Şənbə günü, 31 may 2025
     

“Füzuli şəhərinin azad olunduğu gün Azərbaycan xalqının çoxəsrlik tarixində xüsusi yer tutur” - Vüqar Rəhimzadə

Image

44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdən ötən 4 ildə atılan addımların xronologiyasına diqqət yetirsək görərik ki, hər biri şanlı Qələbəmizin əbədiləşdirilməsinə, bu torpaqların sahibi olaraq Azərbaycan xalqının yenilməzliyinin, məğrurluğunun təqdimatına, Zəfərimizin qəhrəmanlarının dastana çevrilən həyat yolunun bir vətənpərvərlik məktəbi kimi öyrənilməsinə  xidmət edir. 

Dövlət başçısı İlham Əliyevin sərəncamları əsasında Vətən müharibəsinin başlandığı 27 sentyabr tarixi Anım Günü, Qarabağın tacı Şuşanın işğaldan azad edildiyi 8 noyabr Zəfər Günü kimi təsis edildi. Zəfərimizin əbədiləşdirilməsinə yönələn addımlardan biri də dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə işğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günlərinin təsis edilməsi oldu. Bu sənədə əsasən, 17 oktyabr Füzuli Şəhəri Günüdür.

Son dörd ildə torpaqlarımızın işğal deyil, işğaldan azad edildikləri tarixləri qeyd etməyimiz böyük xoşbəxtlik və qürurverici hadisələrdir. Bu, dövlətimizin qətiyyətinin, ədalətə və beynəlxalq hüquqa söykənən siyasətin, hədəflərə doğru inamla və ardıcıl şəkildə irəliləməyin, heç zaman ruhdan düşməyərək ədalətin zəfər calacağına əminlik əsasında hücum diplomatiyasının uğurla davam etdirilməsinin, xalq-iqtidar birliyinin nəticəsidir. Dövlət başçısı İlham Əliyevin bu günlərdə Aşıq Ələsgərin abidəsinin açılış mərasimindəki çıxışında qeyd etdiyi kimi, həyat və reallıq onu göstərir ki, hər şey bizim əlimizdədir. Həm İkinci Qarabağ müharibəsi, həm antiterror əməliyyatı və ondan sonrakı dövr, yəni, bir il göstərdi ki, güclü iradə, xalq-iqtidar birliyi, xalqımızın əyilməz ruhu olan yerdə heç bir qüvvə, heç bir təşkilat bu iradənin qabağında dura bilməz. Biz hər dəfə qarşıya hədəflər qoymalıyıq. Bu hədəflər həm strateji, həm taktiki, həm qısamüddətli, həm də  uzunmüddətlidir. Amma hədəflər düzgün seçilməsə, heç bir nəticəyə nail olmaq mümkün olmayacaq. Hədəflər həm həqiqəti, ədaləti və həm də real vəziyyəti, real gücümüzü əks etdirməlidir. Nə qədər güclü olsaq, o qədər də bizim səsimiz eşidiləcək.

Azərbaycanın real faktlara və tarixi həqiqətlərə söykənən təbliğatının uğurları 44 günlük İkinci Qarabağ müharibəsində döyüş meydanında üstünlüyü qazanmağımızda əhəmiyyətli rol oynadı. Rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük İkinci Qarabağ müharibəsində Zəfərə imza atmaqla 30 il Azərbaycanın dünyadan gözlədiyi ədaləti bərpa etdi.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Millət vəkili  vurğulayıb ki, əsgər və zabitlərimizin canı, qanı bahasına Vətən müharibəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsi və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndi daxil olmaqla, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edildi. Qarabağın tacı Şuşa şəhərinin azad edilməsi və Ermənistanın kapitulyasiya aktını imzalamağa məcbur olması ilə müharibə başa çatdı. Azərbaycanın döyüş meydanında qazandığı böyük qələbə siyasi müstəvidə də öz təsdiqini tapdı. Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını bir güllə atılmadan işğaldan azad etmək məcburiyyətində qaldı və bununla da tarixi ədalət bərpa olundu.

