KÖHNƏ VERSİYA            

“Biznesə daxilolma” İşçi qrupunun iclası keçirilib

Image

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbərlik etdiyi “Biznesə daxilolma” İşçi qrupunun iclası keçirilib. Tədbirdə İşçi qrupun üzvləri və onun fəaliyyətinə bilavasitə cəlb olunmuş məsul şəxslər, hüquq və konsaltinq şirkətlərinin nümayəndələri iştirak edib.

İşçi qrupun rəhbəri, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva görüş iştirakçılarını salamlayaraq gündəlikdə olan məsələləri diqqətə çatdırıb.

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyev Dünya Bankı Qrupunun yeni «Business Ready» hesabatının metodologiyası və qarşıda duran prioritetlər barədə məlumat verib. Bildirib ki, hesabat dünya ölkələrində biznes mühitini özəl sektorun inkişafı kontekstində qiymətləndirir. Azərbaycanın 2025-ci ilin sentyabr ayında nəşr olunacaq hesabata daxil ediləcəyi gözlənilir. Vüsal Şıxəliyev bu layihənin ölkədə biznes sahələrinin funksionallığı, bütövlükdə özəl sektorun inkişafına təsir göstərən biznes qaydaları və dövlət xidmətlərinin müqayisəli qiymətləndirilməsi kimi komponentlərə əsaslandığını diqqətə çatdırıb.

Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva “Yerli və xarici investisiyalı MMC-lərin elektron dövlət qeydiyyatı prosedurlarındakı yeniliklər, biznesə daxilolma sahəsində ən son islahatlar və “Biznesə daxilolma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsi” çərçivəsində görülmüş işlər və qarşıda duran vəzifələr barədə təqdimatla çıxış edib. Biznesin təsis edilməsi praktikasının qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla təkmilləşdirildiyini bildirən S.Musayeva startaplar üçün rəqəmsal dövlət xidmətlərinin və informasiyanın şəffaflığının artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb. Qeyd edib ki, yenilənmiş qanunvericiliyə əsasən, yerli və xarici investisiyalı MMC-lərin elektron dövlət qeydiyyatı prosedurları eyniləşdirilib. Bu yenilik ölkədə xarici subyektlər üçün elektron qeydiyyat xidmətini tamamilə əlçatan etməklə biznesə başlama prosesini asanlaşdırıb. Nəticədə, xarici investisiyalı MMC-lərin e-dövlət qeydiyyatı zamanı işçilərlə ilk dəfə bağlanmış əmək müqaviləsi məlumatlarının ƏƏSMN-nin e-informasiya sisteminə ötürülməsi, e-ərizəyə hüquqi ünvanı təsdiq edən sənədin əlavə olunmasına dair tələbin aradan qaldırılması, xarici fiziki şəxslərlə yanaşı elektron dövlət qeydiyyatından xarici hüquqi şəxslərin də istifadə etməsi mümkün olacaq. Eyni zamanda, diqqətə çatdırılıb ki, elektron apostil verilmiş xarici mənşəli sənədləri müvafiq proqram vasitəsilə yoxlamaqla onların tərcüməsinin informasiya sistemi üzərindən notarius tərəfindən distant rəsmiləşdirilməsi və ünvana çatdırılması xidmətinin yaradılması istiqamətində işlər həyata keçirilir.

S.Musayevanın sözlərinə görə, “Biznesə daxilolma” sahəsində həyata keçirilmiş 2022-2023-cü illər üzrə Yol Xəritəsi çərçivəsində qeydiyyat prosesində sanksiya tətbiq edilməli şəxslərin nəzərə alınması və kommersiya hüquqi şəxsin rəhbərinin səlahiyyət müddəti bitdikdə elektron kabinetdən istifadəsinin məhdudlaşdırılması kimi tədbirlər görülüb. Bundan başqa, yerli investisiyalı MMC-lər üçün məlumat dəyişikliyi elektronlaşdırılıb. Kommersiya hüquqi şəxsin adının unikallığı ilə bağlı imtina üçün əsaslar yaradılıb. Bütün bunlar biznes qurmaq istəyənlər üçün zəruri qaydaların mərhələlərinin, prosedurların və vaxt itkisinin əhəmiyyətli şəkildə azalmasına yol açıb. S.Musayeva qarşıdakı dövrdə xarici investisiyalı hüquqi şəxslər üzrə xarici dildə sənədlərin autentifikasiyası və elektron xidmətlərin genişləndirilməsi sahəsində görüləcək işlər barədə də iclas iştirakçılarını məlumatlandırıb.

