KÖHNƏ VERSİYA            

COP29 ətraf mühitin müdafiəsində yeni mərhələ açacaq...

Image

Bütün dünyada ən böyük problemlərdən biri qlobal iqlim dəyişiklikləridir ki, bu da bütün bəşəriyyəti narahat edir. İqlim dəyişikliyinin baş verməsi nəticəsində ətraf mühit də zədələnir. İqlim dəyişikliyi ilə mübarizə bütün hallarda ətraf mühitin müdafiəsini zəruri edir.

Azərbaycan dövləti uzun illərdir ki, əfraf mühitin müdafiəsi ilə bağlı geniş tədbirlər həyata keçirir, iqlim dəyişikliyinə qarşı mübarizəyə töhfələr verir. 

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası, yəni COP29 bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. Azərbaycan indiyədək bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edib və onların öhdəsindən layiqincə gəlib. Lakin Prezident İlham Əliyevin də dediyi kimi COP29 bu vaxta qədər keçirilmiş tədbirlərlə müqayisəyə gəlmir. Bakı İki həftə dünyanın mərkəzi olacaq və şəhər təqribən 70-80 min xarici qonağı qarşılayacaq.

Heç şübhəsiz, Azərbaycanın ev sahibliyi ilə keçiriləcək COP29 çərçivəsində ekologiya və ətraf mühitin müdafiəsi istiqamətdə indidəndən xeyli işlər görülüb və görülməkdə də davam edir. Bundan başqa iqlim dəyişikliyi ilə mübarizədə Azərbaycan modelinin tətbiqi də əsas hədəflərdəndir. 

“Ətraf mühitin, ekologiyanın qorunması və iqlim dəyişikliyi bir-biri ilə bağlı məsələlərdir”

Elm və Təhsil Nazirliyi, Botanika İnstitutunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Sadıq Qarayev “Bakı-Xəbər”ə bildirdi ki, bu il Azərbaycanda “Yaşıl Həmrəylik İli” elan olunub. S.Qarayev bildirdi ki, Azərbaycan dövləti, Azərbaycan Prezidenti tərəfindən hər zaman ətraf mühitin müdafiəsinə, ekologiyanın qorunması işinə çox ciddi qayğı göstərilib. “Buna misal olaraq bu illər ərzində yeni dövlət təbiət qoruqlarının, yasaqlıqlarının yaradılmasını, saylarının artırılmasını göstərmək olar. Hazırda 20-dən çox yasaqlıq mövcuddur, orada fauna və flora qorunur, nadir, relik bitki, o cümlədən də heyvan növləri qorunur. O cümlədən də Azərbaycan flora və faunanın qorunması, ekologiya, iqlim dəyişiklikləri, ətraf mühitin mühafizəsi üzrə bir sıra beynəlxalq təşkilatlara üzv olub. Yəni “Yaşıl Həmrəylik İli” elan olunana və COP29-un Azərbaycanda keçirilməsi qərarına qədər də bu sahədə dövlət səviyyəsində   bir çox işlər görülüb. COP29 kimi nüfuzlu beynəlxalq tədbirin Bakıda keçirilməsi qərarı da elə-belə baş verən bir hadisə deyil. Təbii, bu qərarı verən kollegial təşkilatlar, dövlətlər Azərbaycanın ötən illər ərzində bu istiqamətdə apardığı işlərin müxtəlif detallarını qiymətləndirib yejunda belə bir qərar veribdilər. Bu bir qiymətləndirmə, real faktlar əsasında verilən qərardır. Eyni zamanda bu dünya tərəfindən Azərbaycanın ekologiya, ətraf mühitin müdafiəsi, iqlim dəyişiklikləri ilə mübarizədə əldə etdiyi uğurlara verilən qiymətdir. Ətraf mühitin, ekologiyanın qorunması və iqlim dəyişikliyi bir-biri ilə bağlı məsələlərdir”-deyə S.Qarayev bildirdi. 

S.Qarayevin sözlərinə görə, iqlim dəyişiklikləri əsasən iki amildən formalaşır, bunlar antropogen dəyişikliklər və təbiətin özündə baş vermiş dəyişiklilərdir, Yer kürəsində baş verən proseslər təbii proseslərdir. 

