KÖHNƏ VERSİYA            

Azərbaycanın xarici borcu azalır - daxili borc sürətlə artır...

Image

Bu günlərdə Maliyyə Nazirliyi Azərbaycanın dövlət və icmal büdcəsinin icrasına dair ötən ilə aid məlumatları açıqlayıb. Açıqlanan rəqəmlərə görə, 2023-cü ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 35 milyard 575 milyon manat, yəni büdcə hazırlanarkən qoyulan proqnozlardan 1.7 milyard manat və ya 5 faiz yüksək olub.

Nazirlik qeyd edir ki, qeyri-neft sektoru üzrə daxilolmalar dövlət büdcəsi gəlirlərinin 49 faizini təşkil edib. Bu da proqnoza nisbətən 1,3 faiz çoxdur. Ümumiyyətlə, ötən il büdcənin 17 milyard 418,4 milyon manat məbləğində gəliri qeyri-neft sektoru üzrə olub. Bu da proqnozla nəzərdə tutulduğundan 7,8 faiz çoxdur. Ötən il ölkədə həm vergi, həm də gömrük daxilolmaları proqnozu üstələyib.  Vergi daxilolmaları və dövlət rüsumları üzrə dövlət büdcəsinə ümumi gəlirlərin 45,3 faizi həcmində və ya 16 milyard 126,7 milyon manat vəsait daxil olub. Həmin vəsaitin 60,2 faizi və ya 9 milyard 707,9 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşüb. Gömrük rüsumları və Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə vergi və digər gəlirlər üzrə dövlət büdcəsinə ümumi gəlirlərin 17,8 faizi həcmində və ya 6 milyard 337,8 milyon manat vəsait daxil olub. Bu da proqnoza nisbətən 609,8 milyon manat və ya 10,6 faiz çoxdur. Ötən il dövlət büdcəsinin gəlirləri proqnozdan çox olsa da, büdcənin xərcləri, əksinə, proqnozdan 0.5 faiz geri qalıb. Toplam 36.4 milyard manat xərcləndiyindən sonda büdcə kəsiri yaranıb. Xərclər gəlirləri təxminən 1 milyard manata yaxın qabaqlayıb. Ötən il bəzi istiqamətlərdə xərclər 2022-ci illə müqayisədə daha çox artıb. Məsələn, müdafiə xərcləri 993 milyon manat və ya 20 faiz, təhsil xərcləri 428 milyon manat və ya 11.6 faiz, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanları üzrə xərclər 305 milyon manat və ya 12.9 faiz artıb. Ötən il işğaldan qurtulmuş ərazilərin yenidən qurulmasına dövlət büdcəsindən 5 milyard 588 milyon manat sərf edilib. Büdcə xərclərinin təxminən 15 faizi Qarabağdakı işlərə yönəldilib. Bu vəsait isə “Azadlıq” radiosunun məlumatına əsasən, bir neçə mənbə hesabına təmin edilib. Onun 4 milyard 800 milyon manatı büdcədən birbaşa Qarabağdakı bərpa işlərinə ayrılıb. Daha 145 milyon manat Azərbaycan prezidentinin ehtiyat fondundan, 33 milyon manatı dövlət əsaslı investisiya qoyuluşu xərclərindən, daha 465 milyon manatı isə büdcədəki digər mənbələrdən təmin edilib. Ötən il dövlət büdcəsindən ən çox vəsait xərclənən istiqamətlərdən biri də müdafiə və milli təhlükəsizlik xərcləridir. 2023-cü ildə bu istiqamətdə toplam 7 milyard 168 milyon manat xərclənib. Beləliklə, ötən il büdcə xərclərinin təxminən 20 faizi müdafiə və milli güvənliklə bağlı olub. Büdcə xərclərinin təxminən 35 faizi Qarabağın yenidən qurulmasına və müdafiəyə sərf edilib. 2023-cü ilin dövlət büdcəsindən prezidentin ehtiyat fonduna ayrılan 300 milyon manatın 79 faizi və ya 237 milyon manatı ölkənin əsas avtomobil yollarının yenidən qurulmasına, abadlıq və tikinti işlərinin aparılmasına ayrılıb. Prezidentin ehtiyat fondundan daha 59 milyon manat sosial müdafiə, sosial təminat, mədəniyyət, idman, informasiya və bu kimi digər sosial tədbirlər üçün xərclənib. Ötən ilin dövlət büdcəsindən səkkiz rayona dotasiya ayrılıb. Bunun səbəbi həmin rayonlarda yerli gəlirlərin yerli xərcləri qarşılamamasıdır. Bu səkkiz rayondan altısı ərazisi işğala məruz qalmış rayonlardır. Qarabağdan başqa cəmi iki rayonda yerli gəlirlər yerli xərcləri qarşılamayıb. Həmin rayonlar Lerik və Yardımlıdır.

