KÖHNƏ VERSİYA            

ŞƏHİD KAPİTAN İMRAN QURBANOV.....Kamalə Abıyeva yazır....

Image

Müharibədən yazanda heyrətə gəlirəm. Qarışıq hisslər yaşayıram: dərd, sevinc, çarəsizlik, qürur... Bir də qorxu... Mühabribənin dəhşətləri qorxudur. “Onlar necə olub” hissi qorxudur. Necə olub onlar? İlk hücuma keçən tank batalyonundakı igidlər necə olub? Bu mexanikləşdirilmiş batalyonun komandiri talış balası kapitan Şahnur Hüseynov döyüşə getməyə bilərdi. Onun haqqında müharibə ilində yazmışdım. Rəhbərlik etdiyi 3 bölüklə Ohanyan səddini yaran qəhrəmanımızdan yazanda bölüklərdən birinin komandirinin İmran Qurbanov olduğunu bilmirdim amma. İlk azad etdikləri Füzulinin Qaraxanbəyli kəndinin qələbə müjdəsini verənlər onlar olub: batalyon komandiri Şahnur Şahin oğlu Hüseynov və müavinləri kapitan İmran İlqar oğlu Qurbanov, Səddam Fəzail oğlu Musayev. 

Döyüş zamanı 3 dəfə yaralanan, ikisində döyüşdən çıxmayan, 3-cü dəfə ağır yaralanmadan sonra gözlərini hərbi hospitalda açan Səddama “möcüzədi sağ qalmanız” deyirəm. Onunla danışmağım da möcüzədi: Elədi, sağ qalmağım möcüzədi. Ən böyük möcüzə səddi yarmağımız oldu. İlk döyüş həlledici idi. Düşmənə kürək çevirə bilməzdik. İlk qələbə xəbərini biz verdik. İlk döyüş önəmliydi. Düşmən güclü müqavimət göstərsə də, döyüş tapşırığını yerinə yetirdik. Amma nə komandir, nə də İmran dayanmadı. İrəli getdilər. İlk gündə bir-neçə kənd azad olundu. İmran çox səriştəli, çox savadlı, qorxmaz zabit idi. Füzulinin , Cəbrayılın ilk azad olunan kəndləri onların igidliyidir.

Ölümün üstünə gedib qələbə çalmaq varmış. Kapitan Şahnur Hüseynovun rəhbərliyi ilə hücuma keçən 181 hərbi hissənin 2- ci mexanikləşdirilmiş batalyonu Ohanyan səddini yarır. Böyük Qələbəyə yol açır. Əslində onlar öndə getməyə bilərdilər, məsafədən döyüşü idarə etmək idi onların vəzifəsi. Hər bölüyün komandiri vardı: Zaur Zeynalov, Güloğlan Qədimov, Orxan Xankişiyev. “Hərbinin öz qanunları var” düşünsək də, elə hərbiçi olmaq da ürək istər. Savaşın önündə getmək kimi ürək istər. Onlar getdilər.     

İmran Qurbanov 23 may 1989-cu ildə Bakı şəhəri Sabunçu rayonunun Ramana qəsəbəsində dünyaya gəlmişdi. 1996-2003-cü illərdə Ramanadakı Fikrət Tağıyev adına 72 nömrəli  riyaziyyat təmayüllü liseydə təhsil alıb. Hamı kimi məktəbli ömrü yaşayıb İmran. Hər birimizin  tərcümeyi – halı eyni səpgidə başlayır. Böyüdükcə bu tərcümeyi-halı özümüz yazırıq. Fərqli olur yazdıqlarımız-yaşadıqlarımız. Hamı kimi təhsilə başlasa da həyatını fərqli görür. İncəsənətə marağı olsa da, musiqi məktəbinə getsə də, gözəl tar çalsa da hərbiçi olmağa qərar verir. 2003-cü ildə C. Naxçıvanski adına hərbi liseyə sənəd verir və imtahanlarda ən yüksək bal toplayanlardan biri olur iki bacının yeganə qardaşı.

Anası Sədaqət xanım Qurbanova BDU-nin məzunudu. 28 il kimya-biologiya müəllimi işləyib: Hərbini sevirdi. Naxçıvanskiyə daxil olanda necə sevinirdi! Həmişə “mən Qarabağı azad edəcəyəm”- deyərdi. 