İclas çərçivəsində İşçi qrupun üzvü, Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin Konsulluq məsələləri şöbəsinin müdiri Anar Məmmədov təmsil etdiyi qurumun “Konsul leqallaşdırılması” informasiya sisteminin təsis edilməsi və leqallaşdırılmış sənədlərin tərcüməsinin “Elektron notariat” informasiya sistemi üzərindən notarius tərəfindən distant rəsmiləşdirilməsi və ünvana çatdırılması xidmətinin yaradılması istiqamətində görülmüş işlər barədə məlumat verib.

İclasın davamında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva “Biznesə daxilolma” sahəsində tənzimləyici çərçivənin hazırlıq səviyyəsinin təhlili üzrə təqdimatla çıxış edib.

İşçi qrupun üzvləri müzakirələr zamanı ölkədə biznes mühitinin yaxşılaşdırılması və beynəlxalq reytinqlər üzrə yüksək nəticələrin əldə olunması məqsədilə qarşıda duran vəzifələr, o cümlədən təkliflərin təqdim edilməsi ətrafında fikir mübadiləsi aparıblar.

İclasda yerli və xarici investisiyalı MMC-lərin elektron dövlət qeydiyyatı prosedurlarındakı yeniliklər və biznesə daxilolma sahəsində həyata keçirilmiş islahatlar müzakirə edilib. Müxtəlif qurumların nümayəndələri, özəl şirkətlərin təmsilçiləri, ekspertlər layihə ilə bağlı təkliflərini səsləndiriblər.

Qeyd edək ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Biznesə daxilolma” işçi qrupuna rəhbərliyi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti həyata keçirir.







VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Təyyarə cinayəti Rusiyanın hərbi və mülki qurumlarının rabitəsizliyini ifşa etdi...

10 gün əvvəlki hadisə təyyarə qəzasına aid yeni suallar yaradır...

Rusiya rəsmilərinin ilkin reaksiyası təyyarə qəzası ilə bağlı vəziyyəti xeyli mürəkkəbləşdirdi...

SON XƏBƏRLƏR

08.01.2025 | 10:30
Bələdiyyə seçkilərində “exit-poll” keçirmək üçün sənəd qəbulu sabah başa çatır

08.01.2025 | 10:20
76 yaşlı kişi beşinci mərtəbədən yıxılıb öldü

08.01.2025 | 10:15
Qrip virusu Britaniyanı cənginə alıb - xəstəxanalarda yer tapılmır...

08.01.2025 | 10:10
Hakan Fidan Türkiyənin Suriyadakı iki əsas hədəfini açıqladı

08.01.2025 | 10:05
Xalq artisti qızı ilə Mayamidə dincəlir

08.01.2025 | 10:00
"Kanada ABŞ-ın 51-ci ştatı olmayacaq!" - Trüdo Trampa meydan oxudu

08.01.2025 | 09:30
Polşa ilk AES tikmək üçün 15 milyard dollar ayıdı

08.01.2025 | 09:24
Əhalinin bank əmanətlərində gözlənilməz artım - nə baş verib?..

08.01.2025 | 09:15
Qonşusunun dəmir parçası ilə döydüyü qadın xəstəxanada ölüb

08.01.2025 | 09:05
Juninyo hansı kluba keçir- "Sevilya"ya, yoxsa “Flamenqo"ya?

08.01.2025 | 09:00
Şəmkirdə ev yanıb

08.01.2025 | 08:40
Kreditlərə faiz qadağası - 0,3 faizdən çox ola bilməz...

08.01.2025 | 01:25
Sakral dünyanın Arazboyu vadisinin qədim dövlətçilik tarixi - hay kilsəsinin hədəfində...

08.01.2025 | 00:04
"Yaxşı olardı ki, Ermənistanın baş naziri Qərbi Azərbaycan İcmasının nümayəndələrini qəbul etsin" - Prezident

07.01.2025 | 23:58
Prezident İlham Əliyev İran hakimiyyətinə: "Azərbaycandan kim üzr istəyəcək?"

