"Xarici qüvvələr Afrika ölkələrinə sülhü təmin etmək adı altında müdaxilə edirlər" - Malili QHT rəhbəri
İqtisadi müstəqilliyi əldə etmək üçün təbii resurslara tam sahib olmaq, istehsal zəncirini qurmaq, yerli istehsalı təşviq etmək zəruridir. Bunun üçün də elmi və texniki sahəyə çox ciddi investisiya qoyulmalıdır. Bütün Afrika ölkələri isə bu cəhətdən çətinliklə üzləşib. Diplomatik müstəqillik zəruridir. Diplomatik müstəqillik dedikdə xarici güclərin təzyiqini dəf etmək nəzərdə tutulur.
Bu sözləri Malidən olan QHT rəhbəri Kabin Dumbia Bakıda keçirilən “Afrikada Fransanın neokolonializm siyasətinə” həsr edilmiş beynəlxalq konfransda çıxışı zamanı deyib.
O bildirib ki, Afrika ölkələri yeni tərəfdaşlar axtaran zaman keçmiş müstəmləkəçi ölkələrlə ehtiyatla davranmağa məcburdur. İqtisadi, diplomatik və hərbi təzyiqlər Afrika ölkələrinin dəf etməli olduğu çətinliklərdəndir. Bəzən xarici qüvvələr sülhü təmin etmək və ya terrorla mübarizə adı altında Afrika ölkələrinə müdaxilə edirlər.
ZÜMRÜD