Sonra Heydər Əliyev adına Ali Hərbi Akademiyanın tələbəsi olur. Bununla da kifayətlənmir İmran Qurbanov. Sevib seçdiyi peşənin əsil peşəkarı olmaq istəyən  İmran İlqar oğlu 2010-cu ildə Azərbaycan Silahlı  Qüvvələrinin Təlim Tədris mərkəzində də təhsil alır. Burda “Zabit ixtisas kursu”nu leytenant rütbəsi ilə başa vurur. 2011-ci ildə leytenant İmran Qurbanov Füzuli rayonunda taqım komandiri kimi xidmətə başlayır. 9 il burada öz vəzifə borcunu yerinə yetirir.  Bu illərdə “Tank taqımının komandiri, Tank bölüyünün komandiri, “Mexanikləşdirilmiş tabor (BMP-2) komandirinin müavini vəzifələrində olur.Tərcümeyi halına məsuliyyətli, savadlı, peşəkar zabit kimi ən gözəl sözlər yazılır qəhrəmanımın. İmran Qurbanov 24 iyun 2014-cü ildə Silahlı qüvvələrin baş qərargah rəisinin əmri ilə Baş leytenant, 2019-cu ildə kapitan rütbəsinə yüksəlir.

2016-cı ildə aprel döyüşlərində də öz igidliyi, hərbiçi məharəti ilə seçilir İmran.

Daim fərqlənən İmran Beyləqana tabor komandirinin müavini kimi göndərilir.

Xidmət müddətində “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi”, “Azərbaycan Ordusunun 100 illiyi” ,”Qüsursuz xidmətə görə” 3-cü dərəcəli  medalları ilə təltif olunur. 

2020-ci ilin sentyabrında İkinci Qarabağ savaşı... 

27 sentyabrda tabor komandirinin müavini olan İmran Qurbanov Şahnur Hüseynovun rəhbərlik etdiyi ilk hücuma keçən taborda idi. Öz qrupu ilə birlikdə döyüşə başlayır. Füzuli kəndinin Qaraxanbəyli uğrunda döyüş tapşırığını yerinə yetirir. 5-6 postu ələ keçirir. Düşmənin xeyli canlı qüvvəsini məhv edirlər. Qrupdan bir-neçə yaralı qalır. Bütün qrup üzvləri, Şahnur və İmran da şəhid olur. Şahnur Hüseynov öz doğma elində Astaranın Ərçivan qəsəbəsində dəfn olunur.İmransa tapılmır.

-İlk günlərdə hücuma keçmək, döyüşmək daha çətin olub deyir Caamal Maqsud oğlu Quliyev. 

1996-cı ildə həqiqi hərbi xidmətdən sonra 1997-ci ildə “Gizirlər kursu”nu bitirib. 21 il Milli Orduda vətənə xidmət edib. 706 nömrəli hərbi hissənin əlahiddə tank bölüyünün baş texniki baş gizir 2016-cı il döyüşlərində yaralanan vətən qazisi Camal Quliyevin söylədikləri: Ömrümüz boyu çox adamlar tanıyırıq, ünsiyyətdə oluruq, bir yerdə işləyirik... Amma İmran kimi adamlar az olur. Çox aylarımız, illərimiz birlikdə keçib. Onu kursant olduğu vaxtdan tanıyırdım. Sonra Füzulidə xidmət zamanı da birlikdə olduq. 706 nömrəli hissədə birlikdə xidmət keçmişik. Bir yerdə olurduq həmişə. Peşəkarlığı, təmkini, cəsurluğu həsəd doğururdu. Bölük komandiri idi. Amma özü elə bir bölüyü əvəz edə bilərdi.

Mən Azərbaycanı hədsiz sevirəm. Vətənimə çox bağlıyam. Amma hərbiçi olmağa qərar verənlər məndə fərqli duyğular yaradır. Mənə elə gəlir ki, onlar vətəni daha çox sevənlərdi.

Savaşdan sonra “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə”, “Vətən uğrunda” medalları ilə təltif olunan, dövlətinə, bayrağına sədaqətlə xidmət edən kapitan İmran Qurbanov “Azərbaycan Bayrağı “ ordeninə layiq görülüb.

