Nəzakət Məmmədova: "Hər cild ötən tarixdən səs-soraq verir"
"Respublika Xatirə Kitabının iyirmiyə yaxın cildi çap olunub. Hər cild ötən tarixdən səs-soraq verir. Əbəs yerə deyil ki, Respublika Xatirə Kitabını yaddaşımızın abidəsi adlandırırıq.
Xalqımıza böyük Zəfər bəxş edən oğullarımızın adlarının əbədiləşdirilməsi Respublika Xatirə Kitabı Redaksiyasının ümdə işidir və redaksiya bu prosesi daim öz üzərində bir məsuliyyət kimi hiss etmiş, bu istiqamətdə araşdırma işləri aparmış və bu ənənəni hazırda da davam etdirməkdədir". Baki-xeber.com-un məlumatına görə, bu fikirləri Biləsuvar rayonunda keçirilən "44 gün – Tarixi zəfər” adlı kitabın I və II cildinin təqdimat mərasimində Respublika Xatirə Kitabı redaksiyasının baş redaktoru Nəzakət Məmmədova deyib.
İradə SARIYEVA
Biləsuvar