"Üçüncü ölkələrə qarşı yönəlməyib" - Lavrov Çinlə hərbi əməkdaşlıqdan danışıb
Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Rossiyskaya qazeta”da Rusiya və Çin arasında diplomatik münasibətlərin qurulmasının 75-ci ildönümünə həsr olunmuş məqaləsində bir sıra fikirlərə yer verib. Rusiyalı nazir bildirib ki, Rusiya Federasiyası ilə Çin Xalq Respublikası arasında hərbi və hərbi-texniki əməkdaşlıq intensiv şəkildə inkişaf edir, lakin üçüncü ölkələrə qarşı yönəlməyib.
SİTAT: "qarşılıqlı etimadın yüksək olması hərbi və hərbi-texniki əməkdaşlığı intensiv şəkildə inkişaf etdirməyə, birgə hərbi təlimlər keçirməyə, hava və dəniz patrullarının təşkilinə, ümumi sərhəd zonasında mehriban qarşılıqlı fəaliyyətin həyata keçirilməsinə imkan verir."
Mətləb Salahov