Kamala Baydenin haqqını belə qaytardı - onun davamçısı olmayacam...
ABŞ prezidentliyinə namizəd Kamala Harris “Fox News”a ilk dəfə müsahibə verib və müsahibəsində qeyri-qanuni immiqrasiya və ABŞ Prezidenti Co Bayden haqqında danışıb.
“Mən olduqca aydın şəkildə demək istəyirəm ki, mənim prezidentliyim Co Baydenin prezidentliyinin davamı olmayacaq. Vəzifəyə gələn hər yeni prezident kimi, mən də öz həyat təcrübəmi, peşəkar təcrübəmi və yeni ideyalarımı gətirəcəyəm” – Harris bildirib.
25 dəqiqəlik müsahibə zamanı “Fox News”un jurnalisti Harrisdən sabiq prezident Donald Trampı yenə də dəstəkləyən insanların olub-olmadığını soruşub.
“Axmaqlar. Mən Amerika xalqı haqqında bunu heç vaxt deməzdim” – Harris qeyd edib.
Bununla yanaşı, jurnalist üç ildən artıqdır ki, vitse-prezident olduğu halda, onun seçki vədlərindən birinin niyə “yeni mərhələyə keçid” olduğunu soruşub, Harris cavab olaraq Trampı tənqid edib.
ZÜMRÜD