Vüqar Rəhimzadə qeyd edib ki, şəhər günlərimizin qeyd edilməsi təbii ki, daim Zəfərə gedən yolun təhlilinə, indiki və gələcək nəsillərə çatdırılmasına bir çağırış edir. Gənclərimiz həm Vətən müharibəsini, həm də Zəfərimizi   şərtləndirən amilləri bilməlidir. Bu baxımdan şəhər günlərinin  qeyd edilməsi, dövlətimizin başçısı İlham Əliyevin həmin tarixlərdə azad edilmiş ərazilərimizə səfərləri və bu məkanlardan günümüzün əsas çağırışlarını səsləndirməsi hər birimiz tərəfindən böyük sevinc hissi ilə qarşılanır. İşğaldan ilk azad edilən şəhərlər Cəbrayıl və Füzuli  oldu. Dövlətimizin başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın azad edilmiş ərazilərə ilk səfərlərinin məhz Cəbrayıl və Füzuli rayonlarına, o cümlədən Cəbrayıl və Füzuli şəhərlərinə olması  səbəbsiz deyil. Müzəffər Ali Baş Komandan İlham Əliyev 2021-ci ilin 18 oktyabr tarixində Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb, Memorial Kompleksin və şəhərin bərpasının təməl daşını qoyduqdan sonra çıxışında bildirmişdir ki, 17 oktyabr günü Azərbaycan xalqının çoxəsrlik tarixində xüsusi yer tutacaq. Çünki məhz oktyabrın 17-də bizim böyük şəhərimiz Füzuli işğalçılardan azad edildi. Müharibə zamanı Füzulinin azad olunmasının çox böyük əhəmiyyəti var idi. Çünki böyük yaşayış məntəqəsi idi. Cəbrayıldan, Hadrutdan sonra üçüncü böyük yaşayış məntəqəsi işğalçılardan azad edildi. Füzuli uğrunda çox şiddətli döyüşlər getdi. Düşmən müqavimət göstərirdi, amma buna baxmayaraq, Azərbaycan Silahlı Qüvvələri öz tarixi missiyasını yerinə yetirdi.  Füzulinin azad olunması xəbərini Azərbaycan xalqına çatdıranda artıq Azərbaycan xalqı, bütün dünya gördü ki, biz öz şərəfli missiyamızı sona qədər yerinə yetirəcəyik, heç bir qüvvə bizi dayandıra bilməz. Füzuli şəhərinin azad olunmasının əhəmiyyəti, eyni zamanda, bu şəhərin strateji yerləşməsi ilə bağlıdır. Füzuli nəzarətimizə keçəndən sonra artıq Şuşa istiqamətinə getmək üçün daha geniş imkanlar açıldı. 

Millət vəkili bildirib ki, tarixi Zəfərimizin sevincini, qürurunu yaşamaqla yanaşı, 30 illik işğal dövründə xalqımızın başına gətirilən faciələri, törədilən erməni vəhşiliklərini də unutmamalıyıq. Hazırda işğaldan azad edilmşi ərazilərimizin hər biri bu vəhşiliklərin təqdimatıdır. Füzuli şəhəri və rayonun böyük hissəsi 1993-cü il avqustun 23-də erməni silahlı qüvvələri tərəfindən işğal olundu. Ermənistanın silahlı qüvvələri ilə mübarizədə rayon sakinlərindən 400 nəfərədək əlil, 663 nəfər şəhid olmuşdur, 181 nəfər əsir və itkin düşmüşdür. Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri şanlı ordumuz tərəfindən 17 oktyabr 2020-ci il tarixində işğaldan azad edildi. Vətən müharibəsi nəticəsində ümumilikdə rayonun 62 yaşayış məntəqəsi işğaldan azad  olundu. Qeyd etdiyimiz kimi, Füzuli uğrunda döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən oldu. Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstünlüklər qazandırdı.

Milli Məclisin deputatı vurğulayıb ki, 30 illik işğal dövründə Ermənistan tərəfindən şəhərlərimiz, kəndlərimiz, qəsəbələrimiz viran edildi, mədəni irsimizə böyük zərbə vuruldu, tarixi-mədəni və dini abidələrimiz, məscidlərimiz dağıdılaraq vandalizmə məruz qaldı. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur hazırda yenidən qurulur, ərazilər minalardan təmizlənir, sürətlə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Digər işğaldan azad edilmiş ərazilərimizlə yanaşı, Füzuli də müasir tələblər səviyyəsində yenidən qurulur, sakinlərin burada rahat yaşayışı üçün bütün zəruri işlər görülüb və görülür. Dövlətimizin başçısı İlham Əliyev Füzuliyə ilk   səfəri zamanı Füzulidən Şuşaya yolun çəkilişi ilə bağlı tapşırıqlar verdi. Zəfər yolu adlandırılan bu yol qısa zamanda istifadəyə verildi. Rayonun strateji əhəmiyyəti nəzərə alınaraq azad edlimiş ərazilərimizdə nəzərdə tutulan 3 Beynəlxalq Hava Limanından biri Füzuli şəhərində tikilib və 2021-ci ildə istifadəyə verildi. 8 ayda beynəlxalq statusa malik olan belə bir hava limanının tikilib istifadəyə verilməsi dünyanın diqqətindən kənarda qalmadı.

