Konnekt” QSC-nin direktoru dəyişib
Azərbaycanda internet provayderi olan “Konnekt” QSC-nin (Connect) direktoru dəyişib. İndiyə qədər direktor olan Elmira Abasova Əli qızı vəzifəsini tərk edib. Mediada yayılan məlumata görə, onu bu vəzifədə Ələddin Namazov İbad oğlu əvəz edib.
Xatırladaq ki, “Konnekt” QSC 2005-ci ildə yaradılıb və 2000 manat nizamnamə kapitalı var. Şirkət “Sara Invest” ( indiki Azera Holdinq) şirkətlər qrupuna daxildir.
Namiq Quliyev