Makrona öz ölkəsindən tərs şillə- "seçki kampaniyasının ortasında Rusiya ilə müharibə istəyirsən?!"
"Fransa müxalifəti Emmanuel Makronun Rusiya və Ukraynaya münasibəti ilə bağlı verdiyi müsahibəni həddən artıq sərt hesab edir." Emmanuel Makron martın 14-də TF1 və France 2 telekanallarına müsahibəsində “Rusiya tərəfindən eskalasiya halında Fransanın cavab verməyə hazır olduğunu” deyib.
Fransa prezidenti, həmçinin hazırkı vəziyyətdə Ukraynaya qoşun göndərməyə ehtiyacın olmadığını bildirsə də, belə bir qərarın verilə biləcəyini istisna etməyib. Sağ mərkəzçi Respublikaçılar partiyasının sədri Erik Siottinin fikrincə, prezidentin müsahibədəki tonu Avropa Parlamentinə seçkilərdə partiyasının mövqeyini yaxşılaşdırmağa hesablanıb.
“Emmanuel Makron Avropa kampaniyasının ortasında Rusiya ilə müharibə etmək istəyir, yoxsa siyasi məkanı doldurmağa çalışır? Ukraynanı dəstəkləmək lazımdır, lakin seçki məqsədləri üçün potensial qlobal münaqişəni alovlandırmaq olmaz”, - siyasətçi sosial media hesabında belə yazıb.
Mətləb