Vüqar Rəhimzadə bildirib ki, artıq Füzuli dirçəlir, sakinlərinə qovuşaraq sevincli günlərini yaşayır. Dövlət başçısı İlham Əliyev ötən il   Füzuli sakinləri ilə görüşündə bildirmişdir: "Şadam ki, gənc nəsil də - füzulililərin gənc nəsli də öz doğma torpağına gəlməyə qərar verdi. Bu, doğrudan da böyük hadisədir, çünki uşaqlar, yeniyetmələr, gənc nəsil bu torpaqları görməyiblər. Onlar bu torpaqlar barədə ancaq sizin onlara danışdıqlarınızı ürəklərində saxlamışdılar. Bu, xalqımızın böyüklüyünü göstərir. Onu göstərir ki, biz öz doğma diyarımıza bağlı olan xalqıq."  Prezident onu da bildirdi ki, işğal dövründə bəziləri, xüsusilə xaricdəki bəzi dairələr illər keçdikcə Azərbaycan xalqının öz torpaqlarını unudacağını, gənc nəslin, ümumiyyətlə, tamamilə fərqli bir tərzdə tərbiyə alacağını düşünürdülər. Qloballaşan dünya haqqında bir çox fərziyyələr irəli sürülürdü. Ancaq o təhlilçilər və eyni zamanda, siyasi müstəvidə olanlar bir şeyi anlaya bilməmişlər ki, Azərbaycan xalqının öz doğma diyarına nə qədər böyük sevgisi var, biz nə qədər doğma diyara bağlıyıq.

Tarixi Zəfərimiz, suverenliyimizin tam bərpa edilməsi Azərbaycan xalqının torpaq, Vətən sevgisinin nümayişi oldu. 30 ilin torpaq həsrətinə 44 gündə son qoyulması özündə bütün məqamları, çağırışları ehtiva edir.




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

31.05.2025 / 13:11
Avroparlamentin Kipr deputatı İlham Əliyevin sözlərindən yanıb yaxıldı...

31.05.2025 / 11:29
Paşinyan kilsəni dövlət sistemindən silib atmaq fikrindədir ...

31.05.2025 / 11:28
Katalikos Paşinyana - Məni bu vəzifəyə sən seçə bilməzsən....

31.05.2025 / 11:26
Tramp iyunun 2- də İstanbula ruslarla danışığa nümayəndə göndərməyəcək...

31.05.2025 / 11:20
ABŞ- da 47 milyon dollar COViD pulunu yemiş 14 erməni tutuldu....

31.05.2025 / 10:20
Goranboyda qardaş bacısını bıçaqlayıb

31.05.2025 / 10:13
Paşinyan hökm etdi- Katalikosu dövlət seçməlidir...

31.05.2025 / 10:02
Müstəntiqlər səfirlikdə əməliyyat keçirdilər....Müttəfiqlərin arası dəyir...

31.05.2025 / 09:28
Tik tok-da qadınları şantaj edən 19 yaşlı dələduz saxlanılıb

31.05.2025 / 09:27
Azərbaycandan xaricə kütləvi qızıl axını var...

31.05.2025 / 09:17
Daha 38 ailə Laçına yola salınıb

31.05.2025 / 09:10
Bu axşam Çempionlar Liqasının finalı olacaq

31.05.2025 / 09:03
“Kilsə Paşinyana mane olan yeganə strukturdur”

31.05.2025 / 08:42
Qazaxıstan BRİKS-ə qoşulmaqdan imtina etdi

31.05.2025 / 08:42
Rus turistləri Bakıya gəlməkdən niyə çəkinir - məsələdə siyasi çalar ehtimalı...

30.05.2025 / 22:43
Tərtərdə daha bir mülki şəxs minaya düşdü

30.05.2025 / 22:10
Gəncənin bombalanmasının Ermənistanın siyasi-hərbi rəhbərliyinin bilavasitə nəzarəti və tapşırığı əsasında həyata keçirildiyi məhkəmədə elan edilib - FOTO

30.05.2025 / 21:26
Kreml Qarabağdan İrəvana köçmüş erməniləri hələ də "unuda bilmir"...

30.05.2025 / 21:12
ABŞ-Azərbaycan əlaqələrində böyük imkan - Senator 907-nin ləğvinə eyham vurur?..