“COP29 çərçivəsində bu məsələyə də xüsusi önəm veriləcək”

S.Qarayev bildirdi ki, ətraf mühiti, ekologiyanı qorumaq, iqlim dəyişiklikləri ilə mübarizə tək bir ölkənin işi deyil. S.Qarayev qeyd etdi ki, bununla bağlı beynəlxalq və regional təşkilatlar, komissiyalar, komitələr yaradılmalıdır. O hesab edir ki, Türkiyə, İran, Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, Xəzəryanı ölkələr regionu, Xəzəri, bütün Qafqazı, Arazı, Kürü qorumaq üçün birgə səylər göstərməlidir. Alimin sözlərinə görə, bu ölkələr eyni Günəşi, eyni atmoisferi, eyni coğrafiyanı, eyni təbiəti paylaşır, bitki, heyvan aləmi üçün inzibati bölgülər yoxdur. “Xəzəryanı, Qafqaz ölkələri, Türkiyə və İranın işrirakı ilə

Eko-Baku beynəlxalq əməkdaşlıq təşkilatı yaradılarsa çox yaxşı olar. Buna böyük ehtiyac var. Ümid edirəm ki, COP29 çərçivəsində bu məsələyə də xüsusi önəm veriləcək. Çünki bu çox zəruridir. Biz hamımız eyni coğrafiyanı paylaşırıq. Təbiəti də, çayı da və sairi də insanlar özləri öz aralarında ölkələrə bölüblər. Əslində isə təbiət özü vəhdətdədir. Biz bu barədə danışanda ən azından yaxın ətrafın təbiətinə baxmalıyıq. Gedib buradan Avstraliyada, Amazonda təbiəti qoruya bilmərik ki... Amma Qafqazı, Arazı, Kürü, bir sözlə, həm su mənbələrini, həm faunanı, həm floranı qorumaq burada yaşayan bütün xalqların, bütün ölkələrin işidir. Torpağın çirkəndirilməsinə qarşı mübarizə, torpağın qorunması və sağlamlaşdırılması işi kompleks yanaşma tələb edir. Baxın, Araz çayı beynəlxalq çaydır, bundan ən az istifadə edən bizik. Qonşu ölkələr həm bu çayı çirkəndirirlər, həm də onun suyundan müxtəlif məqsədlərlə istifadə baxımından bizdən çox yararlanırlar. Monitorinq aparıb buna baxmaq olar. Bu məsələyə də ciddi nəzarət edilməlidir. Araz çayı hazırda kritik vəziyyətdə olan bir çay hövzəsidir. Bu çayın səviyyəsinin azalması onun  qırağında olan bitkilərə, eyni zamanda onun içində və kənarında əsrlərdir yaşayan, formalaşan canlılara mənfi təsir edən amildir. Eyni zamanda Kür çayı da həm sənaye tullantıları, həm ağır metallarla, həm radioaktiv metallarla çirkləndirilir. Kürdən də bizdən çox istifadə edirlər, eyni zamanda da çirkəndirirlər”-deyə qeyd edən S.Qarayev bildirdi ki, bütün aidiyyəti ölkələr bu çayın suyundan bərabər şəkildə istifadə etməlidir.

“COP29 Azərbaycanın və regionun ətraf mühitinin müdafiəsi sahəsində yeni istiqamətlər açacaq” 

S.Qarayev hesab edir ki, COP 29 ətraf mühitin müdafiəsində yeni mərhələ açacaq və bu beynəlxalq tədbirdə regionla, qlobal dünya ilə bağlı mühüm qərarlar veriləcək. Müsahibimiz qeyd etdi ki, COP29-un Azərbaycanda keçirilməsi nəticəsində bütün Qafqazda, Xəzəryanı ölkələrdə ekologiyanın, ətraf mühitin müdafiəsi istiqamətində yeni strategiyalar, yeni hədəflər gündəmə gətiriləcək. Ekspert qeyd etdi ki, qlobal iqlim dəyişiklikləri küll halında ətraf mühitə, flora və faunaya ciddi zərbə vurur və bunun təsirlərinin azaldılması üçün COP29 səviyyəsində tədbirlərin keçirilməsi çox əhəmiyyətlidir. “Ölkəmizin təbiətini, ətraf mühiti qorumaq tək bizimlə olmur, bu sahədə ətraf ölkələrlə bu istiqmaətdə yeni müstəvidə əməkdaşlıqlar etməliyik. Əlbəttə, COP29 Azərbaycanın və regionun ətraf mühitinin müdafiəsi sahəsində yeni istiqamətlər açacaq. Dünyanı hədələyən iqlim dəyişikliklərinin təsirinin azaldılması üçün əməkdaşlıq mütləqdir”-deyə S.Qarayev əlavə etdi. 

