KÖHNƏ VERSİYA            

Ürəyi Azərbaycan dolu KAMRAN SEYFULLAZADƏ

Image

“22 yaşını yanvarın 14-də qeyd elədi o dünyada” – ananın ağrılı səsindən mərminin qəlpələri Kamranla birlikdə mənim də canıma doldu elə bil.

Kamran Cəlal oğlu Seyfullazadə 1999-cu il yanvarın 14-də Astarada doğulub. Orta təhsilini F.Əliyarov adına 6 nömrəli məktəbdə alıb.
 Uşaqlıqdan sevimlisi olub hamının gözəlgözlü Kamran: ailənin, qohum – qonşuların, məktəbin, böyüyün, kiçiyin.

“Gözümün qabağında böyüyən uşaqdı. 12-13 yaşı olardı.  26 fevralda Xocalı faciəsi ilə bağlı kadrlara baxırdıq. Kamranın gözləri dolmuşdu. “Mən bunun qisasını alacam” dedi. Ona baxdım. Gözlərində qəzəb, nifrət vardı. Elə hey deyərdi ki, erməni kimdi, bizim torpaqlarımızı alsın, kimdi? O qədər həyacanlanır, fikir edirdi ki... Ona ürək-dirək verirdim, sakitləşdirirdim. Onun ürəyi Azərbaycanın ərazi bütövlüyü arzusuyla döyünürdü. Bütün oğullarımız, bütün şəhidlərimiz mərddi, igiddi hamısı. Amma 100 nəfər seçməli olsaq, onlardan biri mütləq Kamran olar. Sözlə ifadə edə bilməyəcəyim qədər qeyrətli, cəsarətli uşaq idi - bunları Kamranın ən yaxın dostlarından biri olan Fuadın atası Adil söylədi.

Novruzlu Fuad isə Kamrandan saatlarla danışmaq istəyirdi: Ondan nə qədər danışsam, nə desəm az olar. Deyib bitirə bilmərəm. Heç ayrılmazdıq. Ondan ayrılmaq olmurdu. Bütün uşaqlığımız bir yerdə keçib. Məndən kiçik olsa da, daha ağıllı idi. Onunla məsləhətləşərdim. Lazım gəlsə, dostuna görə canını verərdi, o ki qala vətən. Hərbi xidmətdə olmuşdu. General Polad Həşimov öləndə çox sarsıldı. Adını o vaxtdan yazdırmışdı. Müharibə başlayanda o saat könüllü cəbhəyə yollanıb. Axırıncı söhbətlərimizdən birində ona özünü qoru dedim. Cavab verdi ki, burda hamı özünü yox, vətəni qoruyur. “Bilirsən necə oğlanlar var! Hamı birdi! Əsas odu düşmən qabağımızdan qaçır”. Son nəfəsəcən döyüşüb. Şəhid olan döyüş yoldaşının da silahını götürüb, iki silahla döyüşüb. Onu itirməyimizlə barışmırıq. Amma hamımızın başını uca elədi. 

 “Çox yaxın 4 dost olmuşuq – Mən, Fuad, Orxan, bir də ən kiçiyimiz Kamran. Ən şirin, ən qiymətli xatirələrimdi Kamran. Doğmam idi. Onun kimi mərd oğullar hələm-hələm gəlmir dünyaya. Mərdliklə də döyüşüb.Tez-tez əlaqə saxlayırdıq. Axırıncı döyüşdə 8 nəfər olublar. Sonacan döyüşüb. Sonacan! Öləcəyini bilsə də postunu tərk etməyib”. Bunları da dostu Məlikzadə Elbrus danışdı.
 Orxansa deyir ki, Kamran əlindəki bir tikəni dostuna, ya ehtiyacı olan birinə verə bilərdi. Mən də dostlarımı sevirəm, amma həmişə fikirləşmişəm Kamrana çata bilmərəm. Müharibə başlayanda ayrı düşmüşük. Eynullazadə Orxan da igid döyüşçülərimizdəndi. Füzuli, Xocavənd, Cəbrayıl uğrunda döyüşlərdə olub. Döyüşlər haqqında danışmaqda çətinlik çəkir: Yadıma düşür, yanıram. Müharibədi, meşədə qalmışıq, ac-susuz olmuşuq, amma bunlara fikir vermirdik. Ən ağırı yanındakı döyüş yoldaşlarının şəhid olması idi. Snayperlər izləyirdi, şəhidləri, yaralıları döyüş yerindən mütləq çıxaracağımızı bilirdilər. Kamran da şəhid dostlarını qoyub getməyib. Elə oğul idi. Sonu ölüm olsa belə, kimsəni darda qoymazdı... 