30.05.2025 / 20:57
Azərbaycanı iqlim risqləri gözləyir - Xəzər barədə sammit qərarı verildi...

30.05.2025 / 20:43
Rusiya Ukraynaya memorandum təklif etdi, ancaq elə şərt qoydu ki...

30.05.2025 / 20:39
Qərb Rusiyaya neft və qaz üçün Ukraynaya verdiyi yardımdan daha çox pul ödədi

30.05.2025 / 20:30
"Azərbaycanlılar qayıdıb Ermənistanda yaşayacaq" - Paşinyandan şok xəbər... Müxalifət qalxdı...

30.05.2025 / 20:17
Trampın komandası dağılır - həssas Mask iflası öncədən görür?

30.05.2025 / 20:03
Tramp və Putinin "mehriban düşmənçiliyi" davam edir - arada Ukrayna əldən gedir...

30.05.2025 / 19:50
“Azdrama”da aləm yenə bir-birinə dəyib - Nurla Hüseynovun qarşıdurması...

30.05.2025 / 19:37
Gəncədə mülki əhalinin və infrastrukturun bombalanmasını həyata keçirmiş Ermənistan hərbçilərinin adları məhkəmədə elan olundu

30.05.2025 / 19:30
“Trampı Kiyevdən daha çox Rusiya ilə münasibətlər maraqlandırır”

30.05.2025 / 19:24
Prezidentin kinematoqrafiya ilə bağlı son sərəncamının əsas məqsədləri...

30.05.2025 / 19:18
Latviya Prezidenti Prezident İlham Əliyevə təbrik ünvanlayıb

30.05.2025 / 19:16
Azərbaycan və BƏƏ prezidentləri arasında telefon danışığı olub

30.05.2025 / 19:11
İran Ərdoğanın sözünü eşitsə, Zəngəzur dəhlizi daha tez açıla bilər(?)...

30.05.2025 / 18:48
ABŞ kəşfiyyatının hesabatından sonra Rusiyanın Azərbaycana münasibəti dəyişəcək...

30.05.2025 / 18:35
Trampın bu sözlərindən sonra hamı Qafqazda sülh üçün əməli addımlar gözləyir...

30.05.2025 / 18:21
Dini dözümsüzlüyə qarşı Azərbaycan nümunəsi... Qlobal təhlükəsizlik üçün müstəsna fakt...

30.05.2025 / 18:07
Erməni separatçılarının Xankəndidə tikdiyi saxta qədim mağara kompleksi...

30.05.2025 / 17:53
Tramp qarşıdakı illərdə Azərbaycanla bağlı yeni təşəbbüslər irəli sürə bilər...

30.05.2025 / 17:45
İqtisadi Şuranın növbəti iclası keçirildi - aidiyyəti qurumlara tapşırıqlar verildi

30.05.2025 / 17:39
Azərbaycanda oğlan və qız uşaqlarının say balansı fəlakətli şəkildə pozulur...

30.05.2025 / 17:26
11 sığorta agentinin lisenziyası niyə ləğv edildi...

30.05.2025 / 17:14
DİN-in təşəbbüsü ilə uşaq hüquqlarının müdafiəsilə bağlı konfrans keçirildi - FOTO

30.05.2025 / 17:06
Məleykə Abbaszadə təhsil ekspertlərini yenə "vurdu" - status yazmaq qəhrəmanlıq deyil...

30.05.2025 / 16:52
“Dezinformasiya və “fake news”larla mübarizə” mövzusu Naxçıvanda müzakirə olundu

30.05.2025 / 16:40
BMU rektoru Azərbaycanın Koreyadakı səfirliyində olub

30.05.2025 / 16:36
Kilsə Paşinyanı lənətləməsə, demək bu cütlüklər keşişlərə düz deyiblər - Pedofil....

30.05.2025 / 16:02
Mask Ağ evdə özünü küncə sıxılmış hiss edirmiş

30.05.2025 / 16:00
Müxalifət Paşinyanı çürümüş və üfunətli siyasi cəsədə bənzətdi

30.05.2025 / 15:57
Tramp: ABŞ-Aİ ticarət danışıqlarında irəliləyiş var

30.05.2025 / 15:56
Tramp İsraillə hərbi əməkdaşlığı dondurdu

30.05.2025 / 15:43
İstanbulda Türkiyə, ABŞ, Ukrayna və Rusiya liderlərinin zirvə toplantısına hazırlıq gedir...