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.







VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Mədəniyyət Nazirliyi Yasamalda bu fakta görə niyə cinayət işi başlatmadı?..

AŞPA-da Azərbaycanın 10 düşmənindən biri Jurnalistləri Müdafiə Komitəsi imiş...

21 yaşlılara silah hüququ tanımaq kimlərinsə "silah biznesinə" dəstəkdən başqa bir şey deyil...

SON XƏBƏRLƏR

25.01.2025 | 22:36
Türkiyə Suriyada son və risqli hərbi əməliyyatın ərəfəsindədir - Allah saxlasın....

25.01.2025 | 22:00
Əsəd devrildi, sövdələşmə bitdi - Rusiya Suriyanın Tartus limanından geri çəkilir...

25.01.2025 | 20:03
Dünyanın ən iri beynəlxalq depozitar institutu xəbərdarlıq etdi - Rusiya aktivlərinə həbs qoyulsa...

25.01.2025 | 17:35
Rusiya XİN Ukraynada müharibənin 100 günə bitəcəyinə inamı itirir...

25.01.2025 | 17:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Davosda CGTN telekanalına müsahibəsindən görüntülər paylaşılıb - VİDEO

25.01.2025 | 16:59
12 milyard dollar - Qərb sanksiyalarına qarşı Putinlə Paşinyan gizli işbirliyi içindədir...

25.01.2025 | 16:05
Trampın Bakı-İrəvan sülh prosesinə təsir göstərmək imkanları var - bir şərtlə...

25.01.2025 | 14:41
Ermənilər eyforiyada - "Tramp Vardanyanı Bakı məhkəməsindən xilas edəcək"...

25.01.2025 | 13:50
Yaşar Güler Hikmət Mirzəyevi qəbul etdi...

25.01.2025 | 13:17
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən 3 nəfər saxlandı

25.01.2025 | 12:51
Azərbaycanda ev qiymətinə telefon nömrələri satışa çıxarıldı

25.01.2025 | 12:30
İran səfirliyinin müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırıldı

25.01.2025 | 11:43
Şəmkirdə dəhşətli qəza - 5 nəfər öldü...

25.01.2025 | 11:00
Meksika Trampa meydan oxudu - ABŞ təyyarəsinin enişinə icazə verilmədi!

25.01.2025 | 10:30
"Səbail" "Kəpəz"ə, "Sabah" "Sumqayıt"a qarşı

25.01.2025 | 10:20
Ağsuda silahlı narkokuryerlər saxlanılıb

25.01.2025 | 10:11
Prezident İlham Əliyevin Davosda çinli jurnalistlə səmimi söhbəti - VİDEO

25.01.2025 | 10:06
6 minə qədər taksi sürücüsü imtahandan uğurla keçib

25.01.2025 | 10:00
Türkiyədə daha 2 aktyor dindirilmək üçün məhkəməyə çağırıldı

25.01.2025 | 09:52
ABŞ bütün xarici yardımları dayandırdı - Dövlət Departamentindən QƏRAR

25.01.2025 | 09:33
Çinin hibrid və elektrik maşınlarında ağır problemlər üzə çıxır...

25.01.2025 | 09:30
Pentaqonun yeni rəhbəri açıqlandı - içki aludəçiliyində və qadınlara qarşı zorakılıqda ittiham olunurdu...