Büdcə ilə bağlı daha bir maraqlı məqam borclarla bağlıdır. Qeyd edək ki, Maliyyə Nazirliyi 2024-cü il yanvarın 1-nə dövlət borcuna dair göstəriciləri də açıqlayıb. Həmin göstəricilərə görə, bu ilin əvvəlinə Azərbaycanın xarici dövlət borcu 6.5 milyard dollar olub. Ötən il boyunca Azərbaycanın xarici dövlət borcu 213 milyon dollar azalıb. Həmin borc ümumi daxili məhsulun 9 faizi qədərdir. 2023-cü ildə büdcədən xarici dövlət borcu ilə əlaqədar 772 milyon manat xərclənib. Bunun 518 milyon manatı faiz ödənişinə gedib. Ötən il beynəlxalq təşkilatlarla bağlanan sazişlər əsasında dövlət 148 milyon dollar yeni kreditdən yararlanıb. 2023-cü ildə xarici dövlət borcu azalsa da, daxili borcun həcmi kəskin artıb. Həmin il başlarkən Azərbaycanın daxili dövlət borcu 4.2 milyard səviyyəsində idi. İlin sonunda bu rəqəm 15.8 milyard manata yüksəlib, yəni 11.6 milyard manat və ya 3.8 dəfə artıb. Artım bir neçə səbəbdən qaynaqlanır. Bunlardan biri 9.3 milyard manat məbləğində dövlət zəmanətli öhdəliklərin dövlət borcuna aid edilməsidir. Bununla yanaşı, o da bəllidir ki, son illər Azərbaycanda xarici dövlət borcunun daxili borcla əvəzləşdirilməsi siyasəti aparılır. Bu məqsədlə dövlət istiqrazları buraxılır. Belə artımlar nəticəsində Azərbaycanın daxili dövlət borcunun ÜDM-ə nisbəti 3.1 faizdən 12.9 faizə yüksəlib. 2023-cü ildə dövlət büdcəsindən daxili dövlət borcu ilə əlaqədar 260 milyon manat xərclənib. Bu vəsaitin hamısı daxili dövlət borcunun faiz ödənişləridir. Göründüyü kimi, Azərbaycan xarici dövlət borcu sahəsində davamlı şəkildə müsbət göstəricilər əldə edir. Bu, xarici dövlət borcunun daxili dövlət borcu ilə əvəzlənməsinin, dövlət borcunun idarəsi üzrə strategiyanın uğurla gerçəkləşdirilməsinin nəticəsidir. Bu məsələdə “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya” sənədi əhəmiyyətli rol oynayıb.  Burada strateji məqsəd kimi daxili borcalmanın artırılmasına üstünlük verilməklə, xarici borcalmanın tədricən azaldılması hesabına məzənnə riskinin aşağı salınması, faiz dərəcələrinin artım riskinin qarşısının alınması məqsədilə dəyişkən faizli borcların sabit faizli borclarla əvəzlənməsi nəzərdə tutulur.