30.05.2025 / 15:16
"Ermənistan silahlı qüvvələrinin “Smerç” raketini atması nəticəsində yaralandım" - Zərərçəkmiş şəxs

30.05.2025 / 15:10
Xankəndidə Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin Enerji təminatı məsələləri üzrə İşçi qrupunun iclası keçirilib - FOTO

30.05.2025 / 15:08
Bakıda 30 minlik oğurluq - iki nəfər saxlandı

30.05.2025 / 14:47
Azərbaycan BMT-nin Məskunlaşma Proqramının İcraiyyə Şurasına üzv seçildi

30.05.2025 / 14:32
Paşinyan və arvadı kilsə üzərinə hücuma keçdi - məni rahat buraxın...

30.05.2025 / 14:18
Medianın İnkişafı Agentliyi və “Euronews” telekanalının birgə əməkdaşlığı ilə “Euronews Academy” Azərbaycanda fəaliyyətə başlayır

30.05.2025 / 14:10
Naxçıvanda “Qlobal informasiya mühiti və media trendləri” konfransı – “MEDİAFEST-2025” keçirilir

30.05.2025 / 14:03
Məktəblərdə direktor müavinləri kişilər olsun - Deputatdan təklif...

30.05.2025 / 13:53
Azərbaycan və ABŞ arasında Ermənistanla normallaşma prosesinin cari vəziyyəti müzakirə olunub

30.05.2025 / 13:38
Hərbi vəzifəli şəxslərin qanunsuz əməlləri ifşa olundu - Hərbi Prokurorluq cinayət işi başladı

30.05.2025 / 13:24
Ailə dəyərlərinə zidd verilişlərin dayandırılmasının vaxtı çoxdan çatıb - Ceyhun Məmmədov

30.05.2025 / 13:18
Paytaxt ərazisində iki avtomobil soyuldu, saxlananlar var

30.05.2025 / 13:06
Dəmir yolundan oğurluq edənlər saxlandı

30.05.2025 / 12:55
Azərbaycan Ordusunun bölmələri Xəznəvara atəş açmayıb - Müdafiə Nazirliyi...

30.05.2025 / 12:43
"Naxçıvan Azərbaycanın ümumi informasiya məkanının formalaşmasında mühüm yer tutur" - PA rəsmisi

30.05.2025 / 12:30
Azad edilən ərazilərə Böyük Qayıdışa dair II Dövlət Proqramı hazırlanacaq - SƏRƏNCAM

30.05.2025 / 12:29
"Naxçıvanda keçirilən konfrans Azərbaycan mediası üçün mühüm praktik əhəmiyyət daşıyacaq" - Əhməd İsmayılov

30.05.2025 / 12:16
Suriyadan 7 milyard dollarlıq enerji müqaviləsi

30.05.2025 / 12:08
"Naxçıvanda yerli gəlirlər artıb" - Prezidentin səlahiyyətli nümayəndəsi mühüm faktlar açıqladı

30.05.2025 / 12:03
Daxildə Birlik, Xaricdə Etibar – Azərbaycanın Müstəqillik Formulu

30.05.2025 / 12:00
Azərbaycanda nə qədər Türkiyə şirkəti fəaliyyət göstərir? - səfir açıqladı

30.05.2025 / 11:59
“Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təşviqi” layihəsi çərçivəsində tədbir keçirilib

30.05.2025 / 11:57
“Paşinyanın açıqlaması tərəfdaşlarının belə xoşuna gəlmədi”

30.05.2025 / 11:55
Prezident İlham Əliyev Xorvatiyanın Baş nazirini təbrik etdi

30.05.2025 / 11:51
BMT Bakıda Qlobal Cənub QHT Platformasının yaradılmasını alqışlayıb

30.05.2025 / 11:44
Putin Paşinyanı “verbovka” edib - İrəvanda separatçılar üçün meydan açılır...

30.05.2025 / 11:26
Bir gündə bank kartlarından 5 min manatdan çox pul oğurlanıb

30.05.2025 / 11:23
Serj Sarkisyanın 3 milyon dollar rüşvət almasıyla bağlı iş məhkəməyə göndərildi

30.05.2025 / 11:21
Milli Məclis İlham Əliyev və Mehriban Əliyevanı Müstəqillik Günü münasibətilə təbrik edib

30.05.2025 / 11:18
Katalikos Paşinyanın “şkaf” sözündən bərk qəzəbləndi

30.05.2025 / 11:14
" 92 milyon iş yerləri ləğv olunacaq, 170 milyon yeni iş yeri yaranacaq" -nazir müavini

Dini dözümsüzlüyə qarşı Azərbaycan nümunəsi... Qlobal təhlükəsizlik üçün müstəsna fakt...

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678