25.01.2025 | 09:20
Zaqatala sakini ov tüfəngindən açılan atəş nəticəsində ölüb

25.01.2025 | 08:44
Rusiyaya 1.2 dollara pomidor satıb 3 dollara geri alırıq...

25.01.2025 | 00:39
“Trampın 2020-ci ildəki qələbəsi “oğurlanmasaydı” Ukraynada böhran baş verməzdi” - Putin

24.01.2025 | 23:16
Şahbaz Şərif Azərbaycanın müdafiə sənayesi naziri ilə görüşdü

24.01.2025 | 22:40
VULKAN EVLƏNMƏK İSTƏYƏNDƏ DELFİNLƏRİ ELÇİ GÖNDƏRİR?

24.01.2025 | 21:18
Makron Əlcəzairdən üzr istəmək əvəzinə bu ölkənin vətəndaşlarını həbs etdirir...

24.01.2025 | 21:02
Rusiya 800 min əsgər itirib - Tramp şok rəqəm açıqladı...

24.01.2025 | 20:47
Silahın haraya göndərilməsi də dövlət sirri sayılacaq - pərdəarxası incə mətləb...

24.01.2025 | 20:33
Delimitasiyanın ən mürəkkəb mərhələsi başlanır - Ermənistan gərginliyi toqquşmaya çevirə bilər...

24.01.2025 | 20:18
Tramp İranla münasibətləri bir nəfərə tapşırdı - Tehran Zəngəzur dəhlizinin açılmasına razılıq verə bilər...

24.01.2025 | 20:04
Cinayətkarlıqla mübarizə üzrə Koordinasiya Şurasının rəhbəri dəyişdirildi...

24.01.2025 | 19:51
Avropanın qaz dilemması dərinləşir, ABŞ sıxır - Azərbaycan güclənir...

24.01.2025 | 19:39
Həyatına dəyər verən adam bu dietoloqun qrupuna qoşulmaz...

24.01.2025 | 19:25
Ermənistan bu il KTMT-dən rəsmi çıxacaq...

24.01.2025 | 19:12
İqtisadi tərəqqidə sahibkarların yeri və rolu artır...

24.01.2025 | 18:58
Ermənistanın eyni anda Aİ və Aİİ-yə üzvlüyü Mirzoyanla Lavrovu üz-üzə qoydu...

24.01.2025 | 18:45
Bakıda mühakimə edilən Vardanyanın vəkili bu yalanlarla onu daha ağır duruma salır...

24.01.2025 | 18:31
Mədəniyyət Nazirliyi Yasamalda bu fakta görə niyə cinayət işi başlatmadı?..

24.01.2025 | 18:17
Paşinyan Davosda etiraf etdi - Azərbaycan regional gücdür...

24.01.2025 | 18:04
Rusiya və İran sanksiyalarına görə Ermənistanın iqtisadi vəziyyəti ağırlaşacaq...

24.01.2025 | 17:50
Trampın yeni sülh formulu... OPEK-i neft qiymətlərini aşağı salmağa çağırdı – Ukraynada müharibə dərhal bitəcək...

24.01.2025 | 17:44
“Putin Trampla danışıqlara hazırdır, siqnal gözləyirik" - Kreml

24.01.2025 | 17:37
Azərbaycan alimlərinin elmmetrik bazası tələblərə cavab vermir... - MÜSAHİBƏ

24.01.2025 | 17:24
İrəvandan Moskvaya qarşı daha bir gediş - rus sərhədçiləri ABŞ-ın köməyi ilə Ermənistandan çıxarılacaq...

24.01.2025 | 17:17
AŞPA-da Azərbaycanın 10 düşmənindən biri Jurnalistləri Müdafiə Komitəsi imiş...

24.01.2025 | 17:05
Azərbaycanlılara 21 yaşda silah almaq hüququ verildi...

24.01.2025 | 17:02
Xeyirxah əməllər sahibi

24.01.2025 | 16:53
Dövlәt Ehtiyatları Agentliyinin vergidәn yayındığı ortaya çıxdı...

