏR

11.01.2025 | 17:12
SOCAR Türkiyədə 2 şirkəti niyə satdı? - ilginc məqamlar var...

11.01.2025 | 16:45
Avropanın Azərbaycanda “beyin yuyan” layihələri fiaskoya uğradı...

11.01.2025 | 16:12
Bakıda mağazalarında saxta əskinaslarla alış-veriş edən şəxs saxlanıldı

11.01.2025 | 15:47
Ermənistan Minsk qrupunun buraxılması üçün ATƏT-ə müraciət edəcək

11.01.2025 | 15:30
Siyəzəndə polis əməliyyat keçirdi, 4 nəfər saxlandı

11.01.2025 | 15:08
Gürcüstanın XİN rəhbəri Bakıya gəlir...

11.01.2025 | 14:36
Masallıda narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən şəxs tutuldu

11.01.2025 | 14:05
Prezident İlham Əliyev Şahin Bağırovu ordenlə təltif etdi

11.01.2025 | 13:24
Bələdiyyə seçkilərində 16 min 128 namizəd mübarizə aparacaq...

11.01.2025 | 13:10
Bələdiyyə seçkilərində 66 mindən çox yerli müşahidəçi akkreditasiyadan keçdi

11.01.2025 | 10:20
Hər gün Britaniyada 50 insan xəstəxanada növbə gözləyərkən ölür - ŞOK FAKT

11.01.2025 | 10:10
"Bu, təkcə Ukraynaya kömək etməyəcək" - Zelenski Rusiyanın dondurulmuş aktivləri barədə çağırış etdi

11.01.2025 | 10:00
Azərbacan XİN-dən ABŞ-a başsağlığı mesajı

11.01.2025 | 10:00
"Survivor"ın qalibi idi, bütün var-dövləti bir anda yanıb kül oldu...

11.01.2025 | 09:27
Bank kreditləri "davranış modelləri" əsasında veriləcək - "sosial şəbəkədə fəalsınız?"...

11.01.2025 | 09:20
Ukraynaya 30 min yeni dron yollayacaq - Britaniyadan QƏRAR

11.01.2025 | 09:13
Ərdoğan Birol Akgünü Azərbaycana səfir təyin etdi

11.01.2025 | 09:10
Fatih Terim yeni komandasında məğlubiyyətlə başladı

11.01.2025 | 09:00
Tramp prezidentliyinin ilk günündə 100-dən çox sərəncam imzlayacaq - İDDİA

11.01.2025 | 08:42
Prezidentin Bakıda göstərdiyi 10 ərazi haraları əhatə edir...

10.01.2025 | 22:28
İnsana sevinc və kədər limiti ayrılıb - Limitə qənaət edənlər çox yaşayırlar

10.01.2025 | 21:45
"Bu, başlanğıcdır..."

10.01.2025 | 21:41
Paşinyanın yeni 11 "təşəbbüsü" sülhə yox, imitasiyaya xidmət edir- 2- si "elə ",4- ü "belə", 3- ü "orda", 2- si "burda".....

10.01.2025 | 21:17
Makron Fransa siyasətində təsadüfi adam imiş - bioqrafiyasına baxın...

10.01.2025 | 21:02
Qərbi azərbaycanlıların qayıdışı yeni fazaya keçdi... - MÜSAHİBƏ

10.01.2025 | 20:46
Yeni dünya düzəni - Azərbaycan balansı saxlayacaq, ya blok seçəcək?...

10.01.2025 | 20:31
Paşinyana Qərbi Azərbaycanın hara olduğunu göstərəcəyik - İran sərhədindən İrəvanadək...

10.01.2025 | 20:16
İrəvan Kremlə qarşı "atla gediş" etdi - Avroittifaqdan imtina etmir, Rusiya isə onu Aİİ-dən çıxara bilmir...

10.01.2025 | 20:02
Qloballaşma prosesi bitdi - Azərbaycan növbəti dövrə hazırlaşır...

10.01.2025 | 19:47
ABŞ və Avropa Bakı-İrəvan normallaşma prosesindən çıxarıldı - niyə və nə vaxtadək?

10.01.2025 | 19:33
Ermənistanın Avroittifaqa birləşmə prosesi başladı - Rusiya hələ sadəcə "söz oynadır"...

10.01.2025 | 19:18
Trampın komandasından müharibə anonsu - İranın oktyabradək vaxtı qaldı...

10.01.2025 | 19:04
Medvedyev İrəvandan cavabını aldı - "Bizi Ukrayna ilə hədələmə"...

10.01.2025 | 18:49
Azərbaycan Türkiyənin yeni Suriya əməliyyatına hansı səviyyədə dəstək verəcək?..

10.01.2025 | 18:35
Nəqliyyatda yeni texnologiyalar - Prezident mətbuatın dəstəyini vacib saydı...

10.01.2025 | 18:21
Ermənilər Naxçıvanla sərhəddə yeni istehkamları nə məqsədlə tikir?..

10.01.2025 | 18:07
Paşinyanın yeni təklifləri Bakı ilə sülh imkanlarını tam qapatdı...

10.01.2025 | 17:53
İran Azərbaycanla səfirlik terroru məsələsini hələ də uzadır...

10.01.2025 | 17:40
Fransa Azərbaycanla təmaslara yalnız bir şərtlə başlaya bilər - Prezident dedi...

