Lüksemburq 30 ildən sonra yenidən "Avroviziya"ya qatıldı
"Avroviziya 2024"ün daha bir iştirakçısının adı bəlli olub. Belə ki, Lüksemburqu yarışmada təmsil edəcək təmsilçinin adı açıqlanıb. Tali adlı ifaçı ölkəsini müsabiqədə "Fighter" adlı mahnı ilə təmsil edəcək. Xatırladaq ki, Lüksemburq sonuncu dəfə müsabiqədə 1993-cü ildə təmsil olunub.
Qeyd edək ki, bu il yarışma İsveçin Malmö şəhərində keçiriləcək. Birinci və ikinci yarımfinallar 7 və 9 may tarixlərində, final isə 11 may 2024-cü ildə planlaşdırılıb.
Mətləb Salahov