Füzulinin azad olunması uğrunda döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olan İmranın nəşi qələbədən sonra da tapılmır. Komandiri Şahnur atası Şahin Hüseynovun yuxusuna gəlir. Şahin Hüseynov özü də hərbiçidi. Sovet Ordusunda xidmət edən Şahin Hüseynov Birinci Qarabağ savaşı zamanı Belqraddan vətənə dönür. Füzulidə hərbi xidmətinə davam edir: İmran Qurbanovla 2012-2015-ci illərdə eyni hərbi hissədə xidmət etmişəm. 047 nömrəli hərbi hissədə tağım və bölük komandiri olub. Gənc olmasına baxmayaraq seçilən zabitlərdən idi. İnsan kimi də səmimiliyi, dürüstlüyü, saflığı ilə fərqlənirdi. Övladım kimi əziz idi. Nə çətinliyi olsa, mənimlə bölüşərdi. Sonra 706 nömrəli hərbi hissəyə göndərildi, amma zəngləşirdik.  2020-ci ildə oğlum Şahnurla  181-də xidmət edib. Bir gün zəng etdi ki, məni Şahnura müavin təyin ediblər. Çox sevinirdik. Bir-birinə tapşırmışdım onları. Şahnur şəhid olanda İmranın şəhid olduğundan xəbərsiz idim. Bir müddət sonra Şahnur yuxuma gəldi,“İmranı niyə götürmürsüz, o, Xocavənd tərəfdədi” – dedi. O günlərdə Səddam da bizə gəlmişdi. Şahnur onun da yuxusuna gəlirmiş. “Yuxuda məni boğur, İmranın yerini göstərir, niyə tapmadığımızı soruşur-dedi Səddam. Demə, İmran tapılmırdı. Onun ölüm xəbəri də məni çox sarsıtdı. Elə bil Şahnuru ikinci dəfə itirdim.”  

İnanılmaz kimidir, amma həqiqətdir. Ağıl lazımdı qavrasın. Ürək lazımdı dözsün. Nə böyük ürəkləri varmış bu igidlərin...  Dekabrın 11-də Şahnurun narahat ruhu rahatlıq tapır-tapılır İmran. İndi o, İkinci Fəxri Xiyabanda döyüş dostlarının yanındadır.

Düşünürsən: bu boyda ürək sahibləri ilə bir torpaqda yaşamışıq, eyni havanı udmuşuq, amma onlardan xəbərsiz olmuşuq. Bir də düşünürsən ki, belə oğulları olan xalqın övladı olmaq nə böyük xoşbəxtlikdi.

KAMALƏ ABİYEVA








VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Təyyarə qəzasından əvvəl bəzi Qroznı məmurları açıq cinayətə yol verdilər...

"Qalıqlar və şahid ifadələri deməyə əsas verir ki, təyyarəyə kənar müdaxilə olub" - Nazir

Təyyarə qəzasının qurbanlarına milli hüzn - cəmiyyətimizin mənəvi güc göstəricisi...

SON XƏBƏRLƏR

28.12.2024 | 16:29
Kuklaçıların bayram sovqatı

28.12.2024 | 16:03
Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

28.12.2024 | 15:27
İşə bərpa etmək, təqaüd, sosial yardım düzəltmək vədi ilə dələduzluq edən şəxs yaxalandı

28.12.2024 | 15:05
Bəşər Əsədin əmisinin gəlini və qızı saxta pasportla qaçarkən Livanda yaxalandı...

28.12.2024 | 15:03
Minsk Qrupunu saxlamaq cəhdi gülünc bir hərəkətdir - Ramilə Dadaşova yazır...

28.12.2024 | 14:47
Azərbaycan Rusiya vətəndaşlarının müvəqqəti qalma müddəti ilə bağlı qaydalarda dəyişiklik edir

28.12.2024 | 14:29
Prezident “Konstitusiya və Suverenlik İli” ilə bağlı paylaşım etdi - FOTO

28.12.2024 | 14:12
“TikTok”da oyunlar təşkil edən şəxs 20 sutka inzibati həbs olundu

28.12.2024 | 13:58
Külli miqdarda dövlət vəsaitini talayan mütəşəkkil dəstənin işi məhkəməyə göndərildi

28.12.2024 | 13:45
MEDİA onlayn və çap mediasına dəstək müsabiqəsinin nəticələrini açıqladı - FOTO

28.12.2024 | 13:34
26 azərbaycanlımın əsl QATİLİ KİMDİR?

28.12.2024 | 13:18
2025-ci il Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan edildi - SƏRƏNCAM

28.12.2024 | 12:56
Yanvarın 1-dən maaşlar 400 manatdan az ola bilməz - Nazirlik işəgötürənlərə müraciət etdi

28.12.2024 | 12:43
Azərbaycanda ilk dəfə “Tat dili” dərslikləri hazırlanıb

28.12.2024 | 12:30
Azərbaycan təyyarəsinin vurulmasından sonra ölkələr Rusiyaya uçuşları ard-arda dayandırır...