07.01.2025 | 23:52
Prezident: "Bakı Təşəbbüs Qrupunun fəaliyyəti ildən-ilə genişlənir"

07.01.2025 | 23:47
"Mən bilirəm ki, arxamda Azərbaycan xalqı dayanır" - Prezident İlham Əliyev

07.01.2025 | 23:40
Prezident: "Avropa Komissiyası ilə münasibətlərimizin necə inkişaf edəcəyini söyləmək çətindir"

07.01.2025 | 23:36
"Ermənistanın yaxın dostları siyasi səhnədən biabırçılıqla silinirlər" - Prezident İlham Əliyev

07.01.2025 | 23:34
Prezident telekanallara müsahibəsində Fransa ilə bağlı heç vaxt danışılmayan məsələyə toxundu

07.01.2025 | 23:26
"Amerika-Azərbaycan əlaqələrini strateji səviyyəyə qaldıra bilərik" - Prezident İlham Əliyev

07.01.2025 | 23:24
Prezident İlham Əliyev: "Əgər bu Fransadırsa, onda sən demə Fransa yoxsul ölkə imiş"

07.01.2025 | 23:18
"Müstəmləkəçilik kimi iyrənc praktikaya son qoyulmalıdır" - Prezident

07.01.2025 | 23:15
Prezident: "Azərbaycanın son illərdəki addımları çox ciddi təhlil edilir"

07.01.2025 | 23:06
"O əyalət mollası cəzalandırılmalıdır" - Prezident İlham Əliyev

07.01.2025 | 22:53
Prezident İlham Əliyev Yaxın Şərqdəki proseslərlə bağlı fikirlərini bölüşdü...

07.01.2025 | 22:41
Azərbaycan yerli elektrobusların istehsalına başlayır...

07.01.2025 | 22:40
"Ümid edirik ki, bu il biz AÇG-də “Dərin Qaz” layihəsindən ilk qazı alacağıq" - Prezident

07.01.2025 | 22:37
Bakıda 10 yeni metro stansiyası inşa ediləcək

07.01.2025 | 22:27
Prezident: "İrandakı səfirliyimizə qarşı terror aktı təşkil olunmuş terror aktı idi"

07.01.2025 | 22:19
Prezident İranla gələcək münasibətlərə toxundu - "Bu barədə danışmaq bir qədər tezdir"

07.01.2025 | 22:15
Prezident İlham Əliyev: "Fransız siyasi səhnəsində konsensus yalnız azərbaycanofobiya zəminində olur"

07.01.2025 | 22:06
Prezident: "Görünür ki, cənab Makron Azərbaycansız yaşaya bilmir"

07.01.2025 | 22:06
"Bu ilin sonuna qədər 30-a yaxın yaşayış məntəqəsində keçmiş köçkünlər məskunlaşacaqlar" - Prezident

07.01.2025 | 21:55
"Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır" - Prezident İlham Əliyev

07.01.2025 | 21:52
Prezident İlham Əliyev: "Ermənistan faktiki olaraq bölgə üçün bir təhdid mənbəyidir"

07.01.2025 | 21:43
Bu ay Azərbaycan-Ermənistan komissiyalarının növbəti görüşü keçiriləcək

07.01.2025 | 21:31
İlham Əliyev: "Aparıcı Qərb ölkələrində siyasi və mənəvi böhran göz qabağındadır"

07.01.2025 | 21:27
"Fransa Prezidenti şəxsən onlara zəng edərək, Bakıya getməməyi tövsiyə edirmiş" - Prezident Əliyev Makronu ifşa etdi

07.01.2025 | 21:21
Prezident: "Azərbaycanın D-8-ə qəbul edilməsi ölkəmizin nüfuzunu bir daha göstərir"

07.01.2025 | 21:14
"COP-a üzv olan tərəf kimi Avropa Komissiyasının Bakı konfransında iştirak etməməsi çoxsaylı suallar doğurur" - Prezident İlham Əliyev

07.01.2025 | 21:11
Ermənistan qədim Yunan və Roma dövlətləri ilə bir sıraya qoyuldu - absurdun ölçüsüzlüyü...

07.01.2025 | 20:55
Prezident İlham Əliyev: "İqtisadi imkanlar artdıqca biz sosial məsələlərin həllinə də daim diqqət göstərəcəyik"

07.01.2025 | 20:53
Barrozo: "Rusiya almazının sanksiyalar siyahısına salınmasına açıq mane oldular"...

07.01.2025 | 20:47
"İqtisadi sahədə dayanıqlı inkişafa nail ola bilmişik və əminəm ki, gələn illərdə bu dinamika saxlanılacaq" - Prezident

07.01.2025 | 20:44
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - FOTO/VİDEO/YENİLƏNDİ

07.01.2025 | 20:37
Təyyarə cinayəti Rusiyanın hərbi və mülki qurumlarının rabitəsizliyini ifşa etdi...