24.01.2025 | 16:45
“Dünya İqtisadi Forumu dünyanın iqtisadi mənzərəsinin formalaşdırılmasında mühüm əhəmiyyət kəsb edir” - Vüqar Rəhimzadə

24.01.2025 | 16:32
Zəlimxan Yaqubun 75 illik yubileyi qeyd olundu

24.01.2025 | 16:25
Ermənistan KTMT-yə dönmək niyyətində olmadığını bəyan etdi – Moskvaya mesaj...

24.01.2025 | 16:17
"Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılmasında nəzərəçarpan irəliləyiş əldə edilib" - Nazir

24.01.2025 | 16:08
Rusiyadan Trampa çağırış – Baydenin Ukrayna səhvlərini düzəldin...

24.01.2025 | 16:05
QƏDİM TƏBABƏTƏ AİD ƏLYAZMALAR NƏŞR OLUNUR

24.01.2025 | 15:58
Dalğıclar dənizdə batma təhlükəsi ilə üzləşən şəxsi belə xilas etdi - VİDEO

24.01.2025 | 15:43
Dələduzluqda təqsirləndirilən şirkət rəhbəri məhkəmədə qandallandı...

24.01.2025 | 15:40
“Bakcell” “İnnovasiyalarla Müxtəlifliyə Doğru” tədbirinə dəstək oldu - FOTO

24.01.2025 | 15:27
Davos Forumu - imkanlarımızı nümayiş etdirmək üçün qlobal əməkdaşlıq platforması

24.01.2025 | 15:26
Vilayət Eyvazov: "Əldə edilmiş müsbət nəticələr Daxili İşlər Nazirliyinin əməkdaşlarını arxayınlaşdırmır"... - FOTO

24.01.2025 | 15:24
"Ötən il İnterpol vasitəsilə axtarışa verilən 118 şəxsin yeri müəyyən olunub" - DİN

24.01.2025 | 15:10
Qəhrəmanlar unudulmur - FOTO

24.01.2025 | 15:00
Minimum əmək haqqı artdı: fərdi sahibkarlar nə qədər sosial haqqlar ödəyəcəklər? - Deputat açıqladı...

24.01.2025 | 14:47
"Aqroservis"in bölmə direktoru həbs olundu...

24.01.2025 | 14:30
Aktauda təyyarə qəzası ilə bağlı istintaqın ilkin nəticələri gələn həftə açıqlana bilər...

24.01.2025 | 14:21
Zərdabda narkokuryerlik edən şəxs saxlandı

24.01.2025 | 14:00
"Fransa hakimiyyəti Kanak xalqının dinc etirazlarını zorakılıqla yatırdı..." - BTQ

24.01.2025 | 14:00
Təyyarə qəzasında xəsarət alanlardan müalicəsi davam etdirilir, 1 nəfərin vəziyyəti ağır stabildir - BİRGƏ MƏLUMAT

24.01.2025 | 13:44
Saatlıda narkotikin təsiri altında avtomobil idarə edən 2 sürücü saxlandı

24.01.2025 | 13:30
"Qəzaya uğrayan AZAL təyyarəsinin ekipajının danışıqlarından “sızmış” məlumatlar “qara qutular”dakılarla uyğun gəlmir" - Kanat Bozumbayev

24.01.2025 | 13:18
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunlarının komandanı ilə görüşdü

24.01.2025 | 13:10
Трамп поставил ультиматум Путину - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

24.01.2025 | 13:05
Bakıda moped və motosiklet oğurlayan şəxslər saxlandı

24.01.2025 | 12:57
Tramp daha bir müddətə ABŞ prezidenti ola bilər - konstitusiyada dəyişiklik təklif edildi...

24.01.2025 | 12:43
Bu xəstəxanalara göndərişsiz, sığorta ilə müraciət etmək olacaq...

24.01.2025 | 12:42
Bakıda oğurluq edən 2 keçmiş məhkum tutuldu

24.01.2025 | 12:30
Avropa İttifaqının “müşahidəçilər"inin sərhəddə aktivliyi səngimir - VİDEO

24.01.2025 | 12:14
Qaradağda oğurluq edən şəxslər saxlandı

24.01.2025 | 12:00
Rusiyadan Kiyevə kütləvi PUA hücumu - 3 nəfər həlak olub

XƏBƏR ARXİVİ

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031