Uşaqlıq və döyüş dostlarını, onu tanıyanları dinlədikcə qorxmaz, mərd, sözünə bütöv, yaraşıqlı Kamranı görürdüm elə bil. Gözlərim önündə Kamran canlanırdı: ürəyi Azərbaycanla dolu Kamran.

“Boy-buxunluydu Kamranım. Onunla birlikdə özümü də, ürəyimi də dəfn eləmişəm sanki. 12 yaşından ailənin yükünü çəkib, oxuyub, həm də işləyib”- deyir ana. Onu hamı çox istəyirdi, hamı. Döyüşçülər də çox tərifləyir, deyirlər “siz ona şir südü vermişdizmi belə qorxmaz idi?” Bir dənəm idi. Qəhrəmanımız Polad şəhid olan gündən bu uşaq özünə yer tapmırdı. “Gedəcəm” deyirdi, qisasını alacam. Medal üçün döyüşməyib mənim balam, amma o qədər medal verdilər oğluma”.

“Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasıına görə” medalları ilə təltif olunub Kamran Seyfullazadə.

Gənc yaşının qocaman hörməti vardı. Onu həm də mərdliyinə görə sevirdilər. Cəsarətinə görə döyüş yoldaşları ona “əjdaha” deyirdi. Neçə - neçə yaralını xilas edib, şəhid olanları güllə altından çıxarıb “əjdaha Kamran”.

Xüsusi Təyinatlıların könüllüsü olan Kamran Seyfullazadə Füzuli, Hadrut, Cəbrayıl, Xocəvəndin azadlığı uğrunda döyüşlərdə iştirak edib. Xüsusi Təyinatlılarla birlikdə Şuşaya daxil olub. 

Şuşa uğrunda döyüşlərdə də  noyabrın 5-də qəhrəmancasına həlak olub 21 yaşlı Kamran. 

“Oğluma ən gözəl sözləri yazın”... deyən anaya təsəlli verə bilmədim.  “Ağlayan səsinin başına dönüm” – dedim sadəcə. Deyə bilmədim ki, ən gözəl sözləri, əsrlərlə yaza bilmədiyimiz sözləri sənin Kamranın yazıb. “Qələbə”! Bizi utancdan qurtarıb. Azərbaycanın tarixinə elə sözlər yazıb ki, biz nə yazsaq yanında solar. Kamranlar nələr edib bilirsənmi, ana?” – deyə bilmədim.

“Özü getdi. Mən ona heç “getmə” də demədim. Bilirdim ki, faydasızdı, desəm də gedəcək. Ölümü gözə alıb getdi”. 

Kamran bütün şəkillərində gülümsəyir. “Ana, ağlamazsan. Mən ermənilərdən qisas almağa, ölkəm üçün ölməyə, Şəhid olmağa gedirəm” – deyən gözəl gözlü, gülümsər üzlü gəncə “Vətən uğrunda” medalı verilib. Hər şey deyilib artıq...

Kamalə ABIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Azərbaycanın Suriya quruculuğunda iştirakına start verildi...

Polisin bu addımı da kütləvi şəkildə dəstəkləndi...

Nazirliklərin "hesabat verməsi" ləğv edildi - yeni qayda necə olacaq?

SON XƏBƏRLƏR

26.12.2024 | 01:13
Yeni Suriya hökumətinin İrana xəbərdarlığından 24 saat sonra ölkə qarışdı – Əsəd tərəfdarları silahlı üsyan qaldırdı...

26.12.2024 | 00:10
Bu gün Azərbaycanda matəm günüdür

25.12.2024 | 23:17
Təyyarə qəzasında həyatını itirənlərin cənazələri yaxın zamanda Azərbaycana gətiriləcək

25.12.2024 | 22:35
Ərdoğan Prezident İlham Əliyevə başsağlığı verdi

25.12.2024 | 22:30
Azərbaycan çempionatı bir günlük təxirə salındı

25.12.2024 | 22:28
Mədəniyyət Nazirliyinin teatr-konsert müəssisələrində bütün mədəni-kütləvi tədbirlər təxirə salınıb

25.12.2024 | 22:26
ABL-ın basketbol görüşü təxirə düşdü

25.12.2024 | 22:22
Matəmə görə güləş üzrə Azərbaycan çempionatı 1 günlük təxirə salındı

25.12.2024 | 22:10
"Təyyarənin qəzaya uğramasının səbəbi barədə danışmaq hələ tezdir" - Qazaxıstan Baş nazirin müavini

25.12.2024 | 21:32
Dünya liderləri təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı veriblər - YENİLƏNDİ

25.12.2024 | 21:30
Aktauda qəzaya uğramış təyyarənin “qara qutu”su tapıldı

25.12.2024 | 21:23
"Yaralıların yaxın qohumlarından DNT analizi götürülür" - Baş Prokurorluq

25.12.2024 | 21:14
Azərbaycanın Suriya quruculuğunda iştirakına start verildi...

