Pensiyaçılara ildə iki dəfə əlavə müavinətin verilməsi təklif edilir...
Pensiyaçılara ildə iki dəfə bayramlar münasibətilə əlavə müavinətin verilməsi təklif edilir. Trend xəbər verir ki, bu təkliflə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentdə hökumətin hesabatının müzakirəsi zamanı çıxış edib.
Komitə sədri bildirib ki, minimum həddə əmək pensiyası alan pensiyaçılarin sosial müdafiəsinin daha da gücləndirilməsi üçün onlara ildə iki dəfə bayramlar münasibətilə əlavə müavinət verilməsi imkanına baxılması yaxşı olar.
Komitə sədri, həmçinin, şəhid övladlarının təhsil güzəştinə tətbiq edilən yaş məhdudiyyətinin götürülməsini təklif edib.
M.Quliyev çıxışında, eyni zamanda, Bakı-Gəncə Ağstafa sürət qatarından qərb bölgənin əhalisinin daha səmərəli istifadəsini təmin etmək üçün biri Bakıdan və digəri Ağstafadan səhər çıxmaq və axşam geri qayıtmaq şərti ilə bu xəttə hər gün 2 qatar buraxılmasını da tövsiyə edib.