"COP29 iqlim dəyişmələri ilə bağlı atılacaq addımlara mühüm töhfə verəcək"
"Dünya iqlim dəyişmələri ilə bağlı bizim təcili cavab tədbirlərimizi səbirsizliklə gözləyir. Azərbaycan COP29-a ev sahibliyi edəcək. COP29 iqlim dəyişmələri ilə bağlı atılacaq addımlara mühüm töhfə verəcək. COP29 ərəfəsində biz maliyyəni buraya cəlb etməliyik."
Bu sözləri BMT-nin İnkişaf Proqramının Administratoru Açim Steyner XI Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Yaxşı sözlərdən yaxşı hərəkətlərə keçmək: COP29 üçün hansı məqsədlər qoymaq olar” mövzusunda panel iclasında çıxışı zamanı deyib.
O bildirib ki, iqlim dəyişmələrinə qarşı daha çox irad bildirmək lazımdır. Eyni zamanda, dünya bir razılığa gəlməlidir, kollektiv şəkildə tədbirlər görməlidir. “2024-cü ildə bütövlükdə iqlim dəyişmələri məsələsi milli dayanıqlı inkişaf məqsədlərində öz əksini tapır. Çox ölkə artıq bərpaolunan enerjiyə keçid edib”,- deyə Açim Steyner əlavə edib.
Mətləb Salahov