07.01.2025 | 20:22
Afrika dövlətləri Makrona qarşı qalxdılar - "Afrika xalqları ilə danışmağı öyrən"...

07.01.2025 | 20:08
Trampın gələn kimi İrana zərbə vuracağı təsdiqləndi...

07.01.2025 | 19:53
Azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası bu terror qrupunun əli ilə icra olundu...

07.01.2025 | 19:40
10 gün əvvəlki hadisə təyyarə qəzasına aid yeni suallar yaradır...

07.01.2025 | 19:26
Bakı aeroportunda yarım milyonluq qızıl külçə əməliyyatı - saxlanan şəxs vəzifəli gömrük əməkdaşını da ələ verdi...

07.01.2025 | 19:17
"Stratfor" kəşfiyyat qrupu - “ABŞ Ermənistana dəstək verməyəcək...”

07.01.2025 | 19:03
Rusiya rəsmilərinin ilkin reaksiyası təyyarə qəzası ilə bağlı vəziyyəti xeyli mürəkkəbləşdirdi...

07.01.2025 | 18:49
Makron Gürcüstanda da "yandı"...

07.01.2025 | 18:35
Makron əvvəlki prezident Sarkozidən ya qisas alır, ya da xalqın qəzəbini başqa yerə yönəldir...

07.01.2025 | 18:20
90-larda ermənilərin Bakı və Sumqayıtdan kütləvi gedişinin sirri açıldı - Ter düzünü dedi...

07.01.2025 | 18:06
İran Zəngəzur dəhlizi ilə bağlı siyasətini dəyişir...

07.01.2025 | 17:52
Sərhədlərdə yenidən atəş açıldı - Ermənistan kimlərə güvənir?

07.01.2025 | 17:39
Təyyarə cinayətinə bulaşmış "Rusiya nümayəndələrindən" hələ xəbər yoxdur...

07.01.2025 | 17:26
Türkiyə terrorun kökünü kəsə biləcəkmi?..

07.01.2025 | 17:23
Prezident İlham Əliyev Si Cinpinə başsağlığı verdi

07.01.2025 | 17:12
Braziliya Azərbaycanın "qara qutu"sunun açılmasında nə qədər obyektiv olacaq?

07.01.2025 | 17:00
Rusiya səmasında ABŞ və rus sistemlərinin rəqabəti – Ukraynanın atdığı ATACMS raketlərinin heç biri S-400-ləri aşa bilmədi...

07.01.2025 | 16:47
İdman, gənclərin fiziki inkişafı və dövlət siyasəti - Prezident nələrə yekun vurdu...

07.01.2025 | 16:35
Qəhrəmanlığı dillərdə dastan olan Ramil...

07.01.2025 | 16:12
Prezident Vergi Məcəlləsində dəyişikliklə bağlı fərman imzaladı

07.01.2025 | 16:05
Azərbaycanda yeni rüsumlar təsdiqləndi

07.01.2025 | 15:57
Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda işçilərin əməkhaqları artırıldı

07.01.2025 | 15:48
Abdullah Gül Prezident İlham Əliyevə başsağlığı verdi

07.01.2025 | 15:40
AZAL-ın təyyarəsinin “qara qutu”su açıldı - məlumatlar Qazaxıstana göndərildi...

07.01.2025 | 15:17
"Almaniya və Fransa rəsmilərinin başqa ölkənin seçkilərinə müdaxilə ilə bağlı nəsə deməsi çox ironikdir" - Şalva Papuaşvili

07.01.2025 | 14:33
"Fransada yeni seçkilərin keçirilməsi siyasi böhranın ən yaxşı həlli olacaq" - Gürcü spikeri

07.01.2025 | 14:18
Ermənistandakı Azərbaycanın tarixi və mədəni irsi: Ermənistanın onu qorumaq və bərpa etmək öhdəliyi

07.01.2025 | 14:11
Fransanın casus şəbəkəsi Bakıda nələrə cəhd edib… Məhkəmədə yeni məqamlar açıldı...

07.01.2025 | 13:57
Qərbin yalan vədlərinə inanan Ermənistan xalqını fəlakətə sürükləyir

07.01.2025 | 13:49
Beyləqanda sərxoş halda avtomobil idarə edən sürücü həbs edildi

07.01.2025 | 13:35
Kobaxidze Makronu yalan danışmaqda ittiham etdi - Qoy qurban verdikləri Ukraynaya nəzər salsın...

07.01.2025 | 13:25
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə başsağlığı verib

07.01.2025 | 13:22
Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

XƏBƏR ARXİVİ

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031