25.12.2024 | 20:58
Paşinyan yeni seçki kampaniyasına başladı - ilk hədəf sabiq prezidentlərdir...

25.12.2024 | 20:43
Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir...

25.12.2024 | 20:28
SOCAR-ı özəl şirkətlərdən asılı salan kim və nələrdir?..

25.12.2024 | 20:15
Kazan, Minsk, Gəncə - gələn ildən başlanır...

25.12.2024 | 20:01
Fransanın kəşfiyyat şeflərindən biri Bakı haqqında pis danışdı...

25.12.2024 | 19:57
İrakli Kobaxidze Prezident İlham Əliyevə başsağlığı verdi

25.12.2024 | 19:56
Məsud Pezeşkian Prezident İlham Əliyevə başsağlığı verdi

25.12.2024 | 19:56
Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmış dövlət komissiyasının iclası keçirildi - FOTO

25.12.2024 | 19:53
Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyevə başsağlığı ünvanlayıb

25.12.2024 | 19:51
Emoməli Rəhmon Prezident İlham Əliyevə başsağlığı ünvanlayıb

25.12.2024 | 19:50
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevə başsağlığı verib

25.12.2024 | 19:49
Türkiyə memarlığının ŞAH ƏSƏRLƏRİ

25.12.2024 | 19:46
Zurabişvili hökuməti çevrilişlə hədələdi - Hakim partiya ona "psixi xəstə" dedi...

25.12.2024 | 19:38
Təyyarə qəzasında 38 nəfər ölüb, 29 nəfər yaralanıb...

25.12.2024 | 19:33
Hansı müəllimlər güzəştli kartlar ala biləcək?...

25.12.2024 | 19:18
Makron Fransanı "dinozavr iyinə bürüdü" - 5-ci respublika dağılır...

25.12.2024 | 19:04
Uşaq hüquqları ilə bağlı yeni norma - Nazirlər Kabinetinə vaxt verildi...

25.12.2024 | 18:50
Sellofan torba kampaniyasında udan supermarketlər oldu - bəzi nazirliklər isə lobbiçilik etdi...

25.12.2024 | 18:36
Azad rayonlarda idman obyektlərinə qarşı çıxanlar var...

25.12.2024 | 18:22
İranın gizli şəkildə "Suriyaya qayıtmaq planı" - yeni islam birliyi?..

25.12.2024 | 18:08
Polisin bu addımı da kütləvi şəkildə dəstəkləndi...

25.12.2024 | 17:55
Nazirliklərin "hesabat verməsi" ləğv edildi - yeni qayda necə olacaq?

25.12.2024 | 17:41
Faşizm üzərində qələbə vaxtı Şimali Koreya var idi? - Moskvanın 80 illik qərarına ciddi iradlar var...

25.12.2024 | 17:35
Mətbuat Şurasından təyyarə qəzası ilə bağlı media orqanlarına çağırış …

25.12.2024 | 17:30
Rusiya diplomatlarını təyyarə qəzası ilə bağlı Aktauya göndərdi

25.12.2024 | 17:28
“Biz bütün bunları Azərbaycanda heç vaxt görməyəcəyik”...

25.12.2024 | 17:15
Xarici dezinformasiyalarla mübarizədə süni zəkadan geniş istifadə başlayıb

25.12.2024 | 17:03
Yeni Suriya rəhbərliyi beynəlxalq məhkəmələrdə İrana qarşı iddia qaldırmağa hazırlaşır - 300 milyard dollar təzminat istəyirlər...

25.12.2024 | 16:54
"Azərbaycan Hava Yollarının təyyarəsinin dəhşətli qəzası məni çox kədərləndirdi" - İsrail Prezidenti

25.12.2024 | 16:26
Prezident İlham Əliyev təyyarə qəzasının səbəbləri barədə: "Məsələ tam araşdırılmalıdır"

25.12.2024 | 16:23
Rusiya Müdafiə Nazirliyindən şok iddia – ABŞ Afrikanı bioloji müharibə meydanına çevirir...

