Elçin Əmirbəyov yaponiyalı həmkarları ilə Ermənistanla sülh prosesini və COP29-u müzakirə edib
Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Yaponiyaya işgüzar səfəri çərçivəsində Azərbaycan və Yaponiya arasında ikitərəfli münasibətlərin statusu və gələcəyi, Bakı ilə İrəvan arasında sülh prosesi və Bakıda keçiriləcək COP29 konfransı müzakirə edilib.
Bu barədə Azərbaycanın Yaponiyadakı səfiri Gürsəl İsmayılzadə “X” sosial şəbəkəsində bildirib.
"Yaponiyaya işgüzar səfəri çərçivəsində Elçin Əmirbəyov Yaponiyanın yüksək vəzifəli rəsmiləri, o cümlədən, milli təhlükəsizlik müşaviri Takeo Akiba, xarici işlər üzrə dövlət naziri Kiyoto Tsuci və parlamentin Müşavirlər Palatasının Xarici İşlər və Müdafiə Komitəsinin rəhbəri Kimi Onoda ilə görüşərək, Azərbaycan-Yaponiya münasibətlərinin mövcud vəziyyəti, perspektivləri və Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı çağırışlar, eləcə də, Bakıda keçiriləcək COP29 barədə müzakirələr aparıb", - o qeyd edib.
Səfir əlavə edib ki, Elçin Əmirbəyov Yaponiyanın Beynəlxalq Əlaqələr Forumu (JFIR) çərçivəsində "Cənubi Qafqazda sülhün bərqərar olması üçün tarixi şans: çağırışlar və imkanlar" mövzusunda çıxış edib.
ZÜMRÜD