Ramil QULİYEV







VİDEO

Konqresmen Pallone Bakıdan qaçdı və ABŞ da “tünd sirkə kimi partladı”... - VİDEO

Pezeşkian Şahin Mustafayevlə görüşdə səhv etdi, ermənilər isə səhvdən yapışdı... - VİDEO

Türk dövlətlərinin vahid xəritə qərarı Rusiyada təşvişə səbəb oldu... - VİDEO

Dilimizin Monitorinq Mərkəzi niyə ləğv edildi... Prezidenti məcbur buraxan nüanslar...

Belçika parlamentindən Azərbaycana absurd tələb - “qoşunlarınızı Ermənistandan çıxarın!..”(?)

Ermənistan Azərbaycanla "Transsərhəd çaylar" əməkdaşlığında maraqlı deyil...

SON XƏBƏRLƏR

23.11.2024 | 21:28
Borrel “Putinlə Trampı danışıqlar masasında əyləşdirmək istəyir”...

23.11.2024 | 21:25
COP29-a təzyiq yolunun sonu - Bayden kürsünü də, Sülh mükafatını da itirdi...

23.11.2024 | 21:15
27 il sonra Kəlbəcər ermənilərin “göz dağına” çevrildi...

23.11.2024 | 21:01
Üç Benilüks ölkəsindən Azərbaycana eyni məzmunlu böhtan həmləsi - bəlkə səfirlər toplaşsın?..

23.11.2024 | 20:47
“İlham Əliyev deyib ki, saqqalını qırx” - Paşinyana yeni hücum...

23.11.2024 | 20:33
Makron Fransanı daha bir ölkədə biabırçı duruma düşürdü...

23.11.2024 | 20:19
Bakıda "Azərbaycan İrəvanı" günləri erməniləri ifşa edir...

23.11.2024 | 20:06
Azərbaycan iqlim maliyyə iddiasını konkret ortaya qoydu - ildə 250 milyard, Afrikadan dəstək - "biz trilyonlar tələb edirik"

23.11.2024 | 19:52
İlk erməni sputniki Azərbaycanda nələrin fotosunu çəkib?..

23.11.2024 | 19:38
Dizel yanacağı istehsalının bu qədər artımı nə ilə bağlıdır?..

23.11.2024 | 19:26
COP-a ev sahibliyini çoxları edə bilər, onu yarıtmaq isə... Azərbaycan nümunəsi...

23.11.2024 | 19:14
COP29 "yaşıl eraya" uğurlu keçidin mühüm platforması kimi özünü təsdiqlədi....

23.11.2024 | 19:01
Azərbaycançılıq mükəmməl milli ideologiya kimi ölkənin tərəqqisini daha dinamik hala gətirir

23.11.2024 | 18:47
"Qlobal Cənub QHT Platforması" nədir - Azərbaycan COP-da növbəti addımını atdı...

23.11.2024 | 18:33
Kiçik ada dövlətləri Bakıda "iqtisadi güclərə qarşı üsyan qaldırdılar" - "bizim seçimimiz yoxdur"...

23.11.2024 | 18:30
Beynəlxalq Forum direktoru ABŞ-ı iqlim sazişi ilə bağlı öhdəliklərindən yayınmağı dayandırmağa çağırdı

23.11.2024 | 18:20
"Power Shift Africa" ABŞ və Qərb ölkələrini iqlim maliyyəsi üçün məsuliyyətdən yayınmaqda ittiham etdi

23.11.2024 | 18:19
"Politico" nəşri Azərbaycanı "rus qazı" ilə ləkələməyə çalışır...

23.11.2024 | 18:12
İqlim Fəaliyyəti üzrə Beynəlxalq Şəbəkənin nümayəndəsi üsyan etdi - Qlobal Şimal ikiüzlülüyə son qoymalıdır...