25.12.2024 | 16:21
"Komissiya qəzanın səbəblərini və bütün təfərrüatlarını araşdırıb həm mənə, həm də Azərbaycan ictimaiyyətinə məlumat verməlidir" - Prezident

25.12.2024 | 16:10
İran Azərbaycana başsağlığı verdi

25.12.2024 | 16:05
Zelenski ilə Slovakiya baş naziri arasında “söz atışması” – Kiyev bizə dondurulmuş Rusiya aktivlərindən 500 milyon təklif etdi...

25.12.2024 | 15:51
Ərdoğan Prezident İlham Əliyevə zəng edib

25.12.2024 | 15:51
Təyyarə qəzası ilə bağlı yaradılan dövlət komissiyasının üzvləri hadisə yerində...

25.12.2024 | 15:33
Dekabrın 26-da Azərbaycanda matəm elan edildi

25.12.2024 | 15:30
Putin AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı başsağlığı verib

25.12.2024 | 15:23
"AZAL-a məxsus təyyarinin qəzaya uğraması ilə bağlı dərin kədər hissi keçiririk" - Moldova Prezidenti

25.12.2024 | 15:18
Sahibə Qafarova təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verdi

25.12.2024 | 15:10
Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradıldı - Prezident sərəncam imzaladı

25.12.2024 | 14:53
XİN AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı məlumat yaydı

25.12.2024 | 14:46
32 nəfər təyyarə qəzasından sağ çıxıb - Baş Prokurorluq açıqladı...

25.12.2024 | 14:43
Azərbaycan Prezidenti Rusiya səfərindən yarımçıq qayıtdı - təyyarə limanında operativ müşavirə, tapşırıqlar verildi...

25.12.2024 | 14:36
Bakıdan Aktauya xüsusi həkim heyəti və lazımi tibbi avadanlıqlar göndərildi

25.12.2024 | 14:30
Ərdoğan təyyarə qəzası ilə bağlı başsağlığı verdi

25.12.2024 | 14:23
Prezident İlham Əliyevin olduğu təyyarə Heydər Əliyev Beynəlxalq hava limanına eniş etdi

25.12.2024 | 14:23
"AZAL-ın təyyarəsinin qəza enişi etməsi ilə əlaqədar cinayət işi açılıb" - Baş Prokurorluq

25.12.2024 | 14:06
MEDİA Agentliyi təyyarə qəzası ilə bağlı jurnalistlərə çağırış etdi

25.12.2024 | 13:59
Bakıda narkotik satışı təşkil edən ata və iki övladı saxlandı - FOTO

25.12.2024 | 13:43
Qazaxıstan da təyyarə qəzası ilə bağlı araşdırmalara başladı

25.12.2024 | 13:42
Paşinyan onları debata çağırdı, onlar da Paşinyanın bəyanatlarını "dəlilik" adlandırıb rədd cavabı verdilər...

25.12.2024 | 13:36
"Azərbaycanlı və qazax qardaşlarımıza hər cür dəstəyi verməyə hazırıq" - Türkiyə XİN

25.12.2024 | 13:35
Dekabrın 11- də Yerevandan Bakıya uçmuş təyyarədə nə olub?- həm də bu ilk deyilmiş....

25.12.2024 | 13:33
"Təyyarə qəzası ilə bağlı hər cür yardımı göstərməyə hazırıq" - İsrail səfiri

25.12.2024 | 13:23
ABŞ səfirliyindən təyyarə qəzası ilə bağlı paylaşım - kömək etməyə hazırıq...

25.12.2024 | 13:20
Sərnişin təyyarəsinin qəzaya uğraması faktı ilə bağlı cinayət işi başlandı

25.12.2024 | 13:17
Tokayev tapşırıq verdi - Qazaxıstanda təyyarə qəzası ilə bağlı komissiya yaradıldı

25.12.2024 | 13:15
Prezident İlham Əliyev Vladimir Putinə zəng edib

25.12.2024 | 13:06
AZAL-dan təyyarə qəzası ilə bağlı yeni açıqlama - 62 sərnişin...

25.12.2024 | 13:02
AZAL-ın Bakı-Qroznı reysində olan sərnişinlərin siyahısı açıqlandı

25.12.2024 | 12:55
Prezidentin tapşırığına uyğun olaraq, təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradıldı

25.12.2024 | 12:52
Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzası ilə bağlı Bakıya geri döndü

25.12.2024 | 12:48
Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verdi - FOTO

25.12.2024 | 12:44
Aktauda təyyarə qəzasında 25 nəfərin sağ qaldığı açıqlandı

25.12.2024 | 12:31
Prezidentin tapşırığı ilə dövlət orqanlarının nümayəndələri Qazaxıstana yola düşüblər

25.12.2024 | 12:22
Qəzaya uğrayan təyyarədə 37 Azərbaycan vətəndaşı olub...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031