Nəzakət Məmmədova: "Çoxcildliyin birinci və ikinci cildləri artıq geniş ictimaiyyətə təqdim olunub"
"Respublika Xatirə Kitabının Vətən müharibəsində həlak olmuş üç min şəhidlə bağlı “44 GÜN – TARİXİ ZƏFƏR” adlı çoxcildliyi də tariximizin qan yaddaşıdır. Məlumat üçün bildirim ki, çoxcildliyin birinci və ikinci cildləri artıq geniş ictimaiyyətə təqdim olunub. Hazırda biz həmin kitabların təqdimatına toplaşmışıq". Baki-xeber.com-un məlumatına görə, bunu Biləsuvar rayonunda keçirilən "44 gün – Tarixi zəfər” adlı kitabın I və II cildinin təqdimat mərasimində Respublika Xatirə Kitabı redaksiyasının baş redaktoru Nəzakət Məmmədova deyib.
N. Məmmədova onu da qeyd etdi ki, kitabda Vətən müharibəsində həlak olmuş şəxslər barədə ensiklopedik məlumat verilib, digərlərinin də adlarının əbədiləşdirilməsi istiqamətində növbəti cildlər üzərində işlər görülür.
İradə SARIYEVA
Biləsuvar