"Qeydiyyatdan keçən beynəlxalq müşahidəçilərin sayı 800-ə çatır" - MSK sədri
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib ki, növbədənkənar prezident seçkiləri ilə əlaqədar 80 minə yaxın müşahidəçi qeydiyyatdan keçib. O bildirib ki, ölkədə 6300-dən çox seçki məntəqəsi var: "Hər məntəqəyə 15-ə qədər müşahidəçi düşür. Əsas məqsəd odur ki, müşahidəçilər fəal olsunlar, müəyyən məsələlərə müdaxilə etmək səlahiyyətləri var".
M.Pənahov söyləyib ki, beynəlxalq müşahidəçilərin sayı 800-ə çatır. Onun sözlərinə görə, müşahidəçilər ATƏT, MDB və digər beynəlxalq təşkilatları təmsil edir: "Xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, eləcə də, MSK-nın dəvət etdiyi komissiyaların rəhbərləri və nümayəndələri də var".
Mətləb Salahov