10.01.2025 | 17:35
Gömrükçülər ötən il narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 96 fakt aşkarlayıb

10.01.2025 | 17:27
Zəif liderin ölkəsi güclü ola bilməz - Əliyevin dünyaya daha bir mesajı...

10.01.2025 | 17:14
Media savadlılığı və siyasi mədəniyyət davranışları...

10.01.2025 | 17:02
İranlı generaldan şok Suriya etirafı - çox pis məğlub olduq, ruslar bizi aldatdı…

10.01.2025 | 16:55
“Əhalinin sosial müdafiəsinin gücləndirilməsi iqtisadi siyasətimizin əsasıdır” - Vüqar Rəhimzadə

10.01.2025 | 16:52
BMU-İNHA İDP və İqlim Böhranına Cavab Layihə Qrupu arasında sənəd imzalanıb

10.01.2025 | 16:45
Rus qazı iki ölkəni üz-üzə qoydu - Slovakiyanın baş naziri Zelenskini hədələdi…

10.01.2025 | 16:33
“GERMAN HOSPİTAL”da əməliyyat otağında ad günü keçirənlərlə bağlı qərar verildi...

10.01.2025 | 16:26
Moskva İrəvana “əba altından zopa” göstərdi - Ermənistan Aİİ-dən çıxsa…

10.01.2025 | 16:17
Elmi dərəcəsi olanların maaşlarına əlavələr ödəniləcək - QƏRAR

10.01.2025 | 16:11
Zelenski qərbli müttəfiqlərinə çağırış etdi - Ukraynaya qoşun göndərin...

10.01.2025 | 15:56
Sahibkarlıq subyektlərinə 10 milyon manatadək kredit veriləcək

10.01.2025 | 15:50
Polisə tabe olmayan sürücü həbs edildi

10.01.2025 | 15:37
İxrac pulunu ölkəyə qaytarmayan daha bir neçə vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edildi...

10.01.2025 | 15:22
Bələdiyyə üzvlüyünə namizədlərin siyahısı açıqlandı

10.01.2025 | 15:14
Küveytin yeni səfiri Prezident İlham Əliyevin qəbulunda... - FOTO/YENİLƏNDİ

10.01.2025 | 15:10
Prezident İlham Əliyev Litvanın yeni səfirinin etimadnaməsini qəbul etdi - FOTO/YENİLƏNDİ

10.01.2025 | 15:09
Sumqayıt və Abşeronda oğurluq edən 3 nəfər yaxalandı

10.01.2025 | 14:51
Azərbaycanın Los Ancelesdəki Baş konsulluğunun binası boşaldıldı...

10.01.2025 | 14:48
“Rəqəmsal ekologiya” informasiya sistemi yaradıldı - FƏRMAN

10.01.2025 | 14:46
“Milli Məkan Məlumatları” informasiya sistemi haqqında Əsasnamə” təsdiqləndi

10.01.2025 | 14:22
Ermənistandakı Aİ missiyasının müddəti 2 il uzadıla bilər

10.01.2025 | 14:08
"Azərbaycan və Ermənistan arasında sülh regionda yeni fürsətlər yaradacaq" - Hakan Fidan

10.01.2025 | 13:54
Dilçilikdə Afad Qurbanov fenomeni

10.01.2025 | 13:53
Saatlıda narkotikin təsiri altında avtomobil idarə edən 2 sürücü saxlandı

10.01.2025 | 13:45
Belçikalıların Kralı Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

10.01.2025 | 13:27
Bakıda fermadan xırdabuynuzlu heyvan oğurlayan şəxslər saxlandı

10.01.2025 | 13:17
Prezident İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydasını təsdiqlədi

10.01.2025 | 13:03
Россия-Армения, дикий развод! - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

10.01.2025 | 12:55
Azərbaycan və Mərakeş arasında müdafiə sahəsində hərbi əməkdaşlıq haqqında Saziş təsdiqləndi

10.01.2025 | 12:50
Samir Şərifov Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM

10.01.2025 | 12:47
Samir Şərifov maliyyə naziri vəzifəsindən azad edildi - SƏRƏNCAM

10.01.2025 | 12:30
Xaçmazda narkotik əməliyyatı: iki nəfər saxlandı

10.01.2025 | 12:05
Bakıda velosiped yollarının uzunluğu 100 km-ə çatdırılacaq

10.01.2025 | 12:00
Deputat və Qubernator əlbayaxa oldu, Paşinyan iclası tərk etdi

10.01.2025 | 11:30
Bakıda tramvayın effektiv olacağı ərazilər açıqlandı

10.01.2025 | 11:20
Yanğınlar ABŞ-da təlaş yaradıb - 10 milyona yaxın sakinə səhvən təxliyə bildirişi gəlib..

10.01.2025 | 11:15
Qarabağ və Şərqi Zəngəzurda 3,4 min km uzunluğa malik avtomobil yolları inşa edilir

10.01.2025 | 11:05
Qərb Ermənistana təzə vəzifə verdi - CANLI

10.01.2025 | 11:05
7 dəfə həbs olunmuşdu, üstündən odlu silah çıxdı...

10.01.2025 | 11:00
Bu il Bakı metrosuna 20 ədəd yeni nəsil vaqon gətiriləcək

XƏBƏR ARXİVİ

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031