Lavrov Ukrayna və Qərbə xəbərdarlıq etdi - Moskva və Peterburqun hədəf alınması odla oynamaqdır...
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynanın “Storm Shadow” raketlərini Moskva və Sankt-Peterburqu vurmaq üçün icazə verilməsi tələblərini “odla oynamaq” kimi qiymətləndirib. Lavrov bildirib ki, Rusiya bu cür spekulyasiyaları çoxdan eşidir və onları təhlükəli hesab edir.
Onun sözlərinə görə, Kiyev bu cür tələblərlə Qərbi şantaj edir və Qərb də ictimaiyyətə sanki gərginliyi artırmaq istəmirmiş kimi görünməyə çalışsa da, əslində “ikiüzlülük” nümayiş etdirir: “Qərb, rus dili ilə desək, bəla axtarır (narıvaetsya)” nazir bildirib.
Lavrov həmçinin xəbərdarlıq edib ki, Birləşmiş Ştatlar üçüncü dünya müharibəsini “yalnız Avropaya təsir edə biləcək bir şey kimi” görür”. Xarici işlər naziri Rusiyanın öz nüvə doktrinasına malik olduğunu başa düşmək vacib olduğunu və hazırda bu doktrinanın yenidən nəzərdən keçirildiyini deyib.
TAHİR