Laçında ağır qəza - iki hərbçimiz həlak oldu
Yanvarın 4-ü Laçın rayonunda, çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları İsmayılov Həsən Ümid oğlu və Axundov Səxavət Fərasət oğlu həlak olub.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
"Müdafiə Nazirliyinin rəhbərliyi bədbəxt hadisə nəticəsində həlak olanların yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir", - qurumdan bildirilib.
Faktla bağlı araşdırma aparılır.
Allah rəhmət eləsin!
Hərbi Prokurorluqdan isə bildirilib ki, Laçında hərbçilərin olduğu avtomobilin qəzaya uğraması ilə bağlı daxil olan məlumat əsasında Qubadlı Hərbi Prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitlərə baxış keçirilib, izahatlar alınıb və digər hərəkətlər icra edilib.
"Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək”, - məlumatda deyilir.
Məlumata görə, avtomobildə 11 nəfər olub. Onlardan 2-si həlak olub, 2-si ağır vəziyyətdə Xankəndi xəstəxanasına yerləşdirilib. Digər xəsarət alanlar isə Bərdə Rayon Mərkəzi Xəstəxanasına gətirilib.
ZÜMRÜD