28.12.2024 | 11:20
Biləsuvarda narkotika "alverçiləri" saxlanılıblar

28.12.2024 | 11:15
Şamaxıda bir ailənin üç üzvü dəm qazından zəhərlənib

28.12.2024 | 11:05
İsrail Qəzzada minaları kamikadze maşınlarla təmizləyir

28.12.2024 | 11:00
Bu gün Naxçıvanın bir neçə kəndində işıq olmayacaq

28.12.2024 | 10:30
“ASAN xidmət” və “ASAN kommunal” bu günlərdə işləməyəcək - əhaliyə xəbərdarlıq

28.12.2024 | 10:20
Çin və İran XİN rəhbərləri görüşüblər

28.12.2024 | 10:15
Rusiya hava məkanı çöküşdə - Kazan aeroportu da fəaliyyətini dayandırdı

28.12.2024 | 10:08
Bayram günlərində bu qaydalara əməl edək - Səhiyyə Nazirliyindən əhaliyə XƏBƏRDARLIQ

28.12.2024 | 10:00
Pasportunu yandırdı, 5 il həbs cəzası aldı - Rusiyada "müğənni ovu" davam edir..

28.12.2024 | 09:34
Prezident İlham Əliyev Bakıda kommunal xidmət göstərəcək müxtəlif xüsusi təyinatlı nəqliyyat vasitələri ilə tanış olub - FOTO/YENİLƏNDİ

28.12.2024 | 09:30
İctimai fəal Şahin Əhmədov Rusiya hava məkanındakı son vəziyyət barədə yazır

28.12.2024 | 09:25
Mərc oyunlarının məskəni Tik-Toka köçürüldü...

28.12.2024 | 09:20
"Fənərbağça" və "Barselona"dan məğlubiyyət

28.12.2024 | 09:10
Fransa portalı azərbaycanlı pilotlardan yazdı - "həqiqi möcüzə göstərdilər"

28.12.2024 | 09:05
Suriya hadisələri Türkiyə - Rusiya münasibətlərini soyutdu, Slovakiya meydana düşdü...

28.12.2024 | 09:00
Kürdəmirdə 2 avtomobil toqquşub, bir sürücü ölüb

28.12.2024 | 08:41
Ünvanlı yardımın məbləği və yardım alanların sayı çoxaldı...

27.12.2024 | 23:11
Çeçenistan Təhlükəsizlik Şurasının katibi Həmzət Kadırov təyyarəmizin necə vurulduğunu bilir...

27.12.2024 | 22:53
Ceyhun Bayramovla Hakan Fidan arasında telefon danışığı olub

27.12.2024 | 22:40
Türkiyə Azərbaycana təyyarə faciəsinin araşdırılması üçün nümayəndə heyəti göndərdi

27.12.2024 | 22:27
Türkiyə səfirliyinin nümayəndələri təyyarə qəzası qurbanlarının xatirəsini yad etdi

27.12.2024 | 21:50
Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

27.12.2024 | 21:23
Mexaniki qaz sayğaclarının yenidən qaytarılmasında marağı olanlar var...

27.12.2024 | 21:09
Putin "30 milyon(?) Suriya kürdünə dövlət" istəyir...

27.12.2024 | 20:54
“Arsax erməni qartalı” - saxta xalçaşünaslığa yeni ornament uydurdular...

27.12.2024 | 20:40
Zelenski Prezident İlham Əliyevə başsağlığı verdi

27.12.2024 | 20:39
Əsədin tör-töküntüləri Suriyanı İraqın gününə salmağı hədəfləyir...

27.12.2024 | 20:25
Britaniya Əsma Əsədin Suriyada qanlı cinayətlərinin ortağına çevrilə bilər...

27.12.2024 | 20:15
Təyyarə qəzasında həlak olan digər 22 nəfərin meyiti zəruri tədbirlər bitdikdən sonra Azərbaycana gətiriləcək

27.12.2024 | 20:12
Bakı 2020-ci il helikopter səhvinə görə üzr istəmişdi, indi eyni hərəkəti Moskvadan gözləyir...

27.12.2024 | 20:03
Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmış Dövlət Komissiyasının növbəti iclası keçirildi - FOTO

27.12.2024 | 19:58
ATƏT-in Minsk qrupu sülhə qarşı daha ciddi əngələ çevrildi...

27.12.2024 | 19:45
Tramp Baydenin son qərarlarını ləğv edəcək - "Monro doktrinasına" qayıdış...

