"Erməniəsilli seçicilər də səsvermədə Azərbaycan vətəndaşı kimi iştirak edə bilərlər" - MSK sədri
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında bəyan edib ki, erməniəsilli seçicilər də səsvermədə Azərbaycan vətəndaşı kimi iştirak edə biləcəklər.
Onun sözlərinə görə, əsas olan seçicidir və onlar arasında fərq qoyulmur: "Qadınlar, kişilər, xaricdə yaşayanlar, Azərbaycandakı vətəndaşlar da səsvermdə eyni hüquqa malikdir. Azərbaycan vətəndaşı olan bütün milli azlıqlar eyni hüquqlara sahibdir, onların heç birinin üstünlüyü yoxdur".
Mətləb Salahov