23.11.2024 | 18:05
“Böyük Tiqranın Halley Kometi” - erməni tarixçilər təzə saxtakarlığa əl atdılar...

23.11.2024 | 18:03
Antiterrordan sonrakı reallıqları COP 29 bir daha təsdiqlədi...

23.11.2024 | 17:51
COP çərçivəsində “Qarabağa erməni qayıdışı”nı qabardanlara 2 dəqiq şərt qoyuldu...

23.11.2024 | 17:44
Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürülür...

23.11.2024 | 17:38
Ermənilər İrəvandakı daha bir qədim türk izini silir - “Qırmızı körpü”...

23.11.2024 | 17:25
Qərblə Rusiya "qarşılıqlı dondurulmuş pullarla" bir-birinə hücuma başlayıblar...

23.11.2024 | 17:12
İqlim fəalları inkişaf etmiş ölkələri iqlim maliyyəsi vədinə əməl etməyə çağırdı...

23.11.2024 | 17:06
Azərbaycan mediasının COP29 sınağı…

23.11.2024 | 17:02
Berbok Azərbaycan XİN-in “76 nəfərlik qara deputatlar” siyahısından danışdı...

23.11.2024 | 16:41
ABŞ Ukraynaya nüvə silahı verilməsi məsələsini gündəmə gətirdi...

23.11.2024 | 16:25
Netanyahunun Brüsselə yolu bağlandı - gəlsə həbs edəcəyik...

23.11.2024 | 16:14
MM-in Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupundan Paşinyana cavab...

23.11.2024 | 16:09
Aİ və 25 ölkə COP29-da öhdəlik götürdü - kömür elektrik stansiyaları tikməyəcəklər...

23.11.2024 | 16:06
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzaladı

23.11.2024 | 16:05
Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edildi

23.11.2024 | 15:51
Tramp Ukraynanın NATO üzvlüyünə qarşı çıxan diplomatı Kiyevə xüsusi nümayəndə təyin edir...

23.11.2024 | 15:41
Qarabağın rəmzi Xarıbülbül cənubda

23.11.2024 | 15:36
COP29-da iqlim maliyyəsinin artırılması tələbi ilə aksiya keçirildi - FOTO

23.11.2024 | 15:17
Zakir Həsənov müşavirə keçirdi - ordu qarşısında konkret tapşırıqlar qoyuldu

23.11.2024 | 14:31
Fəxrəddin Altun: “Türkiyə terrora qarşı mübarizəsini davam etdirəcək”

23.11.2024 | 14:24
“Kipr türk xalqının bərabər beynəlxalq statusu üçün təşəbbüslərimizi davam etdiririk” - Hakan Fidan

23.11.2024 | 13:30
İstanbulda 70 kq qızılla tutulan azərbaycanlı özünü diplomat kimi təqdim etdi, ancaq...

23.11.2024 | 13:16
COP29 zolaqlarında yol nişanlarının sökülməsinə başlanıb

23.11.2024 | 13:04
Laçında 4,5 bal gücündə zəlzələ olub...

23.11.2024 | 12:16
Baş nazir Əli Əsədov köhnə qərarı ləğv edib yeni qərar imzaladı

23.11.2024 | 12:00
Livanda bəzi xəstəxanalar fəaliyyətini dayandırıb - ÜST həyəcan təbili çalır

23.11.2024 | 11:30
Qaz partlayışından xəsarət alan Cəhri sakini Bakıda vəfat edib

23.11.2024 | 11:20
Deputatlarımız Moskva yolçusudur

23.11.2024 | 11:10
Neftimizin qiyməti 76 dolları ötüb - dünya bazarında son durum

23.11.2024 | 11:05
Azərbaycanın əl-ayağına düşüb minnətdar olmalı idilər ki, "bizim bərbad etdiyimiz dünyanı siz xilas edirsiniz"!

