Xəzər rayonununda 40 yaşlı piyadanı maşın vurub
Bakının Xəzər rayonununda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Şağan qəsəbəsində yolu keçən 1983-cü il təvəllüdlü Ağayev Rauf Əli oğlunu avtomobil vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.
Mətləb