27.12.2024 | 19:31
Əkin sahələrini kəsib pambığa veririk - pambıq isə hər il azalır, niyə?

27.12.2024 | 19:17
İrəvanda Paşinyan-kilsə ssenarisi yenidən başladı - keşiş Baqrat yeni rolda...

27.12.2024 | 19:04
Paşinyan müharibə qızışdıran katolikosu 2-ci dəfə İTV efirinə buraxmadı...

27.12.2024 | 18:51
Bakıda saxta estetik cərrah əməliyyatı - Səhiyyə Nazirliyinin şöbə müdiri həbs olundu...

27.12.2024 | 18:47
Azərbaycanda 2-ci katolik kilsəsi tikilir...

27.12.2024 | 18:33
Rusiya ən yüksək səviyyələrdə Ukrayna ilə gələn il sülh danışıqlarına hazırlaşır - rəsmi...

27.12.2024 | 18:20
Xaricdən Azərbaycana pul köçürmələri az qala 1 milyard azaldı...

27.12.2024 | 18:15
Rəşad Nəbiyev qəzaya uğrayan təyyarə ilə bağlı Rusiyanın iddiasını rədd etdi - partlayış səsləri kənardan gəlib...

27.12.2024 | 18:06
Təyyarə qəzasından əvvəl bəzi Qroznı məmurları açıq cinayətə yol verdilər...

27.12.2024 | 17:56
İordaniya Kralı Prezident İlham Əliyevə başsağlığı verib

27.12.2024 | 17:53
Makronun Ukrayna mövzusunda Rusiya ilə separatçı xəyanətini açdılar...

27.12.2024 | 17:47
"Yeni Klinika" təyyarə qəzasında yaralananların vəziyyətini açıqladı...

27.12.2024 | 17:46
Nazirlik saxta estetik cərrahlarla bağlı hərəkətə keçdi - Xüsusi Təftiş Komissiyası yaradıldı, sənədlər yoxlanacaq...

27.12.2024 | 17:34
Azərbaycanın dəmiryol daşımaları xeyli azalıb - halbuki şərtlər dəyişməyib...

27.12.2024 | 17:33
"Minalardan Üzümlüklərə: Müharibədən Sonra Azərbaycanda Bərpa Səyləri"-Forbes Yazır...

27.12.2024 | 17:30
Sahibə Qafarova Qazaxıstan parlamentinin sədri ilə danışdı...

27.12.2024 | 17:25
"Qalıqlar və şahid ifadələri deməyə əsas verir ki, təyyarəyə kənar müdaxilə olub" - Nazir

27.12.2024 | 17:25
"Gənc Bələdçi" layihəsi yekunlaşıb

27.12.2024 | 17:20
Təyyarə qəzasının qurbanlarına milli hüzn - cəmiyyətimizin mənəvi güc göstəricisi...

27.12.2024 | 17:15
Ukrayna təyyarə qəzasının ədalətli və qərəzsiz araşdırılmasına çağırdı...

27.12.2024 | 17:12
AZAL qəzaya uğrayan təyyarəyə kənar müdaxilə olduğunu təsdiqlədi - Rusiyanın 10 aeroportuna uçuşlar dayandırıldı

27.12.2024 | 17:04
“Bayraktar Teknoloji Azərbaycan”ın rəhbər heyəti BMU-da olub

27.12.2024 | 17:00
Rusiya Belarus ərazisinə 10 “Oreşnik” raket kompleksi yerləşdirəcək...

27.12.2024 | 16:47
Sudanın Suveren Keçid Şurasının Sədri Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

27.12.2024 | 16:44
Şəhid polis əməkdaşlarının xatirəsinə həsr olunmuş cüdo üzrə çempionat keçirildi

27.12.2024 | 16:33
Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

27.12.2024 | 16:26
GUAM-ın Baş katibi Prezident İlham Əliyevə başsağlığı verdi

27.12.2024 | 16:25
Nazarbayev Prezident İlham Əliyevə başsağlığı məktubu göndərib

27.12.2024 | 16:20
"AZAL-ın təyyarəsində oksigen balonunun partlaması barədə məlumat Rusiyadan verilib" - Qazaxıstan

27.12.2024 | 16:16
“Azərbaycan Sənaye Korporasiyası” ləğv edildi - SƏRƏNCAM

27.12.2024 | 16:14
Azərbaycan və Qazaxıstan prezidentləri arasında telefon danışığı olub

27.12.2024 | 16:10
Bələdiyyələr də qrant ala biləcəklər - qanunda dəyişiklik edildi

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031