23.11.2024 | 11:00
"Bu cəhdlər bütün bəşəriyyət üçün fəlakətlə nəticələnə bilər" - türkiyəli iqtisadçıdan XƏBƏRDALIQ

23.11.2024 | 10:30
“Neftçi” “Zirə”yə, “Səbail” “Qarabağ”a qarşı

23.11.2024 | 10:20
Gəncədə yük maşını beton hasara çırpılaraq yanıb

23.11.2024 | 10:15
Bu iş adamı ABŞ-ın maliyyə naziri olacaq

23.11.2024 | 10:05
Neftçalada avtomobil və motosiklet toqquşub, bir nəfər ölüb

23.11.2024 | 10:00
ABŞ-ın bu hərəkətləri müharibə risqi yaradır - Pxenyandan ETİRAZ

23.11.2024 | 10:00
Bu gündən bəzi məktəblərdə dərslər başlayıb

23.11.2024 | 09:25
Minimum aliment 11 manat artırılır...

23.11.2024 | 09:22
Makron dayanmır - yenə qalmaqal, yenə gərginlik...

23.11.2024 | 09:15
Donald Tramp bu prokurorları işdən çıxaracaq - “The Washington Post”

23.11.2024 | 09:10
Ronaldonun komandası ilk dəfə məğlub oldu

23.11.2024 | 09:05
Britaniya bankından ŞOK addım - Rusiya və Belarusdan ödənişləri DAYANDIRDI

23.11.2024 | 09:00
“Tramp praqmatik insandır”, - Medvedevdən açıqlama

23.11.2024 | 08:42
Rubl kağıza dönür - Bakıya pul göndərən soydaşlarımız çətinlikdədir...

23.11.2024 | 01:11
Rusiya Ukraynanı ilk dəfə bu silahla vurdu - dünyanı dəhşətə salan GÖRÜNTÜLƏR...

22.11.2024 | 21:58
Macarıstanın baş naziri Orban İsrailin baş naziri Netanyahunu həbs qərarından niyə müdafiə etdi?...

22.11.2024 | 21:12
25-də Gürcüstanda baş verəcəklər dünyanı narahat edir...

22.11.2024 | 20:58
BC Məhkəməsi Netanyahunu və Qallantı hansı cinayətlərə görə həbsə məhkum etdi...

22.11.2024 | 20:43
Dilimizin Monitorinq Mərkəzi niyə ləğv edildi... Prezidenti məcbur buraxan nüanslar...

22.11.2024 | 20:32
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır

22.11.2024 | 20:28
Avroittifaq missiyası Ermənistanda müşkül problemə çevrildi - 1 ay qaldı...

22.11.2024 | 20:15
Dünyada pul var, ancaq müharibəyə xərclənir - COP29 çağırış edir...

22.11.2024 | 20:01
Ukrayna cəbhəsində hər iki tərəf nüvə müharibəsini sürətləndirir...

22.11.2024 | 19:46
Avropa Birliyi Türkmənistanla Transxəzər layihəsini canlandırır - səbəb...

22.11.2024 | 19:33
ABŞ və Çin COP29-da sərrast ittiham olundular...

22.11.2024 | 19:19
Ermənistan Hindistandan yeni hücum texnikası alır...

22.11.2024 | 19:05
"COP29 niyə maliyyə COP-u adlanır" sualı Bakıda cavablanacaq...

22.11.2024 | 18:47
Belçika parlamentindən Azərbaycana absurd tələb - “qoşunlarınızı Ermənistandan çıxarın!..”(?)

22.11.2024 | 18:34
Lüksemburq parlamenti Azərbaycana qarşı qətnamə çıxardı - növbəti qərəz...

22.11.2024 | 18:20
Azərbaycanda məktəblərin yarısı hələ yüksəksürətli internetə qoşulmayıb...

22.11.2024 | 18:10
"Həll olunmamış məsələlərə son düzəlişlər üçün iştirakçılarla işləməyə davam edəcəyik" – Yalçın Rəfiyev

XƏBƏR ARXİVİ

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930